Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Polad Bülbüloğlu: Azərbaycan ilə Rusiya arasında əməkdaşlıq strateji xarakter daşıyır və xalqlarımızın başlıca mənafeyinə cavab verir

Polad Bülbüloğlu: Azərbaycan ilə Rusiya arasında əməkdaşlıq strateji xarakter daşıyır və xalqlarımızın başlıca mənafeyinə cavab verir

Moskva, 28 may, AZƏRTAC

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu "Moskovskiy komsomolets"ə müsahibəsində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyindən və Rusiya ilə münasibətlərdən danışıb. AZƏRTAC müsahibəni oxuculara təqdim edir.

—2018-ci ildə ən yeni tarixdə Azərbaycan dövlətçiliyinin 100 yaşı tamam olur. Ölkənizin keçdiyi bu tarixi yolu Siz necə səciyyələndirərdiniz?

—100 il ciddi tarixdir. Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsi haqqında xüsusi Sərəncam imzalayıb. Müsəlman Şərqində ilk parlament respublikası olmuş Cümhuriyyət, təəssüf ki, cəmi 23 ay yaşayıb. Bu qədər qısa müddətə baxmayaraq dövlət rəmzlərinin hamısı - bayraq, himn, gerb, dövlət hakimiyyəti təsisatları, ordu yaradılmış, milli valyuta dövriyyəyə buraxılmış, bəzi ölkələrlə diplomatik münasibətlər qurulmuşdu. Lakin sonrakı mürəkkəb geosiyasi hadisələr nəticəsində biz Sovet Sosialist Respublikaları İttifaqının bir hissəsi olduq və 71 il ərzində bu dövlətin tərkibində yaşadıq.

Bu yerdə mən Böyük Vətən müharibəsini, Azərbaycanın faşizm üzərində qələbəyə böyük töhfəsini xatırlamaya bilmərəm. 1941-ci ildə 3,4 milyon əhalisi olan Azərbaycan SSR-dən cəbhəyə 681 min adam çağırılıb, onların yarısından çoxu cəbhədən qayıtmayıb. Respublikada batalyonlar, bir neçə milli Azərbaycan diviziyası yaradılıb. Azərbaycandan olan 128 nəfərə müharibədə göstərdiyi döyüş şücaətinə və igidliyinə görə Sovet İttifaqı Qəhrəmanı adı verilib.

Müharibə illərində Azərbaycanın neft və neft məhsulları tədarükçüsü olması heç də az önəm daşımır. Azərbaycan neftçiləri bütün ölkənin yanacağının təxminən 80 faizini hasil ediblər. On mindən çox azərbaycanlı neftçi Başqırdıstanda və Perm vilayətində "ikinci Bakı"nın tikintisinə göndərilib.

Vətəndaşlarımız öz şəxsi vəsaitləri hesabına Müdafiə Fonduna ümumilikdə 15 kiloqram qızıl, 952 kiloqram gümüş, 320 milyon rubl toplayaraq göndəriblər.

Atam iki dəfə öz şəxsi vəsaitindən Müdafiə Fonduna köçürüb. Birinci dəfə 100 min, ikinci dəfə 120 min rubl olub ki, buna görə Ali Baş Komandan İosif Stalindən iki teleqram alıb.

Böyük Vətən müharibəsi illərində Bakıda və respublikanın digər şəhərlərində onlarca hərbi hospital fəaliyyət göstərib. Rəsmi məlumatlara görə, Azərbaycan həkimləri 1,5 milyon hərbi qulluqçunu ordu sıralarına qaytarıblar.

Müharibə illərindən sonra Azərbaycan normal həyata qayıdıb. Yeni sənaye mərkəzləri - Sumqayıt, Daşkəsən, habelə Xəzər dənizində möcüzələr adası - Neft Daşları salınıb ki, bunun nəticəsində neft hasilatı 21,6 milyon tona çatıb. Bakı Sovet İttifaqında metropolitenin açıldığı Moskva, Leninqrad, Kiyev və Tbilisidən sonra beşinci şəhər olub.

