Azərbaycan Dövlət İnformasiya Agentliyi

Politoloq: ABŞ Qarabağdan başqa heç bir yerdə separatçılığı dəstəkləmir VİDEO

Politoloq: ABŞ Qarabağdan başqa heç bir yerdə separatçılığı dəstəkləmir VİDEO

Bakı, 18 sentyabr, N.Məmmədova, AZƏRTAC

Amerika diplomatiyasının Cənubi Qafqazda əsas məqsədi və vəzifələri heç də burada mövcud olan münaqişələri, xüsusən, təəssüf ki, 44 günlük müharibədən sonra hələ də mövcud olan Ermənistan-Azərbaycan qarşıdurmasını kökündən həll etmək yox, Rusiyanı regiondan sıxışdırıb çıxarmaqdır. Məsələ ondadır ki, Birləşmiş Ştatların yürütdüyü regional siyasət tarixinə nəzər salsaq, asanlıqla görmək olar ki, əsas diqqət Rusiyanın təsirinin azaldılmasına, Sovet İttifaqı dövründə isə SSRİ-nin zəifləməsinə yönəlib.

Bu barədə AZƏRTAC-a politoloq İlqar Vəlizadə bildirib.

Ekspert xatırladıb ki, 1988-ci ildə ABŞ-da bəzi siyasi dairələr “Qarabağ kartından” Sovet İttifaqını çökdürmək, millətlərarası toqquşmalar yaratmaq üçün istifadə edirdi. O əlavə edib: “Hazırkı vəziyyətdə Amerika tərəfi Ermənistanın irredentik məqsədlərini açıq şəkildə dəstəkləyib. Guya bu ölkədəki demokratiya hərəkatı həqiqətən də Azərbaycan ərazilərinin işğalı məqsədini daşımır, əvvəllər də Dağlıq Qarabağ muxtar vilayətinin Azərbaycan SSR-in tərkibindən çıxarılması və onun Ermənistan SSRİ-yə birləşdirilməsi hədəfi olmayıb. Bu siyasət ABŞ-da müəyyən dairələr tərəfindən dəstəklənib və regionda gərginliyi daha da artırıb. Xatırlayırıq ki, həmin vaxt Birləşmiş Ştatların bəzi siyasi xadimləri 1988-ci ildə Sumqayıtda və 1990-cı ilin əvvəlində Bakıda baş verən hadisələrlə bağlı ziddiyyətli bəyanatlar verir, onları Azərbaycan tərəfinin ermənilərə qarşı etnik təmizləmə siyasəti kimi qələmə verirdilər. Bu iddialar heç də həqiqətə uyğun deyildi və həmin siyasətçilərin ermənipərəst olduğunu göstərirdi. Bunun ardından, 1995-ci ildə ABŞ-ın qanunverici orqanında - Konqres və Senatda erməni qrupu formalaşdı, onun tərkibinə isə Azərbaycanı tənqid edən və Ermənistanı dəstəkləyən siyasətçilər daxil oldular”.

Politoloqun sözlərinə görə, həmin erməni qrupunun müxtəlif illərdə 100-120-dən artıq üzvü olub və onlar daimi olaraq anti-Azərbaycan mövqeyindən çıxış edirlər. Bu şəxslərin rəyləri Birləşmiş Ştatların Azərbaycanla bağlı siyasətinin formalaşmasına təsir göstərib. İ.Vəlizadə vurğulayıb: “Çox təəssüf ki, bu insanlar indi də anti-Azərbaycan dalğasında fəal işləməyə davam edir və Ermənistanı dəstəkləyirlər. Onların bir çoxu erməni lobbisində sıx şəkildə bağlıdır, çoxlarının ABŞ-da yaşayan ermənilərlə qohumluq əlaqələri var. Xüsusən, həmin Robert Menendes - Senatın beynəlxalq münasibətlər komitəsinin başçısı. Belə olan halda, hər hansı tərəfsiz mövqedən söhbət gedə bilməz. Bu şəxslərin ABŞ-ın ayrı-ayrı instansiyaları tərəfindən siyasi qərarların qəbul olunmasına təsiri o qədər böyükdür ki, son zamanlar onlar Amerikanın bizim regionda siyasətini müəyyən edirlər. Yenə də əsas məqsəd Rusiyanı regiondan sıxışdırıb çıxarmaqdır. Amma bu, kobud üsulla, dünya ermənilərini öz tərəfinə çəkmək, ermənilərin separatçı əhvali-ruhiyyəsi ilə oynamaq, faktiki olaraq Azərbaycanın ərazi bütövlüyünü sual altına qoymaqla həyata keçirilir”.

