Azərbaycan Dövlət İnformasiya Agentliyi

Pedaqoji Universitetin TÜRKSOY kafedrasının 5 illiyi qeyd olunub

Bakı, 23 fevral, AZƏRTAC

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) TÜRKSOY kafedrasının fəaliyyətə başlamasının 5 illiyi münasibətilə tədbir keçirilib.

ADPU-dan AZƏRTAC-a bildirilib ki, əvvəlcə qonaqlar universitetin TÜRKSOY kafedrasının fəaliyyəti ilə tanış olublar. Sonra tədbir dəyirmi masa ətrafında davam etdirilib.

Rektor Cəfər Cəfərov Bakıda səfərdə olan TÜRKSOY-un baş katibi professor Sultan Rayevin tədbirdə iştirakının universitetə və kafedranın türk dünyasının birliyinə xidmət edən məhsuldar fəaliyyətinə verilən dəyər olduğunu vurğulayıb. Professor C.Cəfərov bildirib ki, dünyada bir neçə universitetdə fəaliyyət göstərən TÜRKSOY kafedralarından biri Azərbaycanda məhz ADPU-dadır.

TÜRKSOY-un baş katibi professor S.Rayev çıxışında kafedranın uğurlu fəaliyyət göstərdiyini vurğulayıb. Diqqətə çatdırıb ki, 2022-ci ildə Nizami Gəncəvinin 880 illiyi çərçivəsində əməkdaşlar tərəfindən böyük alim A.E.Krımskinin “Nizami və müasirləri” əsəri ilk dəfə Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub. Eyni zamanda, TÜRKSOY-un 30 illik yubileyi ərəfəsində Almas İldırım irsinin təbliği məqsədilə onun 115 illiyinə töhfə kimi seçmə şeirləri təşkilatın nəşri kimi çap edilib.

Elm və innovasiyalar üzrə prorektor, professor Asəf Zamanov rəhbəri olduğu TÜRKSOY kafedrasının fəaliyyəti haqqında məruzə ilə çıxış edib. O bildirib ki, ötən dövrdə kafedrada türk dünyasının önəmli simalarının irsinə həsr olunmuş tədbirlər, konfranslar, simpoziumlar keçirilib. Kafedranın əsas məqsədlərindən biri türk dünyasının elm-mədəniyyət xadimləri və türk dünyası ali təhsil ocaqları arasında əlaqələrin qurulmasında koordinasiya mərkəzi rolu oynamaqdır. Kafedranın fəaliyyəti nəticəsində indiyədək universitetdə Abay Kunanbayev, Nizami Gəncəvi, Mustay Kərim kimi görkəmli şəxsiyyətlərin yubileyləri yüksək səviyyədə qeyd olunub. Kafedra tərcümə işləri ilə məşğul olub. Professor Asəf Zamanov və dosent Təhminə Bədəlova tərəfindən ilk dəfə Azərbaycan dilinə tərcümə olunan, akademik Teymur Kərimlinin elmi redaktəsi ilə nəşr olunan “Nizami və müasirləri” əsəri bu yaxınlarda TÜRKSOY tərəfindən türk dilinə də tərcümə olunub. Prorektor vurğulayıb ki, kafedranın 2023-cü il üçün fəaliyyət planı baş katib və ADPU rektoru tərəfindən imzalanıb.

Sonra akademik T.Kərimli monoqrafiyanın tərcüməsi haqqında məlumat verib. O qeyd edib ki, əsər 1941-ci ildə yazılsa da, İkinci Dünya müharibəsinə görə onun nəşri yarımçıq qalıb, daha sonra bir də 1981-ci ildə dahi rəhbər Heydər Əliyevin təşəbbüsü ilə Nizaminin 840 illiyinin ittifaq miqyasında keçirilməsi ilə əlaqədar olaraq professor Qəzənfər Əliyev və akademik Ziya Bünyadovun redaktəsi ilə rus dilində nəşr olunub. İndi isə ilk dəfə Azərbaycan dilində türk dünyasına təqdim olunan əsərin tərcüməsi və yeni redaktəsində ötən müddət ərzindəki yeni ədəbi tədqiqatlar da nəzərə alınıb.

Məruzədən sonra TÜRKSOY tərəfindən nəşr olunan Kənan Çarboğanın Türkiyə türkcəsinə çevirdiyi “Almas Yıldırımdan Seçme Şiirler” kitabının təqdimatı olub. ADPU-nun Ədəbiyyat kafedrasının professoru Təyyar Cavadov şairin yaradıcılığı haqqında məruzə ilə çıxış edib, TRT Avaz televiziyasının A.İldırımın yaradıcılığına həsr etdiyi “Kökümüzün izi ilə” sənədli filmi nümayiş olunub.

Mədəniyyət Nazirliyinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq sektorunun müdiri Araz Bağırlı öz təəssüratlarını bölüşüb. O, Şuşa şəhərinin türk dünyasının mədəniyyət paytaxtı seçilməsi ilə bağlı TÜRKSOY-la birgə “Türk dünyası mədəniyyət forumu”nun keçiriləcəyi haqqında məlumat verib, nazirliklə kafedra arasında məhsuldar əməkdaşlıq imkanlarından danışıb, “Nizami və müasirləri” əsərinin çapı və yayımına da nazirliyin yaxından dəstək verdiyini vurğulayıb.

Sonra çıxış edən Azərbaycanın TÜRKSOY-dakı daimi nümayəndəsi Elçin Qafarlı bildirib ki, bu gün 5 illiyini qeyd etdiyimiz kafedra Azərbaycan da olmaqla yanaşı, türk dünyasında da fəaliyyətə başlayan ilk TÜRKSOY kafedrasıdır, eyni zamanda, ADPU-da Türk araşdırmaları bölməsi də fəaliyyət göstərir. ADPU-dan sonra Qırğızıstan, Türkiyə Qazaxıstan və Başqırdıstanın ali məktəbləri ilə də müqavilələr imzalanıb, hazırda bu ölkələrdəki daha iki universitetdə kafedra fəaliyyətə başlayıb.

Kafedranın tərcümə etdiyi fundamental əsər haqqında danışan E.Qafarlı vurğulayıb ki, Krımski bu tədqiqatı ilə ilk dəfə Nizaminin türk şairi olduğunu dünya elmində isbatlayıb. Belə əsərlərin təbliği və yeni tədqiqatların aparılması olduqca vacibdir.

Tədbirin sonunda xüsusi xidmətlərinə görə professor C.Cəfərov, akademik T.Kərimli, professor A.Zamanov, professor E.Quliyev və dosent T.Bədəlova TÜRKSOY-un sertifikatı ilə təltif olunublar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibləri mükafatlandırılıb

Tovuzda qadın dəm qazından boğularaq ölüb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

EYBA-nın payız konfransının iştirakçıları Ali Məhkəmədə olublar

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB VİDEO

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb