Peşəkar mühasib sertifikatı almaq istəyən namizədlər üçün imtahanın I mərhələsi keçirilib
Bakı, 27 noyabr, AZƏRTAC
Noyabrın 27-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən peşəkar mühasib sertifikatı imtahanının I mərhələsi (mühasibat uçotu üzrə) keçirilib.
DİM-dən AZƏRRTAC-a bildirilib ki, imtahan kağız daşıyıcılar vasitəsilə Bakıda 3 binada təşkil olunub. İmtahanın keçirilməsi üçün 3 ümumi imtahan rəhbəri, 6 imtahan rəhbəri, 54 nəzarətçi müəllim, 6 mühafizə (buraxılış rejimi) əməkdaşı cəlb olunub.
İmtahan 3 saat müddətində aparılıb və namizədlərə biliklərinin qiymətləndirilməsi üçün 40 test tapşırığı təqdim edilib. Test tapşırıqlarının 30-u qapalı, 10-u açıq tipli suallardır. İmtahanda maksimum 100 bal toplamaq mümkündür. Qapalı tipli tapşırıqların 20-si 1 balla, 10-u 2 balla, açıq tipli tapşırıqların 8-i 5 balla, 2-si 10 balla qiymətləndirilir.
İmtahan nəticələri yazılı cavab tələb edən tapşırıqların yoxlanılması ilə əlaqədar yaxın 3 həftə ərzində elan olunacaq.
Xatırladaq ki, imtahanın II mərhələsi (qanunvericilik üzrə) dekabrın 11-də keçiriləcək. İmtahanda iştirak etmək üçün qeydiyyat dekabrın 1-dək aparılacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [12:03]
BDU-da "FUTURE17 Challenge" proqramının mentorları ilə görüş olub
- 24.09.2026 [11:22]
Beynəlxalq jurnalda Xaqani Şirvaniyə həsr olunmuş məqalə dərc edilib
- 24.09.2026 [11:15]
Zal nəzarətçisi sertifikatı üçün 2326 nəfər müraciət edib
- 24.09.2026 [11:03]
Qərbi Azərbaycanda tarixi abidələrimiz - Gerqaç məbədi
- 24.09.2026 [10:48]
DİM: 668 namizəd peşəkar mühasib sertifikatı imtahanı verəcək
- 23.09.2026 [18:53]
Süni intellektdən təhsildə istifadənin müəyyən riskləri var – tədqiqat
- 23.09.2026 [18:45]
BDU-da tələbələrin distant dərslərdə davamiyyəti yüksək səviyyədədir
ABŞ-nin neft ehtiyatları artır
- [13:07]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Xəzərdə zəlzələ olub
- [11:35]
Bu gün Ümumdünya Dəniz Günüdür
- [11:21]