1969-cu ildə respublika rəhbərliyinə Heydər Əliyev gələndən sonra Azərbaycanda planlı şəkildə inkişaf başlanıb. İqtisadiyyatın bütün sahələrində, kənd təsərrüfatında böyük işlər görülüb. Bir çox sənaye obyektləri tikilib ki, onlar təkcə Azərbaycan üçün taleyüklü olmayıblar. Onlardan təkcə birinin adını çəkim - Bakı Məişət Kondisionerləri zavodu. Bu müəssisənin məhsulları bütün Sovet İttifaqında məşhur idi və bir çox xarici ölkələrə ixrac edilirdi. Korrupsiyaya qarşı görünməmiş mübarizə aparılıb. Sovet dövründə bizim respublikamız nəinki özünü təmin edir, həm də ittifaq büdcəsinə vəsait köçürürdü.

1987-ci ildə Heydər Əliyevin hakimiyyətdən kənarlaşdırılmasından sonra respublikada vəziyyət günbəgün pisləşməyə başlayıb. Dövlət sükanında güclü liderin olmaması Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin, Ermənistanın Azərbaycana qarşı təcavüzünün başlanmasına və Azərbaycan torpaqlarının işğal edilməsinə səbəb olub. 1990-cı ilin Yanvar faciəsi, hakimiyyət uğrunda mübarizə, ictimai-siyasi səbatsızlıq ölkəni məhv olmaq təhlükəsi ilə üzbəüz qoyub. Bütün bunları görən xalq yeganə çıxış yolu kimi ümummilli lider Heydər Əliyevə müraciət edib.

1993-cü ildə Heydər Əliyev mütləq əksəriyyət tərəfindən prezident seçildikdən sonra Azərbaycanda sabitlik tədricən bərqərar olub. 1994-cü ilin mayında atəşkəs haqqında Sazişi imzalayan, daxili siyasi sabitliyi təmin edən Heydər Əliyev islahatlara başlayıb. Xəzərin Azərbaycan sektorunda neft hasilatı üzrə 11 aparıcı beynəlxalq şirkət ilə "Əsrin müqaviləsi" imzalanıb. Bu, həm regionda, həm də dünyada ölkəmizin əhəmiyyətini və nüfuzunu yüksəldib. Bu saziş investisiyaların cəlb edilməsində və ölkə sənayesinin inkişafında, habelə onun iqtisadiyyatının bərpasında müstəsna rol oynayıb. Beləliklə, ildən-ilə öz mövqeyini gücləndirən Azərbaycan inkişaf kursunu götürərək bu gün regionun lider dövlətinə çevrilib.

Sovet dövrü müasir Azərbaycan tarixinin böyük hissəsini əhatə edir. Məhz bu dövrdə Azərbaycan yüksək inkişaf etmiş sənaye və çoxsahəli kənd təsərrüfatı respublikasına çevrilib. Azərbaycan ən yüksək sürətlə 1970-1982-ci illərdə inkişaf edib. Yorulmaz fəaliyyət, respublikanın dinamik inkişafı üçün kompleks proqramların hazırlanmasında təşəbbüskarlıq 1970-ci illərin əsas əlamətləri olub. Bu illər xalqımızın yaradıcı əmək salnaməsinə ən parlaq səhifələr kimi daxil olub.

Bu, elektrotexnika, radioelektronika, cihazqayırma, kənd təsərrüfatı maşınqayırması kimi yeni sahələrin yaradıldığı dövr idi. Azərbaycan digər ittifaq respublikalarına kimya və yanacaq sənayesi, əlvan və qara metallurgiya, maşınqayırma və metal emalı məhsulları göndərirdi. Azərbaycan, həmçinin meyvə-tərəvəzin, üzümün və çayın əsas tədarükçülərindən biri idi.