Politoloq diqqətə çatdırıb ki, Vaşinqton Azərbaycanın ərazi bütövlüyünü sözdə dəstəkləsə də, əməldə tamamilə başqa mənzərənin şahidi oluruq. O, bildirib: “Xüsusilə, xatırlatmaq istərdim ki, 1992-ci ildə - Azərbaycanın görünməmiş təcavüzə məruz qaldığı bir vaxtda və xaricdən dəstək alan erməni işğalçı bölmələrinin ərazilərimizi işğal etdiyi, kütləvi etnik təmizləmələrin, o cümlədən Xocalı soyqırımının törədildiyi şəraitdə Amerika Konqresi ermənipərəst siyasətçilərin təhriki ilə Birləşmiş Ştatların Azərbaycanla qarşılıqlı fəaliyyətini məhdudlaşdıran 907-ci düzəlişi qəbul etdi. Bu, Azərbaycanın xarici dəstəyə ehtiyacı olduğu, Azərbaycan xalqının böyük problemlərlə qarşılaşdığı, hələ zəif olan Azərbaycan dövlətinin dünya xəritəsindən silinmə təhlükəsinə məruz qaldığı bir vaxtda baş verib. ABŞ, bir tərəfdən ümumdünya dəyərlərinə sadiqliyini bəyan edərək Azərbaycanın müstəqilliyini və onun suverenliyini möhkəmləndirməsini dəstəklədiyini bildirir, əslində, bu hədəflərə zidd olan addımlar atırdı”.

ABŞ-ın ATƏT-in Minsk qrupunda iştirakından danışan politoloq Vaşinqtonun bu format çərçivəsində regional proseslərə biganə münasibətini qeyd edib. “Minsk qrupunun vasitəçiləri tez-tez gərginliyin azaldılmasına, həmin mürəkkəb onilliklər ərzində böhran vəziyyətinin aşılmasına kömək etməyən şablon bəyanatlarla çıxış edirdilər. Amma Azərbaycan Ordusunun 44 günlük müharibə zamanı işğal olunmuş əraziləri azad etməsindən sonra Azərbaycan dövləti regional siyasətdə yeni format tətbiq etdi, həmin dövrdə mövcud olan status-kvonu dəyişdirdi. Amerika diplomatiyası isə “yuxudan oyanaraq” üçtərəfli Bəyanatın imzalanmasına vasitəçilik edən Rusiyanı ikinci plana keçirmək məqsədi ilə danışıqlar prosesinə fəal moderatorluq etməyə başladı. Əlbəttə, ABŞ diplomatiyası bu məsələdə müəyyən irəliləyiş əldə etdi: mühüm görüşlər keçirildi, habelə reallaşacağı təqdirdə başa çatacaq Ermənistan-Azərbaycan münaqişəsi tərəflərinin sülh sazişi imzalanması mərhələsinə çatmasını təmin edəcək razılaşmalar əldə olundu. Lakin ABŞ Dövlət Departamenti nümayəndələrinin son bəyanatları Amerika diplomatiyasının bu səylərinə kölgə salır, Birləşmiş Ştatların vasitəçilik missiyasını sual altına qoyur, Vaşinqtonun tərəfsizliyinə şübhə yaradır. Çünki bu bəyanatlarda açıq şəkildə Ermənistana tərəfkeşlik və onu Rusiyanın təsirindən çıxarmaq məqsədilə edilən cəhdlər hiss olunur”.

