Azərbaycan Dövlət İnformasiya Agentliyi

Politoloq: Ermənistanda insan hüquq və azadlıqları ilə bağlı vəziyyət acınacaqlıdır

Politoloq: Ermənistanda insan hüquq və azadlıqları ilə bağlı vəziyyət acınacaqlıdır

Bakı, 10 avqust, AZƏRTAC

Ermənistanda insan hüquqlarının və əsas azadlıqlarının acınacaqlı durumu barədə beynəlxalq təşkilatlar tərəfindən ciddi hesabat sənədləri tərtib olunmaqdadır. Zamanında Azərbaycan dövlətinə və azərbaycanlılara qarşı kütləvi şəkildə qanun pozuntuları və bəşəri cinayətlər törədən Ermənistana qarşı və onun atdığı qanunsuz addımlara münasibətdə qeyri-adekvat mövqe tutan ermənipərəst dövlətlər və təşkilatlar necə oldu ki, həqiqətləri etiraf etməyə məcbur qaldılar?

2018-ci ildə Ermənistanda süni inqilab ssenarisi tərtib edib antiqərb siyasəti yürüdən Qarabağ klanını devirərək hakimiyyətə gətirilən “demokrat” ləqəbli, əslində isə antidemokrat baş nazir Nikol Paşinyanın idarəetmə sisteminə bu cür qiymətin verilməsinə nə səbəb oldu?

Azərbaycanla yanaşı, beynəlxalq aləm də çox yaxşı bilir ki, Ermənistanda bu günə qədər demokratik dəyərlərin rüşeymləri belə mövcud olmayıb. Ermənistan hakimiyyəti ölkə daxilindəki qanunsuzluq və hüquqsuzluq prezumpsiyasını beynəlxalq hüquqa münasibətdə də uzun illər ərzində çox açıq şəkildə həyata keçirirdi. Bunu biz 30 ilə yaxın dövr ərzində mövcud olan keçmiş Qarabağ münaqişəsinə münasibətdə hər gün müşahidə etməkdə idik.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin sədri politoloq Xəyal Bəşirov bildirib.

Politoloq qeyd edib ki, Prezident İlham Əliyevin prinsipial və qətiyyətli mövqeyinə rəğmən, iki ölkə arasındakı münaqişənin sülh və danışıqlar yolu ilə həlli üçün beynəlxalq hüquqla üzərinə düşən bütün öhdəliklərdən boyun qaçıran, beynəlxalq humanitar hüququn hər bir prinsipini tapdalayan Ermənistan daxili hüquqa fərqli yanaşma sərgiləyə bilməzdi. Dövlətimiz bütün bacarıq və imkanlarından istifadə edərək bunu beynəlxalq təşkilatların və dövlətlərin diqqətinə çatdırmağa çalışsa da, cavabında etinasızlıq və laqeydliklə qarşılaşırdı. İndi həmin təşkilatlar və dövlətlər bu gün Ermənistanda insan hüquq və azadlıqlarının acınacaqlı və dəhşətli durumu barədə qalaq-qalaq hesabatlar və sənədlər tərtib edirlər.

“Uzun illər ərzində Azərbaycana qarşı ədalətsiz və əsassız mövqe tutan "Human Rights Watch", "Amnesty International", "Freedom House", "İnernational Federation for Human Rights", "Transparency İnternational", Avropa İttifaqı kimi təşkilatlar, ABŞ Dövlət Departamenti və Dünya İqtisadi Forumu Ermənistandakı insan hüquq və azadlıqlarına dair real vəziyyəti az da olsa təsvir etməyə qərar veriblər. Həmin hesabatlarda COVID-19 pandemiyasının onsuz da geriləməkdə olan iqtisadiyyatın tənəzzülünü sürətləndirməsindən, İkinci Qarabağ müharibəsinin və onun nəticələrinin isə acınacaqlı durumda olan daxili ictimai-siyasi vəziyyəti daha da təhlükəli səviyyəyə gətirməsindən Ermənistan rəhbərliyinin öz maraqları istiqamətində istifadə etməsinə toxunulur. Bu sənədlərdə pandemiya şəraitində olan-qalan hüquqları da tam şəkildə əllərindən alınan, azadlıqları məhdudlaşdırılan Ermənistan cəmiyyətinin ciddi ictimai və siyasi böhran yaşamasından bəhs olunur”, - deyə X.Bəşirov diqqətə çatdırıb.