—Müasir Azərbaycan nədir və ölkənizin gələcəyini necə görürsünüz?

—Müasir Azərbaycan sözün tam mənasında müstəqil, özünü hər cəhətdən təmin edən, milli köklərə əsaslanan, eyni zamanda dünyəvi, çoxmillətli, polikonfessional, uğurla inkişaf edən, yalnız öz gücünə arxalanan, dünya birliyinin layiqli və etibarlı üzvü olan dövlətdir. Davosda Dünya İqtisadi Forumunun son hesabatına görə, Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətli olması baxımından dünyada 37-ci yerdədir. Bu, MDB-də birinci yer və beynəlxalq arenada kifayət qədər yüksək yerdir və bizə inamla irəliləməyə imkan verir. Qısa müddət ərzində biz ÜDM-in həcmini üç dəfə artırmağa, yoxsulluq və işsizliyin səviyyəsini köklü şəkildə azaltmağa, habelə öz valyuta ehtiyatlarımızı möhkəmləndirməyə nail olduq. Üç il əvvəl ölkəmiz kosmik sahədə fəaliyyətə başladı və ilk telekommunikasiya peykini buraxdı. Son bir neçə ildə Azərbaycan onlarca beynəlxalq idman və ictimai forumların keçirildiyi məkana çevrilib. Bakı "Eurovision" mahnı müsabiqəsinə, habelə ilk Avropa Oyunlarına, IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edib, hər il burada "Formula 1" yürüşləri keçirilir. Bütün bunlar Azərbaycanın dünya miqyaslı hadisələrdə öz yerini tutmasının göstəricisidir.

—Siz bugünkü Rusiya-Azərbaycan münasibətlərini necə səciyyələndirərdiniz?

—Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında diplomatik münasibətlər 1992-ci il aprelin 4-də qurulub və elə həmin il iki ölkənin səfirlikləri açılıb. Şübhəsiz, Azərbaycan-Rusiya münasibətləri, ilk növbədə, tarixən yaranmış əlaqələrə söykənir və bu münasibətləri dostluğa və mehriban qonşuluğa əsaslanan strateji tərəfdaşlıq münasibətləri kimi səciyyələndirmək olar. Azərbaycan ilə Rusiya arasında əməkdaşlıq strateji xarakter daşıyır və xalqlarımızın başlıca mənafeyinə cavab verir.

Dövlətlərimizin liderləri Vladimir Putin və İlham Əliyev arasında şəxsi əlaqələr və etimada əsaslanan münasibətlər, şübhəsiz, iki dövlətin mənafeyinə xidmət edir, hərtərəfli əməkdaşlıq üçün möhkəm və əlverişli zəmin yaradır.

Hər iki dövlət nəqliyyat yollarının və yük daşımaları vasitələrinin şaxələndirilməsinə tərəfdarıdır, mövcud imkanların genişləndirilməsi üçün nəqliyyat-kommunikasiya infrastrukturunun inkişafı üzrə səmərəli tədbirlər həyata keçirir, habelə qlobal enerji təhlükəsizliyinin təminində mühüm rol oynayırlar.

Biz bu anlayışı nəzərə alırıq ki, dövlətlərimiz və xalqlarımız arasında etimadın və strateji tərəfdaşlığın möhkəmlənməsi regionda sülhə və sabitliyə kömək edəcək. Bildiyiniz kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmaması regional əməkdaşlığa böyük maneə törədir. Azərbaycan tərəfi güman edir ki, Rusiya Federasiyası ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərindən biri kimi bu münaqişənin Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq birlik tərəfindən tanınmış sərhədləri çərçivəsində tezliklə həll olunması üçün maksimum səylər göstərəcək.

—Müasir mürəkkəb beynəlxalq münasibətlər sistemində Azərbaycanın mövqeyi necədir?

