İDMAN
Pərviz Bağırov: Ümid edirəm ki, millimizə daha bir medal qazandıracağam
Bakı, 21 iyun, A.Yadigarov, S.Allahverdiyeva, AZƏRTAC
Birinci Avropa Oyunlarına ciddi hazırlaşmışam. Lakin bugünkü döyüşdə göstərdiyim nəticədən tam razı qalmadım. Deyərdim ki, öz gücümün cəmi 60 faizini göstərə bildim. Bir müddət idmandan uzaqlaşmışdım, ona görə də birdən-birə belə ağır yarışa çıxmaq mənə asan olmadı.”
Bu sözləri AZƏRTAC-a müsahibəsində dörddəbir finala vəsiqə qazanan Azərbaycan boksçusu Pərviz Bağırov söyləyib. "İlk görüş həmişə psixoloji baxımdan gərgin keçir. İnanıram ki, növbəti qarşılaşmalarda bu həyəcan da aradan qalxacaq",-deyə o bildirib.
P.Bağırov deyib: "Rəqibim güclü idmançı idi. İki dəfə Olimpiya Oyunlarının iştirakçısı olub. Onunla 2012-ci ildə Qazaxıstanda döyüşmüşdüm və qalib gəlmişdim. Ümid edirəm ki, bütün rəqiblərimdən üstün olacam və millimizə daha bir medal qazandıracağam. Özümdə çempion olmaq üçün lazım olan gücü hiss edirəm".