Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Prezident İlham Əliyev and içdiyi kürsüdən işığına doğru yürüyəcəyimiz yeni hədəfləri nişan verdi - ŞƏRH

Prezident İlham Əliyev and içdiyi kürsüdən işığına doğru yürüyəcəyimiz yeni hədəfləri nişan verdi -  ŞƏRH

Bakı, 15 fevral, AZƏRTAC

Budəfəki prezident seçkiləri ərazi bütövlüyünü, suverenliyini bərpa etmiş Azərbaycanın üçrəngli Bayrağının qürurla və əzəmətlə dalğalandığı bütün ərazilərində keçirildi. Azərbaycan bu tarixi seçkilərlə yeni və təbii ki, qarşıda milli hədəflər üçün sonsuz üfüqlər açan tarixi bir mərhələyə daxil oldu. Azərbaycan torpaqlarının işğaldan azad olunmasına, suverenliyimizin bərpasına yönəlmiş, əcdadlarımızın vəsiyyətini, xalqımızın arzularını ifadə edən tarixi bir missiya uğurla başa çatdırıldı və fevralın 14-də Milli Məclisdə keçirilən andiçmə mərasimi ilə tarixi dövlətçilik ənənələrimiz, milli dəyərlərimiz, döyüş və Zəfər ruhumuz, qurub-yaratmaq potensialımızdan ibarət yeni bir mərhələyə qədəm qoyuldu.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi ekspert Elçin Mirzəbəyli səsləndirib.

Siyasi ekspert vurğulayıb ki, iki yüz ilin yükünün, ümidlərinin toparlandığı 20 illik zaman kəsiyində öz tarixi missiyasının birinci mərhələsini uğurla başa vuran Prezident İlham Əliyev Zəfərimizin memarı və qalib ölkəmizin rəhbəri kimi Azərbaycan vətəndaşlarının mütləq əksəriyyətinin səsini, etimadını, dünya azərbaycanlılarının və Türk dünyasının sevgisini qazanmış Lider, müstəmləkəçiliyin zülmü altında əzilən milyonların haqq səsinin carçısı olaraq and içdiyi kürsüdən işığına doğru yürüyəcəyimiz yeni hədəfləri nişan verdi, milli birliyimizin, həmrəyliyimizin bu hədəflərə çatmaq üçün əsas amil olduğunu vurğuladı.

“Prezident İlham Əliyevin tarixi nitqində yer alan fikirlərdən bir daha bəlli oldu ki, dövlətimizin başçısının hər zaman olduğu kimi, regionda və dünyada cərəyan edən geosiyasi proseslərinin inkişafı ilə bağlı tamamilə aydın, dəmir məntiqə söykənən qənaətləri var və o, Azərbaycanın təhlükəsizliyini, sabit inkişafını təmin edə biləcək perspektiv istiqamətləri, milli hədəflərə varmaq üçün seçilən yolda bizi xalq və dövlət olaraq gözləyən çağırışların spektrini ən incə detallarına kimi müəyyənləşdirib, nəyi necə və nə vaxt edəcəyini çox yaxşı bilir. Bu xüsusda, Prezident İlham Əliyevin nitqində diqqət çəkmək istədiyim məqamlardan biri dövlətimizin başçısının Türk dünyasının gələcəyi və ölkəmizin bu tarixi prosesdəki missiyası ilə bağlı səsləndirdiyi fikirlərdir”, - deyə E.Mirzəbəyli qeyd edib.

Onun sözlərinə görə, bizim bir xalq və dövlət olaraq, ən böyük üstünlüyümüz yalançı vədlərin, gəlişi gözəl, bər-bəzəkli çağırışların, imperialist və müstəmləkəçi iddiaların pərdələnməsinə xidmət edən ilğım geosiyasi nəzəriyyələrin, paxırı qalaylanmış “növbətçi “təbəssüm”lərin girovuna çevrilməməyimizdir. Dünyada baş verən proseslərlə bağlı aydın təsəvvürlərimizin formalaşmasının, dövlətimizin, xalqımızın ilğım perspektivlərə güvənməməsinin, bətnində milli identikliyimizi, müqavimətimizi sıradan çıxarmaq niyyəti daşıyan saxta vədlərə inanmamağımızın təməlində isə istisnasız olaraq Prezident İlham Əliyevin doğrunu yalandan, haqqı nahaqdan, işığı qaranlıqdan zərgər dəqiqliyi ilə seçmək məharəti, milli iradəni ifadə etmək bacarığı, zəkası və xarakteri dayanır.