—Prezident İlham Əliyev tərəfindən tarazlaşdırılmış xarici siyasət aparılır, bu siyasətin əsasında bizim müstəsna milli maraqlarımız dayanır. Azərbaycanın ölçülüb-biçilmiş və çoxvektorlu xarici siyasəti nəticəsində respublika ildən-ilə həm regionda, həm də dünyada öz mövqeyini möhkəmlədir. Bir neçə il əvvəl Azərbaycan Birləşmiş Millətlər Təşkilatında mütləq əksəriyyətin dəstəyilə bu qurumun Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçildi. Bu, bizim dövlətimizin özünü etibarlı tərəfdaş, beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanmasına sanballı töhfə vermək qabiliyyəti olması qismində özünü tanıtmasının göstəricisi idi. Digər bariz nümunə ondan ibarətdir ki, son illər Bakı siyasi və humanitar xarakterli nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. Yeri gəlmişkən, əlavə edim ki, Bakıda Rusiya və ABŞ qərargah generallarının görüşü təşkil edilmişdi. Həmin görüşdə regional və beynəlxalq təhlükəsizliyin aktual məsələləri müzakirə edilmişdi.

Dünya birliyinin bütün dövlətləri ilə mehriban qonşuluq münasibətlərini qoruyub saxlayan Azərbaycan Ermənistanla münaqişə vəziyyətindədir. Otuz ildən artıqdır ki, Ermənistan Azərbaycana hərbi təcavüz siyasəti yürüdür, ölkəmizin ərazisinin 20 faizini işğal altında saxlamaqda davam edir. Beynəlxalq təşkilatların, o cümlədən BMT Təhlükəsizlik Şurasının və Baş Assambleyasının, Avropa İttifaqının, Avropa Şurasının, NATO-nun, İqtisadi Əməkdaşlıq Təşkilatının, Qoşulmama Hərəkatının, İslam Əməkdaşlıq Təşkilatının çoxsaylı qərar və qətnamələrinə baxmayaraq, Ermənistan bu sənədlərə məhəl qoymur və beynəlxalq hüququn prinsip və normalarını pozaraq status-kvonu saxlamağa yönələn tədbirlər həyata keçirməkdə davam edir. Münaqişənin həlli üzrə təsirli addımlar atmağın zəruri olduğu vaxt çoxdan çatıb.

—Bəzi Qərb KİV-lərində Azərbaycanın ünvanına bu yaxınlarda keçirilmiş seçkilərlə bağlı tənqid olur. Siz bu hücumları necə şərh edərdiniz?

—İlk növbədə Azərbaycan Respublikasında keçirilmiş prezidenti seçkiləri və İlham Əliyevin yenidən Prezident seçilməsi münasibətilə Azərbaycan xalqını təbrik etmək istərdim.

Prezident seçkiləri demokratik, sərbəst, ədalətli şəraitdə və yüksək seçici fəallığı ilə keçirilib. Seçkilərdə Azərbaycan vətəndaşlarının Konstitusiya hüquqlarının təmin olunması və sərbəst şəkildə səs vermələri üçün lazım olan hər cür şərait yaradılmışdı. Həmçinin səsvermə şəraiti şəffaf olub. Səsvermənin gedişi yerli və beynəlxalq KİV-lər tərəfindən daimi rejimdə işıqlandırılıb. Səsvermə məntəqələrində veb-kameralar quraşdırılıb ki, ona qoşulmaqla səsverməni müşahidə etmək mümkün idi. Seçkiləri 800-dən çox beynəlxalq və 58 000-dən çox yerli müşahidəçilər izləyiblər. Həmçinin Azərbaycanın Moskvadakı səfirliyində Azərbaycan Respublikasının 1506 vətəndaşı səs verib.

Bəzi müşahidəçilərin hər hansı fakta əsaslanmayan hücumları əsassız hesab edilir.

Şübhəsiz ki, bu seçkilər Azərbaycan xalqının Prezident İlham Əliyev tərəfindən həyata keçirilən müstəqillik siyasətinə və islahatlara Azərbaycan xalqının inamını və dəstəyini bir daha təsdiqləyir.

