Pedaqoji Universitetin Quba filialında növbəti yenilik
Bakı, 28 noyabr, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında təhsil sistemləri və layihələrin idarə edilməsi fənni üzrə "Azərbaycan və Türkiyə təhsil sistemlərinin müqayisəli təhlili" mövzusunda keçirilən seminar-dərsə Türkiyə Respublikasının Təhsil Nazirliyinin mütəxəssisi, Azərbaycanda təhsil müşaviri vəzifəsində çalışmış Nihat Böyükbaş dəvət olunub.
Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib.
Nihat Böyükbaş Türkiyədə həyata keçirilən müasir təhsil islahatları ilə Azərbaycanın təhsil uğurlarını müqayisəli paralellərlə təhlil edib.
Sonda tələbələrin sualları cavablandırılıb.