İlqar Vəlizadə əlavə edib ki, bütün bunlar yenə də “Qarabağ kartının” oynanılması, regionda gərginliyin artırılması yolu ilə edilir və Birləşmiş Ştatların postsovet məkanında digər münaqişə vəziyyətlərinə münasibətdə məqsəd və bəyanatlarına heç də uyğun gəlmir.

Onun sözlərinə görə, ABŞ Qarabağdan başqa heç bir yerdə separatçılığı dəstəkləmir. Politoloq hesab edir: “Birləşmiş Ştatlarda heç vaxt qondarma Cənubi Osetiya, Abxaziya, Dnesrtyanı rejimlərin ofisləri fəaliyyət göstərməyib. Onların nümayəndələri ABŞ-a səfər etmir, hələ bir çoxu isə sanksiyalara məruz qalır. Bütün bunları Azərbaycan ərazisində indiyədək fəaliyyət göstərən separatçılar haqqında söyləmək olmaz, onlar utanmadan Birləşmiş Ştatlara gedir, bu dövlətin təsisatlarında olur, Konqresdə, Senatda, Dövlət Departamentində görüşlər keçirirlər. Bu, Birləşmiş Ştatların bəyan etdiklərinə uyğun gəlmir və ABŞ-ın bizim regionda maraqlarına ciddi zərər verir, həmçinin bu ölkə ilə Azərbaycan arasında normal qarşılıqlı faydalı münasibətlərin inkişafına kömək etmir”.

Ekspert sonda qeyd edib ki, Azərbaycan bu vəziyyətlə barışa bilməz və Birləşmiş Ştatların siyasi dairələrinin diqqətinə çatdırır ki, bu təhlükəli siyasət və erməni separatçılarının nazı ilə oynamaq ABŞ-ın regionda rolunu zəiflədir, eyni zamanda, onun geosiyasi rəqiblərinin nüfuz dairəsini artırır. “Əgər bu siyasət Vaşinqtonun xoşuna gəlirsə, əlbəttə, ABŞ onu davam etdirə bilər. Lakin qeyd etmək lazımdır ki, onun çox ciddi nəticələri olacaq, sülhə və Birləşmiş Ştatların region ölkələri ilə mehriban qonşuluq münasibətlərinə gətirib çıxarmayacaq. Çünki, bu siyasətin təməlində “parçala və hökm sür” prinsipi var. Azərbaycan bunu qəbul etmir və Amerika Birləşmiş Ştatlarının diqqətinə bir daha çatdırır ki, “Qarabağ kartından”, Qarabağ erməniləri məsələsindən istifadə etməklə qlobal aktorlarla münasibətlərin aydınlaşdırılması heç bir nəticə verməyəcək. Bu, heç bir tərəfə, xüsusən ABŞ-a dividend gətirməyəcək, həmçinin regionda vəziyyəti daha da gərginləşdirəcək”, - deyə politoloq sözlərinə yekun vurub.

 

Politoloq: ABŞ Qarabağdan başqa heç bir yerdə separatçılığı dəstəkləmir VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rusiya payız kampaniyası zamanı orduya 120 min nəfər çağıracağını açıqlayıb

Kamçatka sahillərində ardıcıl üç zəlzələ olub

Latviya prezidenti ölkəsində nüvə silahı yerləşdirməyə hazır olduğunu bildirib

ADEX 2026: Elm və müdafiə sənayesi tərəfdaşlığı yeni mərhələdə

Kürdəmirdə toy məclisindən sonra bir neçə qonağın halı pisləşib

Fransa maliyyə bazarlarından rekord məbləğdə borc götürməyə hazırlaşır

İlon Mask müharibələrin gələcəyini araşdıracaq yeni təşəbbüsə rəhbərlik edəcək

Texnologiyanın sərhədləri Bakıda: “ADEX-2026”

Azərbaycanın müdafiə naziri britaniyalı və slovakiyalı həmkarları ilə görüşüb

"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunun əsas mərhələsinə yüksəlib

Zığ şosesində qəza: 8 Noyabr prospekti istiqamətində hərəkət məhdudlaşdırılıb

Fransa şəkərli məhsullara yeni vergi tətbiq etməyi planlaşdırır

Murad Hüseynov: Üzeyir Hacıbəyli Festivalı mədəni əlaqələri genişləndirir

Fransa Böyük Britaniya ilə qeyri-qanuni miqrasiya sazişini dayandırır

Azərbaycan Basketbol Liqası: "Sabah" mövsümə qələbə ilə başlayıb

Şamaxıda yol qəzası ölümlə nəticələnib VİDEO

Şamaxıda yol qəzası ölümlə nəticələnib VİDEO

Mərkəzi Asiyanı Pakistan limanları ilə birləşdirəcək yeni layihə

İşğaldan azad edilmiş ərazilərdə tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsahibə elan edilib

Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub

Bakıda “Tamo sənəti: Azərbaycanda Kolumbiya əl işləri ənənəsi” sərgisi açılıb

MDB ölkələrinin xarici işlər nazirləri Türkmənistanda görüşəcəklər

“ADEX 2026”: BDU rektoru elm–universitet–sənaye əməkdaşlığının vacibliyini diqqətə çatdırıb

“ASELSAN”ın baş direktoru: Qardaş ölkə Azərbaycanla əməkdaşlığımızı gücləndirməyə davam edirik

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başa çatıb VİDEO

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başa çatıb VİDEO

Səməd Vurğunun oğlu: Atamın poeziyası ideologiyalardan asılı olmayaraq dəyərini qoruyub

Azərbaycan-Yunanıstan enerji tərəfdaşlığının perspektivləri nəzərdən keçirilib

Bu saata olan əsas xəbərlər

“ASELSAN” “ADEX 2026”ya hansı silahlarla gəlib? VİDEO

“ASELSAN” “ADEX 2026”ya hansı silahlarla gəlib? VİDEO

Kəngərlidə ağır qəza olub, 5 nəfər xəsarət alıb VİDEO

Kəngərlidə ağır qəza olub, 5 nəfər xəsarət alıb VİDEO

Ayxan Abbasov: Milli komandalar səviyyəsində zəif rəqib anlayışı qalmayıb

“Birliyin Gücü – 2026” birgə hərbi təlimində hərbi qulluqçular qarşılıqlı təcrübə mübadiləsi aparırlar

İstanbulda beynəlxalq konfransda Kimya İnstitutunun tədqiqatları təqdim olunub

Almaniyada inflyasiya son üç ildə ilk dəfə 3 faizi ötüb

Turan Məmmədəliyeva: “Arşın mal alan” layihəsinin festivala daxil edilməsi bizim üçün qürurvericidir

Emin Mahmudov: Sabah bizim üçün vacib oyun olacaq, qalib gəlmək istəyirik

Azərbaycanın Müdafiə Nazirliyi ilə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalanıb

“Mingəçevir Reqatası-2026”nın qızıl medalçısı: Uğurun əsas səbəbi özünəinam və məqsədyönlü məşqlərdir VİDEO

“Mingəçevir Reqatası-2026”nın qızıl medalçısı: Uğurun əsas səbəbi özünəinam və məqsədyönlü məşqlərdir VİDEO

MI5: Çinin kəşfiyyat qurumları Britaniya universitetlərində aparılan tədqiqatlardan istifadə edib

“Mingəçevir Reqatası-2026”nın iştirakçısı: Güclü rəqiblərə baxmayaraq, qalib gəldik VİDEO

“Mingəçevir Reqatası-2026”nın iştirakçısı: Güclü rəqiblərə baxmayaraq, qalib gəldik VİDEO

