Portuqaliya 45 il ərzində büdcə kəsirinin ən aşağı səviyyəsinə nail olub
Lissabon, 6 aprel, AZƏRTAC
Portuqaliya 2018-ci ili ÜDM-in 0,5 faiz səviyyəsində büdcə kəsiri ilə başa vurub. Bu, ölkədə demokratiyanın qurulduğu 1974-cü ildən indiyədək ən aşağı səviyyədir.
AZƏRTAC xəbər verir ki, Portuqaliyanın maliyyə naziri və Avroqrupun sədri Mario Sentenonun sözlərinə görə, bu, portuqaliyalıların səyi sayəsində mümkün olub. Ölkə, həmçinin hesabat dövrünü tarixdə ən yüksək vergi yükü ilə başa vurub: istehsal edilmiş hər 100 avrodan 35,4 avro vergilərin ödənişinə ayrılıb.
Büdcə dəliyinin kəskin azalması tənqidə məruzə qalıb. Çünki kəsir investisiyaların ixtisarı və vergilərin artması səbəbindən azalır. “Bu, xərclərin qeyri-effekt idarə edilməsidir, bu, kobud azalmalardır”, - deyə Portuqaliyanın Sosial-Demokrat Partiyasının prezidenti Rui Rio bildirib.
Ötən il Portuqaliya 12,8 milyon çox turist qəbul edib və bu sahədən gələn gəlir 4 il ərzində 27 faiz artıb. Məlumata görə, mənzillərin kvadratmetri onilliklər ərzində olduğundan ən baha qiymətə qalxıb. Buna baxmayaraq, 23 milyon avro məbləğində, yəni 19 faiz daha çox ev satılıb. Bu, ötən illə müqayisədə 30 faiz çox deməkdir.
Maliyyə naziri Mario Sentenonun siyasətinin böyük nailiyyəti bir neçə onluq hissənin kəsirdən yuxarı və ya aşağı olmasında deyil, Avropa Komissiyasının Portuqaliyaya olan etimadıdır. Ölkənin iqtisadi trayektoriyası proqnozlaşdırıla bilən və müsbət xətlə addımlayır və bu, xarici investorları cəlb edir.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Lissabon