—Azərbaycan, xüsusən də Bakı öz etnik və mədəni müxtəlifliyi ilə həmişə şöhrət qazanıb. Bu gün ölkənizdə rus mədəniyyətinin, rus dilinin vəziyyəti necədir?

—Müxtəlif etnik və milli azlıqların nümayəndələri əsrlərboyu Azərbaycanda sülh və anlaşma şəraitində yaşayıblar. Siz tamamilə düzgün qeyd etdiniz: Azərbaycanın paytaxtı Bakı bu baxımdan tolerantlıq mərkəzidir. Bildiyiniz kimi, Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə 2016-cı il aprelin 25-27-də Bakıda Sivilizasiyalar Alyansının VII Qlobal Forumu keçirilib. Forumda beynəlxalq gündəliyin aktual problemlərinə, o cümlədən diskriminasiya, ksenofobiya, irqçilik, təcavüzkar separatizmə qarşı mübarizə məsələləri, habelə mədəniyyətlərarası və dinlərarası dialoqun möhkəmlənməsinə və multikulturalizmin təşviqinə dair tədbirlər müzakirə edilib.

İki ildən bir keçirilən "Bakı prosesi" - Mədəniyyətlərarası Dialoq Forumu tolerantlıq və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə, cəmiyyətdə diskriminasiya, ekstremizm və ksenofobiyaya qarşı mübarizəyə yönələn beynəlxalq cəhdlərin əlaqələndirilməsi üçün platformadır.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu ölkədə multikulturalizmin və tolerantlığın inkişafına böyük töhfə verir. Fondun "Tolerantlığın ünvanı - Azərbaycan" layihəsi çərçivəsində ölkədə və onun hüdudlarından kənarda məscidlərin, kilsələrin, məbədlərin yenidən qurulması və bərpası həyata keçirilir.

Azərbaycan rus dilinə və rus mədəniyyətinə münasibətilə nəinki yaxın qonşuları, həm də postsovet məkanının digər ölkələri arasında fərqlənir. Hazırda Azərbaycanın 300-dən çox ümumtəhsil məktəbində, 18 ali məktəbində və 38 orta ixtisas təhsil müəssisəsində tədris rus dilində aparılır.

Bakıda Səməd Vurğun adına Rus Dram Teatrı, Slavyan Universiteti (burada rus dili ilə yanaşı, digər slavyan xalqlarının dilləri də öyrədilir) fəaliyyət göstərir, rus, xarici və Azərbaycan müəlliflərinin rus dilində kitabları nəşr edilir. Yeri gəlmişkən, Azərbaycanda öz əsərlərini rus dilində yaradan bir sıra şair və yazıçılar - etnik azərbaycanlılar var.

Rus dilindən dövri mətbuatda, jurnallarda, qəzetlərdə, elektron mənbələrdə istifadə edilir. Dövlət və özəl kanallar rus dilində yayıma vaxt ayırırlar. 2009-cu ildə Azərbaycan paytaxtında postsovet məkanında ilk Rus Kitab Evi açılıb.

Rusiya ali məktəblərindən M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialları bizim qürur mənbəyimizdir. Bu təhsil müəssisələrində də tədris rus dilində aparılır.

Şəhərin mərkəzində A.S.Puşkinə ucaldılmış abidə, Mixail Lermontovun, Lev Tolstoyun, Maksim Qorkinin adlarını daşıyan küçələr rus ədəbiyyatına və mədəniyyətinə hörmətin ifadəsidir.

—May ayında Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü tamam oldu. Onun təkcə Azərbaycanın deyil, həm də Sovet İttifaqının tarixində böyük rolu olub. Rusiyada Heydər Əliyevə həsr olunan yubiley tədbirlərinin keçirilməsi planlaşdırılırmı?

