Polis vətəndaşlara tibbi maskalar paylayıb
Bakı, 8 may, AZƏRTAC
Ölkəmizdə tətbiq olunan xüsusi karantin rejiminin qaydaları yumşaldılsa da, koronavirus pandemiyasının yayılmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əhalinin karantin qaydalarına əməl etməsi üçün daxili işlər orqanları tərəfindən maarifləndirici, izahedici söhbətlər aparılır.
Növbəti belə tədbirlərdən biri paytaxtın Xəzər rayonunda təşkil olunub. Belə ki, Xəzər Rayon Polis İdarəsinin 3-cü polis bölməsinin əməkdaşları maddi yardımların verilməsi ilə bağlı Binə qəsəbəsindəki poçt məntəqələrinin, bankların, idarələrin qarşısına toplaşan vətəndaşlara xüsusi karantin rejiminin tələblərini izah edib, ara məsafələrin qorunmasını xatırladıb və onlara mindən çox tibbi maska paylayıblar.