Azərbaycan Dövlət İnformasiya Agentliyi

Politoloq: Beynəlxalq təşkilatların hesabatları sübut edir ki, Ermənistan bəşəri dəyərlərə zidd siyasət yürüdür

Politoloq: Beynəlxalq təşkilatların hesabatları sübut edir ki, Ermənistan bəşəri dəyərlərə zidd siyasət yürüdür

Bakı, 10 avqust, AZƏRTAC

Modern çağımız yeni dünya nizamının gətirdiyi yeniliklərə adekvat davranaraq demokratik dəyərlərin daha da geniş vüsət almasında maraqlıdır. Prezident İlham Əliyevin yürütdüyü hərtərəfli, uğurlu daxili və xarici siyasət konsepsiyası ilə Azərbaycan da müasir dünyanın yeni çağırışları ilə bərabər irəliləyir, beynəlxalq hüququn norma və prinsiplərinə hörmətlə yanaşır, ölkə əhalisinin hüquq və azadlıqlarının maksimum səviyyədə təmin olunması məsələsinə olduqca həssas yanaşır. Bu gün Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi qəbul olunur. Eyni zamanda, dövlətimizin başçısının dünyada siyasi nüfuzu və çəkisi getdikcə artır. Bundan əlavə, ölkə daxilində müxtəlif siyasi partiyalar üçün bərabər və eyni imkanlar platforması təqdim olunur. Bunun əyani sübutudur ki, Azərbaycan hakimiyyəti geniş siyasi dialoq təşəbbüsü başlatdı. Ölkəmizdə sosial, iqtisadi, mədəni, ictimai-siyasi sahədə aparılan islahatlar bəhrəsini verir. Xüsusilə çoxpartiyalı sistemin inkişafı, iqtidarla müxalifət arasında qarşılıqlı anlaşma şəraitində keçən dialoq prosesi, dövlətimizin başçısının əlamətdar günlərdə partiya liderlərini təbrik etməsi, Qarabağ məsələsində 43 siyasi partiyanın bəyanat verərək orduya və Ali Baş Komandana dəstək verməsi ictimaiyyət tərəfindən də təqdirlə qarşılandı. Hakimiyyətlə müxalif siyasi qüvvələr arasında dövlətin milli təməl prinsiplərinin rəhbər tutulması barədə razılıq əldə olundu, partiyaların dini, etnik, irqi ayrı-seçkiliyə yol verməməsinin vacibliyininin əhəmiyyəti də hər zaman prioritet tutulur.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq Şəbnəm Həsənova ifadə edib.

Politoloq deyib ki, bütün bunların əksinə olaraq, son dərəcə aqressiv, insan hüquq və azadlıqlarının görməzdən gəlinməsi prosesi Ermənistanda daha kritik bir vəziyyət alıb. Ermənistanda demokratiya, söz və mətbuat azadlığı, insanların şikayət etmək hüquqları faktiki olaraq əllərindən alınır. Hakimlər təzyiq və şantaja məruz qalır, jurnalistlər, müxalifət fəalları və siyasi opponentlər hakimiyyət tərəfindən təqib və həbs olunur.

2018-ci ildə qurulan komanda özündən əvvəl hakimiyyətdə olan insanlardan tamamilə fərqli siyasi xətt tutacağı vədini verib, demokratikləşmə aparacağını bildirsə də, onun hakimiyyəti illərində biz əvvəlki illərdə hökm sürən tendensiyanın daha da kəskinləşdiyini müşahidə etdik. Korrupsiyaya qarşı mübarizə adı altında özlərindən əvvəlki siyasətçilərin təqib və həbs olunması, özlərinin isə qeyri-leqal əməllərinin çirkabında boğulması demokratiya pərdəsi altında gizlənənlərin iç üzünü ortaya çıxardı.

Ş.Həsənova diqqətə çatdırıb ki, Azərbaycanın Qələbəsi Ermənistan cəmiyyətində mənəvi-psixoloji sarsıntı yaratmaqla bərabər, bu ölkəni dərin demoqrafik, sosial və iqtisadi böhranla üz-üzə qoydu. Ermənistanın Azərbaycana məğlubiyyəti, COVID-19 pandemiyasının özü ilə bərabər gətirdiyi çətinliklərdən xilas olmaqda çətinlik çəkməsi ölkə daxilindəki bütün boşluqları aşkara çıxartdı. Məlum oldu ki, bu ölkədə insan hüquq və əsas azadlıqları sahəsində olan acınacaqlı vəziyyət son dərəcə kritik həddə çatıb. Ermənistanda, sadəcə, siyasi deyil, ictimai münasibətlər də ən aşağı səviyyədədir. Burada ən mühüm məsələ ondan ibarətdir ki, Ermənistanın bu cür siyasəti beynəlxalq aləm tərəfindən də mənfi qarşılanır. Belə ki, əksər vaxtlarda Ermənistanda insan hüquq və azadlıqlarının pozulmasını görməzdən gələn dairələr artıq bunu etiraf etməyə başlayıblar. Sözügedən məsələ ABŞ Dövlət Departamentinin, Avropa İttifaqının, həmçinin beynəlxalq insan hüquqlarının müdafiəsi ilə məşğul olan çoxsaylı qeyri-hökumət təşkilatlarının hesabatlarında da əksini tapır. Belə ki, ölkədə ifadə azadlığının və sərbəst toplaşmaq hüquqlarının daha da məhdudlaşdırılmasını, əlillərə qarşı və gender əsaslı zorakılığın artmasını, korrupsiya hallarının geniş vüsət almasını, şəffaflığın boğulmasını, polis tərəfindən insanlara qarşı zor tətbiqinin artmasını və cəzaçəkmə müəssisələrinin acınacaqlı vəziyyətinin kritikləşməsini bu hesabatlarda görmək olur. Nümunə olaraq “Freedom House” tərəfindən nəşr edilən 2020-ci il üzrə “Nations in Transit” hesabatına nəzər salaq. Hesabata əsasən, Ermənistan 100 ballıq şkala üzrə 33 ballıq nəticə ilə yarıgücləndirilmiş avtoritar rejimdir, ölkədə siyasət yüksək dərəcədə qütbləşib, hakimiyyətin müstəqil idarə olunmalı qolu hesab edilən məhkəmə sistemi isə qeyri-müstəqildir. Məhz bunun nəticəsidir ki, insanların məhkəmə sisteminə inamı yoxdur. “Freedom House” tərəfindən nəşr edilən 2021-ci il Dünya Azadlıq Hesabatında isə Ermənistan “qismən azad” dövlətlər sırasına yerləşdirilib. Hökumətin siyasətinin insanların siyasi hüquqları və mülki azadlıqları ilə bağlı davam edən problemlərə görə qeyri-sabit olduğu da hesabatda öz əksini tapıb.

“ABŞ Dövlət Departamentinin qiymətləndirməsində əksini tapan məsələlər isə bu ölkədə insan hüquqları sahəsində problemlərə işgəncə, səbəbsiz azadlıqdan məhrumetmə, cəzaçəkmə müəssisələrinin pis vəziyyətdə olması, insan alveri, vətəndaşların şəxsi həyatına müdaxilə, müstəqil məhkəmə sisteminin yetərsizliyi, zorakılıq və zorakılıq qorxusu yaradan və mülki əhaliyə zərər vermək məqsədilə törədilmiş cinayətlər, uşaq əməyinin ən pis formasının mövcud olmasıdır”, - deyən politoloq vurğulayıb ki, bu gün Ermənistanda inkişafına daha çox ehtiyac duyulan sahələr ayrı-seçkiliyin və nifrət nitqinin qarşısının alınması, gender bərabərliyi və gender əsaslı zorakılıqdan müdafiə, işgəncə və pis rəftar, azadlıqdan məhrum etməzdən öncəki məhkəmə prosedurlarının tənzimlənməsidir ki, məhz bu amillər də Avropa İttifaqının 2020-ci il üzrə insan hüquqları və demokratiya hesabatında yer alıb.

Bu ölkədə medianın fəaliyyətinə də ya süni əngəllər yaradılır, ya da onların müstəqil fəaliyyəti tamamilə məhdudlaşdırılır, jurnalistlərə qarşı təqib halları və zorakılıq müşahidə olunur. Belə ki, 2020-ci ilin ikinci yarısında İfadə Azadlığını Müdafiə Komitəsinin (CPFE) jurnalistlərə qarşı zorakılıq nəticəsində 6 xəsarət faktı barədə məlumat verib. Bununla yanaşı, CPFE-nin məlumatlarına əsasən, 2021-ci ilin birinci yarısında jurnalistlərə qarşı zorakılıq halları artaraq 7 hadisə və 8 xəsarətlə nəticələnib.

Bütün bunlarla yanaşı, Ermənistan antihumanizm siyasətini öz siyasətində prioritet tutan, monoetnik bir ölkədir. 2020-ci ildən etibarən ölkədə antisemit əhval-ruhiyyənin artımı müşahidə olunur. Belə ki, təkcə ötən il Yerevanda Holokost və soyqırımı abidəsi iki dəfə vandalizmə məruz qalıb.