“Qaya” ansamblının “Arşın mal alan” fantaziyası illər sonra səhnədə

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Azər İlyasov: “Mingəçevir Reqatası-2026”da qalibiyyətə əzmlə nail oldum VİDEO

Azər İlyasov: “Mingəçevir Reqatası-2026”da qalibiyyətə əzmlə nail oldum VİDEO

Azərbaycan məhsulları Minskdə beynəlxalq sənaye sərgisində nümayiş olunur

Cəlilabadda aqrar sahənin inkişafı və yeni subsidiya mexanizmlərinə həsr olunmuş regional müşavirə baş tutub

Ekspert: “ADEX 2026” Cənubi Qafqazda təhlükəsizliyin gücləndirilməsi baxımından əhəmiyyətlidir VİDEO

Ekspert: “ADEX 2026” Cənubi Qafqazda təhlükəsizliyin gücləndirilməsi baxımından əhəmiyyətlidir VİDEO

“Birliyin Gücü-2026” təlimləri Azərbaycan Ordusunun yeni inkişaf mərhələsi üçün zəmin yaradacaq - RƏY

“Yerli icra hakimiyyəti orqanlarının strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 dekabr tarixli 546 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 24 aprel tarixli 651 nömrəli Fərmanının icrası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Baş prokuror MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 36-cı iclasında iştirak edib

Mingəçevir Reqatasının gümüş mükafatçısı: Hədəfim qızıl medal qazanmaqdır VİDEO

Mingəçevir Reqatasının gümüş mükafatçısı: Hədəfim qızıl medal qazanmaqdır VİDEO

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 fevral tarixli 21 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

2026-2030-cu illərdə enerji səmərəliliyinə investisiyalar ildə 3,2 trilyon dollara çatdırılmalıdır - HESABAT

“Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyun tarixli 213 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında “ADEX 2026” sərgisi ilə bağlı paylaşım edilib VİDEO

"ADEX 2026": İki qardaş ölkənin birgə istehsalı olan zərbə PUA-sı

Bakıda XIV Beynəlxalq Akustika Mühəndisliyi Forumu keçiriləcək

Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı “ADEX 2026”da nümayiş etdirilir

Tarixçi-alim: Albanlar Qafqaz regionunun yerli əhalisi olub

Mingəçevir Reqatasında medal qazanan Azərbaycan avarçəkənləri mükafatlandırılıb VİDEO

Mingəçevir Reqatasında medal qazanan Azərbaycan avarçəkənləri mükafatlandırılıb VİDEO

Azərbaycan-Türkiyə əlaqələrinin inkişafı regionda yeni investisiya imkanları yaradır - ŞƏRH

Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ

“Hürkuş” yeni nəsil təlim təyyarəsi ilk dəfə “ADEX 2026”da

Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub YENİLƏNİB VİDEO

Azərbaycan Alpaqut Federasiyasının İcraiyyə Komitəsində yeni təyinatlar olub

Baş nazir Əli Əsədov Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti ilə görüşüb

Azərbaycanın “Erkən hisslər” filmi Avstriyada beynəlxalq festivalda nümayiş olunacaq

Elektron pul köçürmələri ilə bağlı yeni qaydanın qüvvəyə minmə tarixi dəyişdirilib - YENİLƏNİB

Rusiya dizel ixracına qadağanın müddətini uzadıb

Azərbaycan istehsalı olan BARS kamikadze dronu ilk dəfə “ADEX 2026”da nümayiş etdirilir

Aqrar Sığorta Fondu bölgələrdə fəaliyyət göstərən mütəxəssisləri əməkdaşlığa dəvət edir

® "Prime Leasing" Cənub bölgəsində: Cəlilabadda yeni filial qapılarını açdı

Azərbaycan istehsalı olan KİQR 01, KİQR 02 və KİQR 03 ilk dəfə “ADEX 2026“da

Daşkənddə Azərbaycan dili kurslarının yeni tədris ilinin açılışı olub VİDEO

Daşkənddə Azərbaycan dili kurslarının yeni tədris ilinin açılışı olub VİDEO

Qeyri-neft-qaz ixracında yeni mərhələ: Sahibkarlar üçün yeni imkanlar

“ADEX 2026” - Azərbaycanın ilk dəfə nümayiş etdirilən hərbi texnika və silahları açıqlanıb

“Böyük Qayıdış” ekran işığında: “Sabaha doğru”

SOCAR “Halliburton” şirkəti ilə mümkün əməkdaşlıq perspektivlərini dəyərləndirib

“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirilib

Vüqar Bayramov: Maliyyə Monitorinqi Xidmətinin yeni qaydaları çirkli pulların yuyulmasına qarşı mübarizəni gücləndirəcək

Azərbaycan istehsalı olan SİQR 01 və SİQR 02 ilk dəfə ictimaiyyətə nümayiş olunur

Recep Öztop: Türkiyə olaraq Mingəçevir Reqatasında təmsil olunmaqdan məmnunluq duyuruq VİDEO

Recep Öztop: Türkiyə olaraq Mingəçevir Reqatasında təmsil olunmaqdan məmnunluq duyuruq VİDEO

İranın Gürcüstandakı səfiri XİN-ə çağırılıb

® “PAŞA Holding” AFAQ layihəsinə dəstəyini davam etdirir

İndoneziyada gəmi qəzasında ölənlərin sayı 78-ə çatıb

Azərbaycan Ordusunun Baş Qərargah rəisi İran hərbi nümayəndə heyəti ilə görüşüb

Tədqiqat: Dəniz səviyyəsinin yüksəlməsi yabanı dəniz növlərinin yayılma arealını genişləndirə bilər

Vinil valdan notlara: Niyazinin “Arşın mal alan” üzərindəki redaktəsi bərpa edilir

Bakıda Beynəlxalq Konfutsi İnstitutu Günü qeyd olunub

Şavkat Mirziyoyev FIFA prezidenti ilə Azərbaycan və Özbəkistanda keçiriləcək dünya çempionatını müzakirə edib

İnformasiya Texnologiyaları İnstitutunun rəsmisi: “OpenAI” ilə əməkdaşlıq yeni imkanlar yaradacaq

Azərbaycanın stolüstü tennisçiləri Tbilisidən 5 medalla qayıdırlar

“Qarabağa Qayıdış – İlk Texnika Festivalı” Zəngilanda VİDEO

“Qarabağa Qayıdış – İlk Texnika Festivalı” Zəngilanda VİDEO

Mustafa Mehmandarov: Üzeyir bəyin “Azərbaycan xalq musiqisinin əsasları” kitabı bu gün də misilsiz qaynaqdır

Beynəlxalq İnvestisiya Forumu xarici investorlarla yerli sahibkarlar arasında əməkdaşlıq imkanlarını genişləndirir – MÜSAHİBƏ VİDEO

Beynəlxalq İnvestisiya Forumu xarici investorlarla yerli sahibkarlar arasında əməkdaşlıq imkanlarını genişləndirir – MÜSAHİBƏ VİDEO

Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 7 medal qazanıblar VİDEO

Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 7 medal qazanıblar VİDEO

“Elm və həyat” jurnalında ədəbiyyat məsələləri” monoqrafiyası çap olunub

BMU “ADEX 2026”da müdafiə sənayesi üçün əhəmiyyətli 11 elmi-tədqiqat nəticəsini təqdim edir

Azərbaycanı U-17 Avropa çempionatında 21 boksçu təmsil edəcək

Payızın ilk “Ulduz”u

Qazi: Övladının gözü yolda qalan silahdaşımın yerinə şəhid olmaq istəyirdim VİDEO

Qazi: Övladının gözü yolda qalan silahdaşımın yerinə şəhid olmaq istəyirdim VİDEO

Böyük Britaniyanın Aİ-yə yenidən qoşulması nəzərdən keçirilə bilər