Prezident İlham Əliyev Ağdaş rayonunda yol tikintisinə 11,6 milyon manat ayırıb
Bakı, 1 may, AZƏRTAC
Prezident İlham Əliyev mayın 1-də “Ağdaş rayonunun Qolqəti-Dəhnəxəlil-Qoşaqovaq-Ərəbocağı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.
AZƏRTAC xəbər verir ki, 12 min nəfər əhalinin yaşadığı 10 yaşayış məntəqəsini birləşdirən Qolqəti-Dəhnəxəlil-Qoşaqovaq-Ərəbocağı avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 11,6 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.08.2026 [18:43]
Bakı, Gəncə və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 21.08.2026 [18:35]
Xocavənddə mina partlayıb, 1 nəfər yaralanıb
- 21.08.2026 [18:11]
DSMF-nin sədri Tovuzda vətəndaşların müraciətlərini dinləyib
- 21.08.2026 [17:52]
Kənd təsərrüfatı naziri Qobustanda vətəndaşların müraciətlərini dinləyəcək
- 21.08.2026 [17:51]
Samuxda zəruri baytarlıq-sanitariya tədbirləri həyata keçirilib
- 21.08.2026 [15:47]