Politoloq qeyd edib ki, məlumatlara əsasən, Ermənistanda fundamental hüquqlar və azadlıqlar olan sərbəst toplaşmaq, birləşmək, söz və ifadə azadlıqlarının, uşaq və qadın hüquqlarının intensiv şəkildə kobudcasına pozulması halları sürətlə artmaqdadır. Ölkə üzrə irqi ayrı-seçkilik və dözümsüzlük, polis tərəfindən zor tətbiq edilməsi, işgəncə, vətəndaşlarla pis rəftar edilməsi nümunələri, hüquq müdafiəçilərinə qarşı amansız tədbirlər, cəzaçəkmə və islah müəssisələrində dözülməz vəziyyət, korrupsiyanın bütün sahələrdə hökm sürməsi və şəffaflığın olmaması kimi neqativ hallara dair məlumatların yalnız az bir hissəsi barədə məlumatlara toxunulur. “Əslində, burada təəccüblü hansısa bir məqam yoxdur və əksinə işğalçı və təcavüzkar bir dövlət olan Ermənistanın yürütdüyü dövlət siyasətinin əsl mahiyyətinin diktə etdiyi real vəziyyət hələ də tam əks olunmur. Azərbaycan dövlətinə qarşı işğalçılıq və təcavüzkar siyasət yürüdən, əhalisinə münasibətdə isə çoxsaylı soyqırımı və insanlıq əleyhinə olan cinayətlər edən dövlət, elə öz vətəndaşlarına da ən yaxşı halda belə münasibət göstərə bilərdi. Dünyanın ən nəhəng təşkilatı olan BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrini yalnız kağız parçası üzərində saxlayan bir dövlət elə həmin təşkilatın Baş Assambleyası tərəfindən 1948-ci ildə qəbul edilmiş İnsan Hüquqları Haqqında Ümumi Bəyannamənin öz daxilində canlanmasına necə imkan verərdi?! Təbii ki, heç bir halda verməzdi!”, - deyə politoloq bildirib.

“Düşünürəm ki, hazırda Ermənistanda insan hüquq və azadlıqlarının dəhşətli vəziyyətdə olması ilə bağlı yeni, yalnız kağız üzərində qalacaq sənədlər hazırlayan təşkilatlar və dövlətlər bu ölkədə vəziyyətin bu mərhələyə gəlib çıxmasına elə özləri şərait yaradıblar”, - deyən X.Bəşirov qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı törətdiyi misli görünməmiş qanunsuzluqlara və cinayətlərə vaxtında və lazımi reaksiya göstərilsəydi, indi həmin dövlətdə hazırkı mənzərə mövcud olmazdı.

Bildirib ki, hesabatların mövcud vəziyyətə şərait yaradanlar tərəfindən tərtib edilməsinin də ciddi səbəbləri var. Bunu Azərbaycan dövləti və onun yürütdüyü uğurlu siyasət və diplomatiya, Azərbaycanın müəllifliyi ilə dünyada bəlkə də son dövrlər ərzində həllini tapan ilk münaqişə kimi Qarabağ münaqişəsindən sonra regiondakı yeni geosiyasi reallıq diktə edir: "Azərbaycan 44 günlük müharibədə təcavüzkar Ermənistanı və onun işğalçı ordusunu darmadağın etməklə, onun dövlət başçısını kapitulyasiya aktına imza atdırmaqla yanaşı dünyada süni yaradılmış erməni mifini də darmadağın etdi. Qalib ölkənin Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva işğaldan yenicə azad edilmiş ərazilərdə silah səsləri səngiməmiş, barıt iyi çəkilməmiş və tökülən qanlar qurumamış orada uzun illər ərzində törədilmiş erməni vəhşiliyini və caniliyini bütün dünyaya göstərdilər. Bununla da dünya erməniliyi barədə məlumatsız olanlar məlumatlandırılmaqla yanaşı, uzun illər ərzində ermənipərəst siyasət yürüdən və erməni cinayətlərinə göz yumanlar da ciddi faktlar qarşısında çarəsiz duruma salındı. Bu gün nəhayət ki, Ermənistandakı insan hüquq və azadlıqlarının real dəhşətli vəziyyəti və acınacaqlı durumu barədə tam olmasa da, bəzi məlumatların əks olunduğu hesabatların hazırlanmasının əsas səbəbi budur".

Politoloq vurğulayıb ki, bu gün dünyaya demokratiya dərsi keçən Avropanın dövlətlərində hansısa nazirin elmi işi ilə bağlı plagiat hallarının baş verməsinə görə istefaya göndərilməsinin fonunda, həmin “demokratiya”nın məhsulu sayılan Paşinyanın ən az 44 günlük müharibəyə və onun Ermənistan üçün baş verən nəticələrinə görə nəinki baş nazir seçilmək, heç seçkilərdə belə iştirak haqqı olmamalı idi. Sadəcə, nə yazıq ki, Ermənistan cəmiyyətində hələ də yaxşı yoxdur, pis və daha pis vardır və onlar da son seçkilərdə bu pislər arasında seçim etməli oldular.

"Həm də, onu da unutmayaq ki, dünya durduqca ikili standartlar, ədalətsiz yanaşma və imitasiya xarakterli demokratiya həmişə olub, var və olacaqdır! Azərbaycana isə bunların heç birisi lazım deyil" , - deyə Xəyal Bəşirov fikirlərini yekunlaşdırıb.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkiyədə çay tullantılarından kömür və gübrə əldə olunur

Vitkoff və Kuşnerin Moskvaya səfərinin təxirə salınmasının səbəbi açıqlanıb

Hörmüz boğazında neft tankeri minaya düşüb

İndoneziya sahillərində 5,8 bal gücündə zəlzələ baş verib

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

ABŞ Ukraynaya silah tədarükünü və kəşfiyyat məlumatlarının ötürülməsini dayandırmaqla hədələyir

Bill Qeyts süni intellekt səbəbindən kiberhücumların artacağını proqnozlaşdırır

Livanda İsrailin hücumları nəticəsində ölənlərin sayı 4387 nəfərə çatıb

“Bloomberg”: Səudiyyə Ərəbistanı Qərbin dəstəyindən narazıdır

İran: Hörmüz boğazında naviqasiya sistemlərini söndürən gəmilər cəzalandırılacaq

Oman sahillərində tankerə dron hücumu olub, iki dənizçi itkin düşüb

Özge Gürel: “44” filmindəki hekayədə var olduğum üçün qürur duyuram

Ukrayna Aİ-dən 3 milyard avro dəyərində hərbi dəstək alacaq

Azərbaycan üçün əsas məsələ etimadı və uzunmüddətli tərəfdaşlığı möhkəmləndirməkdir ŞƏRH

XXI Bakı Caz Festivalı İçərişəhərdə möhtəşəm konsert proqramı ilə başa çatıb

Avropa İttifaqı Ukraynaya raket və dronların alınması üçün əlavə vəsait ayıracaq

Premyer Liqa: "Mançester Siti" "Liverpul"u məğlub edib

Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub

Qazaxda yol qəzası: üç nəfər xəsarət alıb

Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub

Biləsuvardakı zəncirvari qəzada ölənin və xəsarət alanların kimliyi məlum olub YENİLƏNİB

Zelenski: Ukrayna enerji atəşkəsini dəstəkləyir və Rusiyanın da buna qoşulmasını vacib sayır

İsrail ordusu HƏMAS-ın elit bölməsinin komandirinin öldürüldüyünü açıqlayıb

Bu saata olan əsas xəbərlər

“Kür”ün baş məşqçisi: Komandamın oyunundan razıyam

Polşanın Baş nazirinə və müdafiə nazirinə təhdidlər göndərən şəxs saxlanılıb

Bakıdan Keşikçidağa: Arxeoloji tədqiqatlar və tarixi-mədəni irsə səyahət

Esma Muratoviç: İki əla oyun keçirdik və qələbə qazandığımız üçün çox qürurluyuq

Fərid Qayıbov: “Kür” komandasının qələbəsi həndbolumuzun inkişafına mühüm töhfə verəcək

Kənan Hüseynəliyev peşəkar rinqdə 13-cü qələbəsini qazanıb

Zelenski Ukraynada seçkilərin keçirilməsi üçün 60 günlük atəşkəs şərti irəli sürüb

AFP: Ər-Riyadda partlayış baş verib

“Kür” Avropa Kubokunda növbəti mərhələyə yüksəlib

Culfa rayonunun kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

FHN Qəbələ-Xankəndi ultramarafonunda təhlükəsizliyi təmin edib

Premyer Liqa: “Qarabağ” 1000-ci oyununda qələbə qazanıb

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Ömrünü sözə və sənətə həsr etdi - Ayaz Vəfalı

Naxçıvan Dövlət Kukla Teatrında “Yeddi şəhid, bir şahid” tamaşasının premyerası olub

Azərbaycanın Mərkəzi Asiya üçün strateji əhəmiyyəti ilbəil artır ŞƏRH

Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Azərbaycanlı tələbələr Türk dünyası gənclərinin birinci görüşündə iştirak ediblər

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Zelenski Rusiyanın neft emalı zavodlarına zərbələrin hansı halda dayandırılması məsələsinə aydınlıq gətirib

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

Məktəblərdə geyim qaydaları: hüquqi çərçivə və vahid yanaşma

Finlandiya Ukraynaya F-16 qırıcıları üçün döyüş sursatları göndərəcək

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib

Almaniyada ifrat sağçının paylaşdığı xəritə Fransada narazılıq yaradıb

Ağdaşda “Kənddən şəhərə” yarmarkası təşkil olunub

İsveçdə hərəkətsiz həyat tərzi problemi getdikcə dərinləşir

Sakinlərə keyfiyyətli xidmət: Qax Elektrik Şəbəkəsi bu istiqamətdə səylərini artırıb

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Şahin İsmayılov: Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsi Azərbaycanın regional mövqeyini daha da gücləndirir - ŞƏRH

Azərbaycan və Belarus üzgüçülük federasiyaları arasında memorandum imzalanıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Türkiyədə dəhşətli yol qəzası: 11 nəfər ölüb, 27 nəfər yaralanıb

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibləri mükafatlandırılıb

Tovuzda qadın dəm qazından boğularaq ölüb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

EYBA-nın payız konfransının iştirakçıları Ali Məhkəmədə olublar

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO