Premyer Liqa: “Sabah” klubu səfərdə “Turan Tovuz”u məğlub edib
Bakı, 11 noyabr, AZƏRTAC
Futbol üzrə Azərbaycan Premyer Liqasında XIII turun növbəti oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, “Sabah” klubu səfərdə “Turan Tovuz”un qonağı olub. Tovuz şəhər stadionundakı qarşılaşma Bakı təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Matçdakı bütün qollar ilk hissədə vurulub. Doqquzuncu dəqiqədə qonaqların hücumçusu Davit Volkov hesabı açıb. 25-ci dəqiqədə gürcüstanlı forvard dubl edib. 35-ci dəqiqədə Tovuz klubu Fərid Nəbiyevin qolu ilə buraxılan toplardan birinin əvəzini çıxıb. Cəmi iki dəqiqə sonra Bruno Qonsalves hesabı bərabərləşdirib. 42-ci dəqiqədə isə D. Volkov özünün və komandasının 3-cü qoluna imza ataraq, yekun hesabı müəyyənləşdirib.
Bu nəticədən sonra xallarını 16-ya çatdıran “Sabah” yeddinci pilləyə yüksəlib. 15 xalı olan “Turan Tovuz” isə səkkizinci sıraya geriləyib.
Qeyd edək ki, turun əvvəlki oyunlarında “Kəpəz” “Araz-Naxçıvan”a 1:0, “Sumqayıt” isə “Neftçi”yə 2:1 hesabı ilə qalib gəlib. Tura noyabrın 12-də keçiriləcək “Zirə” - “Qəbələ” və “Qarabağ” - “Səbail” görüşləri ilə yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [18:05]
Azərbaycanın iki boksçusu Dünya Kubokuna qələbə ilə başlayıb
- 15.06.2026 [17:27]
Seçmə mərhələ: Azərbaycan millisinin rəqibləri bəlli olub
- 15.06.2026 [16:29]
Azərbaycan boksçuları Serbiyada 13 medal qazanıblar
- 15.06.2026 [16:23]
Tunis yığmasının baş məşqçisi istefa verib
- 15.06.2026 [16:20]
AFFA-nın baş katibi FIFA-nın sammitində
- 15.06.2026 [14:47]
Azərbaycanlı futbolçu Kipr klubuna keçib
- 15.06.2026 [14:29]
“Real Madrid” Mark Kukurellanın keçidini açıqlayıb
- 15.06.2026 [13:54]