Bu məqamda real mənzərənin daha aydın şəkildə göz önünə sərgilənməsi üçün Azərbaycan Prezidentinin nitqindən iqtibas gətirmək zəruridir. Sitat: “Əgər əvvəlki illərdə, xüsusilə işğal dövründə bizi çaşdırmaq üçün, yəni, gözdən pərdə asmaq üçün müəyyən vədlərlə cəlb etməyə çalışırdılarsa, indi o maskalar da yırtıldı və açıq-aydın burada ayrıcı xətlər müşahidə olunur. Biz o ayırıcı xətləri çəkməmişik, biz bu ayrıcı xətlərin əleyhinəyik. Biz hətta, cəmi üç ölkənin yerləşdiyi Cənubi Qafqazda bu gün bu ayrıcı xətləri açıq-aydın görürük. Belə olan halda, bizi haradasa qəbul etmək istəməyənlərə biz baş əyməliyikmi? Qətiyyən, bu, olmayacaq! Bizim ailəmiz Türk dünyasıdır”.

Bəli, biz kimsəyə baş əyməmişik, əyməyəcəyik də... Arzulanmadığımız məkanlara isə, saxta vədlərin girovuna çevrilənlərdən fərqli olaraq, nə vaxtımız var, nə də istəyimiz. Heç mənsub olduğumuz mədəniyyət və bizi ayaqda saxlayan milli-mənəvi dəyərlər də buna imkan vermir.

Elçin Mirzəbəyli bildirib ki, biz özgə qapılarından mədət gözləyən toplum olmaqdan, assimilyasiyaya, istibdada, məxməri müstəmləkəçiliyə xidmət edən vədlərin parıltılı tələlərindən çoxdan qurtulmuşuq. Bizim ailəmiz Türk dünyasıdır. Biz aid olduğumuz yerdə, doğmalarımızın arasındayıq və aid olduğumuz yerin də təəssübünü çəkir, inkişafına çalışırıq. Biz ləyaqətimizi, milli qürurumuzu çoxsaylı məhrumiyyətlər, çətinliklər bahasına dirçəltməmişik ki, onu özgə qapılarının dekorativ bəzəyinə çevirək. Bu baxımdan, ailəmiz də, hədəfimiz də, liderimiz də bəllidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Türk Dövlətləri Təşkilatı birliyin və gücün rəmzidir, qlobal dünyada aktora və güc mərkəzinə çevrilməlidir. Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin zəngin təbii ehtiyatları, insan resursları, Avrasiyada ən önəmli, qlobal geostrateji əhəmiyyət daşıyan bir ərazidə yerləşmələri TDT-nin beynəlxalq münasibətlər sisteminin ən güclü aktorlardan birinə çevrilməsinə imkan verir. Bu prosesin sürətlə irəliyə doğru aparılması üçün isə gərəkli olan möhkəm, tarixin dərin qatlarında kök salan təməl, milli iradə və bu iradəni gerçəkləşdirə biləcək potensial var.

