POLİS AKADEMİYASINDA “DAXİLİ İŞLƏR ORQANLARI ƏMƏKDAŞLARININ ETİK DAVRANIŞ KODEKSİ”NİN TƏQDİMATI OLMUŞDUR
Bakı, 10 mart (AZƏRTAC). Martın 10-da Daxili İşlər Nazirliyinin Polis Akademiyasında Azərbaycan Hüquqşünasları Konfederasiyasının (AHK) nəşr etdirdiyi “Daxili işlər orqanları əməkdaşlarının etik davranış kodeksi”nin təqdimat mərasimi keçirilmişdir.
Qonaqlar ulu öndər Heydər Əliyevin akademiyanın həyətində ucaldılmış abidəsi önünə əklil qoyduqdan sonra “Heydər Əliyev irsinin öyrənilməsi üzrə ideoloji mərkəz”lə tanış olmuş, “Fəxri qonaqların xatirə kitabı”na ürək sözlərini yazmışlar.
Polis Akademiyasının rəisi, polis general-mayoru Ramiz Nağıyev tədbirin əhəmiyyətindən danışmışdır.
Mərasimdə Azərbaycan Hüquqşünasları Konfederasiyasının sədri, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov və AHK idarə heyətinin üzvü, Azərbaycan Respublikasının ədliyyə naziri yanında İctimai Komitənin əlaqələndiricisi Əliməmməd Nuriyev çıxış etmişlər. Ə.Hüseynov “Azərbaycan Hüquqşünasları Konfederasiyasının fəaliyyət istiqamətləri və Azərbaycanda hüquqi islahatlar”, Ə.Nuriyev isə “Daxili işlər orqanları və vətəndaş cəmiyyəti münasibətləri” mövzusunda çıxış etmişlər.
Polis Akademiyasının dövlət və hüquq nəzəriyyəsi kafedrasının rəisi, polis polkovniki Ceyhun Süleymanovun “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin olunmasında “Daxili işlər orqanları əməkdaşlarının etik davranış kodeksinin əhəmiyyəti” və ictimai elmlər kafedrasının dosenti, polis polkovniki Tahir Behbudovun “Daxili işlər orqanları əməkdaşlarının etik davranış kodeksinin tarixi və perspektivləri” mövzusunda çıxışları da maraqla qarşılanmışdır.
Müzakirələr başa çatdıqdan sonra “Daxili işlər orqanları əməkdaşlarının etik davranış kodeksi”nin min nüsxəsi Polis Akademiyasına hədiyyə edilmişdir.
Mərasimdə Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin böyük məsləhətçisi, Dövlət Qulluğunu İdarəetmə Şurası yanında Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın katibi İnam Kərimov iştirak etmişdir.
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bu saata olan əsas xəbərlər
- [20:00]
İstanbulun fəthindən 573 il ötür
- [14:46]
Milli musiqi gecəsi - “Balabanın sehrində”
- 28.05.2026 [23:05]
İran müharibəsi səbəbindən ABŞ-də inflyasiyanın səviyyəsi artır
- 28.05.2026 [22:22]
Peru Respublikasının Prezidenti Xose Mariya Balkasar Seladadan
- 28.05.2026 [21:56]
Dubayın “Bürc-Xəlifə” qülləsi Azərbaycan bayrağının rənglərinə bürünüb
- 28.05.2026 [21:19]
Budapeştdə 28 May- Müstəqillik Günü münasibətilə rəsmi ziyafət təşkil olunub
- 28.05.2026 [21:08]
“Elə bildim öz doğma balam gəlib...” – Böyük Qaladərəsi kəndindən reportaj
- 28.05.2026 [20:55]
"Qəbələ" Premyer Liqada qalıb
- 28.05.2026 [20:50]
Moldovada yaşayan soydaşlarımıza Qurban bayramı sovqatı paylanılıb
- 28.05.2026 [20:35]