Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi İbn Haldun Universiteti ilə əməkdaşlığı genişləndirir
Bakı, 20 may, AZƏRTAC
Mayın 20-də keçirilən “Azərbaycan-Türkiyə münasibətləri Türk Dövlətləri Təşkilatı çərçivəsində” adlı tədbirdə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və İbn Haldun Universiteti arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan tərəfindən Anlaşma Memorandumunu BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev, Türkiyə tərəfindən isə İbn Haldun Universitetinin rektoru Atilla Arkan imzalayıblar.
Memoranduma əsasən, BMTM ilə İbn Haldun Universiteti arasında qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan akademik mübadilənin reallaşdırılması və ortaq layihələrin icrası nəzərdə tutulub.