Siyasi ekspert dövlətimizin başçısının nitqində yer alan digər mühüm məqama diqqət çəkərək deyib: “Azərbaycan Prezidentinin nitqində digər vacib məqam Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması ilə bağlıdır. Prezidentin qeyd etdiyi kimi, bu məsələdə heç bir narahatlığımız yoxdur. Azərbaycan öz məqsədlərinə nail olub. Bütövlükdə isə Cənubi Qafqaz ətrafında baş verən proseslər, yırtılmış, yerlə bir olmuş, əzik-üzük maskaların hikkəli və ikrah doğuran sərsəmləmələrinin fonunda görəsən hansı normallaşmadan danışmaq olar. Nəyi və kimi normallaşdırırıq? Normallaşmaya qalarsa, buna, ilk növbədə, Ermənistanın, eləcə də hələ də sağlam məntiqlə düşünməyi bacarmayan, saxta, əsassız iddialara söykənən ideoloji zəhərlə taqətdən düşmüş ultramillətçi erməniliyin ehtiyacı var. Normallaşma ikitərəfli, yaxud çoxtərəfli bir anlayışdır. Bu səbəbdən, ilk növbədə, Ermənistan və onun müxtəlif qütblərdən “burunlarını” Cənubi Qafqaza uzadan təhrikçiləri normallaşmalıdır. Onlar sağlam düşünməyi, reallığı dərk etməyi bacarmalı, həqiqəti qəbul etməlidirlər. Əks təqdirdə, bizim heç bir normallaşmaya ehtiyacımız yoxdur. Gedin, öz aranızda hansı müstəvidə, çərçivədə, ölçüdə, nə bilim nədə istəyirsiniz “normallaşın”. “Gedin, işinizlə məşğul olun!”.

 

 

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakı-Quba yolunda zədələnmiş piyada keçidi təmir olunacaq

Azərbaycan Avropanın enerji təhlükəsizliyinin mühüm sütunudur ŞƏRH

Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqə və yarışların qaliblərinin nəzərinə

“Zirə”nin yay hazırlıq planı bəlli olub

Nazir: Ermənistan rəsmilərinin qanunvericilik barədə paralellik yaratması qəbuledilməzdir

Kənd təsərrüfatı nazirinin müavini Füzulidə vətəndaşları qəbul edəcək

Birinci Qarabağ müharibəsinin şəhidi Zərdabda dəfn olunub

Azərbaycan təmiz enerji sahəsində təşəbbüskar ölkəyə, əsas oyunçuya çevrilir - ŞƏRH

Peter Siyarto Avropa İttifaqının əsas prioritetlərini açıqlayıb VİDEO

Bakı Enerji Həftəsi dünya mediasının diqqət mərkəzindədir

“Məktəblilərin respublika çempionatı”nın final yarışları davam edir

“Napoli”nin yeni baş məşqçisi açıqlanıb

BMU-da startapçı tələbələrə sertifikatlar təqdim edilib

UEFA reytinqi: "Qarabağ" son 5 ildə ölkəsinə ən çox əmsal qazandıran ikinci komandadır

Qırx dörd günlük müharibədə xalq orduya arxalandı, ordu da xalqdan güc aldı...

Peter Siyarto: Avropada əksər liderlər Azərbaycan Prezidenti ilə eyni platformada durmaq istəyirlər

Peter Siyarto: Avropa Sülh Fondundan Ermənistana yardım göstəriləcəksə, Azərbaycana da edilməlidir

Dövlət Su Ehtiyatları Agentliyinin kollektivi Ümummilli Liderin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Naxçıvanlı alimlər Rusiya Dövlət Tarix Arxivində yeni materiallar toplayırlar

® “Azercell”in dəstəyilə həyata keçirilən “Techcell” hakatonu başa çatıb

Azərbaycan XİN rəhbəri: Ermənistandan aldığımız növbəti sənəddə müsbət mesajlar gördük VİDEO

Daşkəsəndə “Təmiz Daşkəsən” ekoloji layihəsinin icrasına başlanılıb

SOCAR: Tərəfdaşlarımız yeni layihələrin həyata keçirilməsinə maraq göstərirlər

Nazir: Macarıstan şirkətləri işğaldan azad olunmuş ərazilərdə fəal iştirak edirlər VİDEO

Ceyhun Bayramov: Macarıstanla ticarətin həcmini yüksəltmək niyyətindəyik VİDEO

BP: Yaşıl enerjinin istehsalı və ixracı Azərbaycanın gələcəyi üçün mühüm əhəmiyyət daşıyır

“Səbail” klubu əsas qapıçısı ilə vidalaşıb

® “Bakcell”in ölkə miqyaslı rebrendinq tədbiri Laçında yekunlaşıb

Azərbaycan XİN rəhbəri: Macarıstanla əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir

Tədrisin digər dildə aparıldığı bölmə üzrə məktəb və müəllim seçiminin tarixi açıqlanıb