—Əlbəttə. O, həm sovet, həm də müasir Azərbaycanın tarixində mühüm rol oynamış dahi şəxsiyyətdir. O, haqlı olaraq müasir Azərbaycanın memarı və qurucusu hesab edilir. Bu cür insanlar, ola bilsin ki, yüz ildən bir, ən ağır zamanda, onlara məhz ehtiyac duyulan vaxt meydana çıxırlar. 1993-cü ildə də belə olub. Hakimiyyətə qayıdan Heydər Əliyev ölkəni məhv olmaqdan xilas etdi, onu demokratiya və inkişaf yoluna çıxardı. Məhz Heydər Əliyevin qoyduğu möhkəm bünövrə əsasında bu gün Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edir. Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olanda maşınqayırma, yüngül sənaye və nəqliyyat sahələrini kurasiya edirdi. Mədəniyyət və təhsil sahələri də onun nəzarətində idi. SSRİ-nin mühüm strateji obyekti olan, o zaman tez-tez "Mir" kosmik stansiyası ilə müqayisə edilən Baykal-Amur Magistralının tikintisi onun rəhbərliyi ilə reallaşdırılıb. 2008-ci il iyulun 18-də Baykal-Amur Magistralının (1181 kilometrliyində) Anqoya stansiyasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyan vağzal açılıb.

Heydər Əliyev haqqında yorulmadan danışa bilərəm. Bu görkəmli dövlət xadiminin Azərbaycan Respublikası və xalqı qarşısında xidmətləri əvəzsizdir. Rusiyada Heydər Əliyevə həsr edilən yubiley tədbirlərinə gəldikdə isə onu deyə bilərəm ki, səfirlik tərəfindən tədbirlər artıq təşkil edilib, Ümummilli Liderin zəngin irsinin öyrənilməsinə, geniş ictimaiyyətə, xüsusən gənclərə çatdırılmasına yönələn tədbirlərin keçirilməsi də planlaşdırılır.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Türk dünyası” II Beynəlxalq Tələbə Tamaşaları Festivalının açılışı olub

Bakıda “Pyotr Fomenkonun emalatxanası” teatrının qastrolları olub

Qarabağ Universitetinə rektor təyin olunub

“Neftçi”nin baş məşqçisi: Qarşımızda Çempionlar Liqası kimi çox ağır missiya var

® Azerconnect Group COP29 çərçivəsində keçirilən Biznes Forumda iştirak edib

“Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələblər”in təsdiq edilməsi haqqında
 Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 14 may tarixli 190 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin strukturu”nda dəyişiklik edilməsi haqqında
 Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da dəyişiklik edilməsi barədə
 Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Qarabağın rəngləri” layihəsinə təqdim edilmiş eskizlərin içərisindən 23 tələbənin əsəri seçilib

“Satınalan təşkilatlar tərəfindən ərzaq məhsullarının (dövlət ehtiyatları üçün alınan ərzaq məhsulları istisna olmaqla) mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”nın təsdiq edilməsi barədə
 Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

® AYİB Azərbaycanda mikro, kiçik və orta sahibkarlığa dəstək üçün “AccessBank” ilə əməkdaşlığa başlayıb

Mərkəzi Bank yeni 1 qəpiklik metal pul nişanını tədavülə buraxıb

Gürcüstana 20 konteynerdən ibarət qatar yola salınıb

Monteneqro müstəqilliyinin 18-ci ildönümünü qeyd edir

Bakıda güləş üzrə Avropa çempionatının açılış mərasimi keçirilib

“Pedaqoji Universitetin gələcək təhsil liderləri” müsabiqəsinin finalı keçirilib

Qeyri-sabit hava şəraiti mayın 24-dək davam edəcək

Culian Assanjın həyat yoldaşı ABŞ-a müraciət edib: Jurnalistikaya qarşı biabırçı hücumdan əl çəkin FOTOLAR VİDEO

Sabahdan Əhməd Rəcəbli küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Rəhman Hacıyev: “Qarabağın rəngləri” layihəsi xalqımızın xeyriyyəçilik ənənəsinin təşviqidir

“İstehsal, ətraf mühit və bərpa olunan enerji” – seminar

Azərbaycan çempionatlarında pley-off oyunlarının vaxtı bəlli olub

Ailə münaqişəsi zəminində 9 389 sayda hüquqazidd əməlin qarşısı alınıb

Mehmet Yüce: Türk dünyasının çox böyük və önəmli iqtisadi potensialı var

Monitorinq aparılmış bağçaların müdirləri üçün təlim keçirilib

® “Kapital Bank”ın nağd kredit lotereyasının 1-ci tirajının qalibləri bəlli olub

TÜRKSOY-un Baş katibi: “Türk dünyası” II Beynəlxalq Tələbə Tamaşaları Festivalının məqsədi gənclərə dəstək verməkdir

“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1115-VIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Avropada bütün zamanların ən yaxşı futbolçuları açıqlanıb

“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Gürcüstanın əsas xarici ticarət tərəfdaşları sırasında 5-cidir

“Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 19 aprel tarixli 1132-VIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Türk Dövlətləri Təşkilatının Baş katibi BDU-da

Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Qadınların əməyi qadağan olunan peşə və iş yeri azaldılıb

Əfqanıstanda avtobus qəzasında 5 nəfər ölüb, 11 nəfər yaralanıb

Türkiyədə peyklərin işlənib hazırlanması sahəsində ən yaxşı gənc mühəndis-tədqiqatçılar müəyyən olunacaq

Azərbaycan Respublikası vətəndaşlarının 2024-cü il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Ukraynanın Xarkov vilayətində yaşayan Azərbaycan vətəndaşlarına bu bölgədə yaranmış vəziyyətlə bağlı müraciət edilib

Ş.V.Bayramovun Qarabağ Universitetinin rektoru təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Ş.V.Bayramovun Mingəçevir Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Elm və təhsil naziri Dünya Təhsil Forumunda

“Elektroenergetika haqqında” Azərbaycan Respublikasının 2023-cü il 11 aprel tarixli 858-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi və bəzi fərmanlarının ləğvi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Neftçala Peşə Məktəbində “Açıq qapı” günü təşkil olunacaq

Hindistanda avtomobilin dərəyə aşması nəticəsində 18 nəfər ölüb

“Dövlət orqanlarında (qurumlarında) normayaratma fəaliyyətinin təkmilləşdirilməsi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Ekologiya və Təbii Sərvətlər Nazirliyindəki Latviya Seyminin sədri ilə görüşdə COP29-a hazırlıq tədbirlərindən danışılıb

İqtisadiyyat nazirinin vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib

“Əsrə bərabər gün” tamaşasına baxış

Xarkov yaxınlığında istirahət mərkəzinə endirilən zərbə nəticəsində azı 7 nəfər həlak olub

Paytaxtda bəzi restoranlardan havaya atılan tullantıların miqdarının normadan çox olduğu müəyyənləşdirilib

Dual peşə təhsil proqramının monitorinqi davam etdirilir

İndoneziyanın İbu vulkanı beş kilometr hündürlüyə kül püskürüb

Qadın Resurs mərkəzləri vasitəsilə 824 nəfər qadın biznes fəaliyyətinə qoşulub

® ABB-nin Xankəndi filialı fəaliyyətə başlayıb!

Mərdəkanda “Açıq səma altında” pleneri keçirilib

Qarabağ Universiteti üzrə Çağrı Mərkəzi yaradılıb

AQTA-nın monitorinqləri zamanı 40 müəssisədə nöqsanlar aşkarlanıb

Ötən il 187 qadın, 9 kişi barədə mühafizə orderi verilib

Özünüməşğulluq proqramı üzrə son bir həftədə 200-dək şəxs üçün kiçik təsərrüfatlar yaradılıb

Siqaret hər il Laosda 6700 nəfərin ölümünə səbəb olur

Kürdəmirdə fəaliyyət göstərən marketdə istehlaka yararsız qida məhsulları aşkarlanıb

“Azexport” Naxçıvanda sahibkarlarla görüş keçirib

“İƏT Modeli–2024” proqramının əsas mövzusu COP29, ətraf mühitin qorunmasına həsr olunub

Bakıda qırğız Xalq yazıçısının əsərinin təqdimatı keçiriləcək

İran Prezidentinin cənazəsi sabah Təbrizdən Məşhədə göndəriləcək

İki ölkənin səmasında parlaq kometa işığı müşahidə edilib

Culian Assanj ABŞ-a ekstradisiyasına qarşı məhkəmə iddiasında qələbə qazanıb

Hesabat: Nikahların sayı azalıb, boşanmaların sayı çoxalıb

Livanda üçgünlük matəm elan edilib

DİM: Xarici dillər üzrə imtahana, həmçinin əcnəbilər üçün Azərbaycan dili imtahanına qeydiyyat aparılır

Kasım-Jomart Tokayev: Qazaxıstan Türkiyə ilə ticarət dövriyyəsinin həcmini 10 milyard dollara çatdırmaq niyyətindədir

Məişət zorakılığı ilə bağlı Daxili İşlər Nazirliyinə edilən müraciətlərin sayı azalıb

Növbəti “Ehtiyat zabit hazırlığı” kursu başa çatıb VİDEO

“KazMunayQaz” Azərbaycan nefti sayəsində Aralıq dənizi akvatoriyasından daşımaların həcmini artırıb

Azərbaycan cüdoçusu dünya çempionatında finala yüksəlib

Gender bərabərliyinin qorunmasına hansı dövlət qurumlarında və siyasi partiyada əməl olunub?

Azərbaycan və Türkiyənin ombudsmanları Lefkoşaya səfər edəcəklər

Sumqayıtda sənayenin alternativ enerjidən istifadəyə keçidi və kadr hazırlığı mövzusunda tədbir keçirilib

DSMF: Bu ilin dörd ayında daxilolmalarda 157,4 milyon manat artım qeydə alınıb

Ötən il yeni doğulmuş oğlan və qızlar arasındakı fərqdə azalma müşahidə olunub

Cavid Vəliyev: Hazırda Türk Dövlətləri Təşkilatının önəmi artmaqdadır

“Tedaruk.az” portalında ərzaq məhsullarına dair tələbatların yerləşdirilməsinə başlanır

“Zəngilan” və “Şayıflı” SES-lərdə ildə 60 milyon kilovat-saat enerji istehsal ediləcək

“Mançester Siti”nin qapıçısı Amerika Kubokunu buraxacaq

Arılara futbol oynamağı necə öyrətdilər?

Yaşar Sarı: Azərbaycan ilə Türkiyənin bir-birinə ehtiyacı var

LDH Fransada insan hüquq və azadlıqlarına qarşı artan hücumlarla bağlı həyəcan təbili çalır

Azərbaycanın gimnastika mütəxəssisləri beynəlxalq seminara dəvət alıblar

Ötən il hüquq mühafizə orqanlarında çalışan qadınların sayında artım olub

XİN: Azərbaycan “Vahid Çin” siyasətini dəstəkləyir və ölkəmiz Tayvanın müstəqilliyini tanımır

® Azərbaycan Sement İstehsalçıları Assosiasiyası COP29-a hazırlıq çərçivəsində “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünü həyata keçirir

Xankəndiyə prokuror təyin edilib

Parlamentdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin illik hesabatı dinlənilir

Naxçıvanda sahibkarlara 110 mənşə sertifikatı verilib

Bakıda 2600 manat dəyərində antik samovar oğurlayan şəxs saxlanılıb

Azərbaycan millisi Moldovada yoldaşlıq turnirində iştirak edəcək

Prezident İlham Əliyev Latviya Seyminin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib YENİLƏNİB VİDEO

Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin ümumrespublika seminarı keçirilib