“2019-2021-ci illər ərzində insan hüquqları və azadlıqlarını əsas tutan beynəlxalq qeyri-hökumət təşkilatlarının hazırladıqları hesabatlar bir daha onu deməyə əsas verir ki, Ermənistan nə qədər aqressiv, bəşəri dəyərlərə zidd siyasət yürüdür”, - deyə politoloq qeyd edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkiyədə çay tullantılarından kömür və gübrə əldə olunur

Vitkoff və Kuşnerin Moskvaya səfərinin təxirə salınmasının səbəbi açıqlanıb

Hörmüz boğazında neft tankeri minaya düşüb

İndoneziya sahillərində 5,8 bal gücündə zəlzələ baş verib

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

ABŞ Ukraynaya silah tədarükünü və kəşfiyyat məlumatlarının ötürülməsini dayandırmaqla hədələyir

Bill Qeyts süni intellekt səbəbindən kiberhücumların artacağını proqnozlaşdırır

Livanda İsrailin hücumları nəticəsində ölənlərin sayı 4387 nəfərə çatıb

“Bloomberg”: Səudiyyə Ərəbistanı Qərbin dəstəyindən narazıdır

İran: Hörmüz boğazında naviqasiya sistemlərini söndürən gəmilər cəzalandırılacaq

Oman sahillərində tankerə dron hücumu olub, iki dənizçi itkin düşüb

Özge Gürel: “44” filmindəki hekayədə var olduğum üçün qürur duyuram

Ukrayna Aİ-dən 3 milyard avro dəyərində hərbi dəstək alacaq

Azərbaycan üçün əsas məsələ etimadı və uzunmüddətli tərəfdaşlığı möhkəmləndirməkdir ŞƏRH

XXI Bakı Caz Festivalı İçərişəhərdə möhtəşəm konsert proqramı ilə başa çatıb

Avropa İttifaqı Ukraynaya raket və dronların alınması üçün əlavə vəsait ayıracaq

Premyer Liqa: "Mançester Siti" "Liverpul"u məğlub edib

Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub

Qazaxda yol qəzası: üç nəfər xəsarət alıb

Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub

Biləsuvardakı zəncirvari qəzada ölənin və xəsarət alanların kimliyi məlum olub YENİLƏNİB

Zelenski: Ukrayna enerji atəşkəsini dəstəkləyir və Rusiyanın da buna qoşulmasını vacib sayır

İsrail ordusu HƏMAS-ın elit bölməsinin komandirinin öldürüldüyünü açıqlayıb

Bu saata olan əsas xəbərlər

“Kür”ün baş məşqçisi: Komandamın oyunundan razıyam

Polşanın Baş nazirinə və müdafiə nazirinə təhdidlər göndərən şəxs saxlanılıb

Bakıdan Keşikçidağa: Arxeoloji tədqiqatlar və tarixi-mədəni irsə səyahət

Esma Muratoviç: İki əla oyun keçirdik və qələbə qazandığımız üçün çox qürurluyuq

Fərid Qayıbov: “Kür” komandasının qələbəsi həndbolumuzun inkişafına mühüm töhfə verəcək

Kənan Hüseynəliyev peşəkar rinqdə 13-cü qələbəsini qazanıb

Zelenski Ukraynada seçkilərin keçirilməsi üçün 60 günlük atəşkəs şərti irəli sürüb

AFP: Ər-Riyadda partlayış baş verib

“Kür” Avropa Kubokunda növbəti mərhələyə yüksəlib

Culfa rayonunun kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

FHN Qəbələ-Xankəndi ultramarafonunda təhlükəsizliyi təmin edib

Premyer Liqa: “Qarabağ” 1000-ci oyununda qələbə qazanıb

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Ömrünü sözə və sənətə həsr etdi - Ayaz Vəfalı

Naxçıvan Dövlət Kukla Teatrında “Yeddi şəhid, bir şahid” tamaşasının premyerası olub

Azərbaycanın Mərkəzi Asiya üçün strateji əhəmiyyəti ilbəil artır ŞƏRH

Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Azərbaycanlı tələbələr Türk dünyası gənclərinin birinci görüşündə iştirak ediblər

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Zelenski Rusiyanın neft emalı zavodlarına zərbələrin hansı halda dayandırılması məsələsinə aydınlıq gətirib

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

Məktəblərdə geyim qaydaları: hüquqi çərçivə və vahid yanaşma

Finlandiya Ukraynaya F-16 qırıcıları üçün döyüş sursatları göndərəcək

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib

Almaniyada ifrat sağçının paylaşdığı xəritə Fransada narazılıq yaradıb

Ağdaşda “Kənddən şəhərə” yarmarkası təşkil olunub

İsveçdə hərəkətsiz həyat tərzi problemi getdikcə dərinləşir

Sakinlərə keyfiyyətli xidmət: Qax Elektrik Şəbəkəsi bu istiqamətdə səylərini artırıb

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Şahin İsmayılov: Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsi Azərbaycanın regional mövqeyini daha da gücləndirir - ŞƏRH

Azərbaycan və Belarus üzgüçülük federasiyaları arasında memorandum imzalanıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Türkiyədə dəhşətli yol qəzası: 11 nəfər ölüb, 27 nəfər yaralanıb

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibləri mükafatlandırılıb

Tovuzda qadın dəm qazından boğularaq ölüb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

EYBA-nın payız konfransının iştirakçıları Ali Məhkəmədə olublar

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO