POLİS ƏMƏKDAŞLARI SAHƏLƏRDƏKİ ÇƏTƏNƏ KOLLARINI MƏHV ETMİŞLƏR
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin və Şəki Şəhər Polis Şöbəsinin əməkdaşları Cunud kəndi ərazisində yabanı halda bitmiş, çəkisi 20 ton olan 36500 ədəd, Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları isə Qaramanlı kəndi ərazisində yabanı halda bitmiş, çəkisi 1 ton 500 kiloqram olan 15000 ədəd çətənə kollarını məhv etmişlər.
Samux Rayon Polis Şöbəsinin əməkdaşları Yenikənd kəndi ərazisində yabanı halda bitmiş, çəkisi 1 ton 890 kiloqram olan 1800 ədəd, Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları Calud kəndi ərazisində yabanı halda bitmiş, çəkisi 4 ton 357 kiloqram olan 17524 ədəd, Qax Rayon Polis Şöbəsinin əməkdaşları Tanqıt kəndi ərazisində yabanı halda bitmiş, çəkisi 11 ton 760 kiloqram olan 18640 ədəd, Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları Qızıl Qaya qəsəbəsi ərazisində yabanı halda bitmiş, çəkisi 1 ton 382 kiloqram olan 843 ədəd, Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları Nic kəndi ərazisində yabanı halda bitmiş, çəkisi 14 ton 300 kiloqram olan 48100 ədəd, Bayramkoxa kəndi ərazisində yabanı halda bitmiş, çəkisi 8 ton 200 kiloqram olan 24800 ədəd çətənə kollarını yığaraq məhv etmişlər.
Xətai Rayon Polis İdarəsinin 37-ci bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ağazəki Atakişiyevdən 2 kiloqram 20 qram marixuana götürülmüşdür.
Faktlarla bağlı araşdırmalar aparılır.