“Acwa Power”: İnanırıq ki, Azərbaycan bizim üçün növbəti cəbhədir

İyunun 6-da Bakıda 36 dərəcə isti olacaq

Azərbaycanın üç universiteti dünya reytinqində irəliləyib

BDU-nun “SABAH” qruplarının tələbəsi “Holberton School” təqaüd proqramına qəbul olunub

Azərbaycanın üç şahmatçısı superturnirdə iştirak edəcək

Otuz iki il öncə itkin düşən Namiq Cəfərovun nəşinin qalıqları Saatlıda torpağa tapşırılıb

DİM: 2300-dən çox namizəd doktorantura və dissertantura səviyyəsində xarici dil fənni üzrə imtahan verəcək

Ulu Öndər Heydər Əliyev haqqında yeni fundamental tədqiqat

DSX: 13 kiloqramdan çox narkotik vasitənin Azərbaycana keçirilməsinin qarşısı alınıb

Azərbaycan qlobal aktor rolunda çıxış edir ŞƏRH

2026-cı ildə Bakıda istismar ediləcək elektrik avtobuslarının sayının 1100-ə çatdırılması planlaşdırılır

“Air Canada”nın Dehli-Toronto reysində bomba qoyulmasıyla bağlı xəbərin yalan olduğu müəyyənləşib

Gənclər Kitabxanasının əməkdaşları görkəmli şair Mikayıl Müşfiqin abidəsini ziyarət ediblər

Polşa-Ukrayna sərhədində daha bir keçid məntəqəsi etirazçılar tərəfindən bağlanıb

Qırğızıstan nümayəndə heyəti Ermənistanın törətdiyi vandalizm aktları barədə məlumatlandırılıb - YENİLƏNİB

DETMED layihəsi üzrə növbəti xarici alim təcrübələrə cəlb edilib

28 May – Müstəqillik Günü Kolumbiyada təntənəli şəkildə qeyd olunub

Nazir müavini: Bu il Azərbaycanda neft hasilatı 30 milyon ton ətrafında olacaq

UNESCO-nun yeni hesabatı: Son 20 ildə dünya okeanı iki dəfə çox istiləşib

IEA Azərbaycanla metan emissiyasının azaldılması istiqamətində tədbirlər həyata keçirəcək

FHN-in Sumqayıt Regional Mərkəzi COP29 ilə əlaqədar maarifləndirmə xarakterli tədbir keçirib

Britaniyalı siyasətçı Ədəbiyyat Muzeyinin qonağı olub

Bu il daha 124 peşə və kvalifikasiya standartı hazırlanaraq təsdiq edilib

FHN: Ötən sutka ərzində 67 halda yanğına çıxış olub, 10 nəfər xilas edilib

Qarabağ və Şərqi Zəngəzurda QHT-lərin səyyar xidmətləri başlayacaq

Azərbaycan klubu daha bir futbolçu ilə yeni müqavilə imzalayıb

Türkiyə millisinə qol vuran futbolçu: Bu qələbə ilə nələrə qadir olduğumuzu göstərdik

Azərbaycanda müasir iqlim dəyişmələrinin təbii komplekslərə və təsərrüfat sisteminə təsiri – konfrans

Cavharat Dinavasova: Gəncləri müxtəlif layihələrdə bir araya gətirmək çox önəmlidir

Braziliyalı nazir: Azərbaycanda keçiriləcək COP29-u dəstəkləyirik

Fərid Şəfiyev: 20 ildə Azərbaycan Aİ-nin 9 ölkəsi ilə strateji əməkdaşlıq müqaviləsi imzalayıb

Bu gün Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günüdür

Məktəbdə ədəbi-bədii gecə: “Füzuli dünyası”

Dünya çempionatı: Azərbaycanın 2 şahmatçısı liderlər sırasında yer alıb

Viktor Orban: Brüssel odla oynadığının fərqində deyil

32 il sonra kimliyi bilinən şəhidin qalıqları Abşeronda dəfn olunub

Azərbaycan Dövlət Film Fonduna yeni fotosənədlər daxil olub

Azad edilmiş ərazilərdə 150-dən çox abidəni hələlik inventarlaşdırmaq mümkün olmayıb

IRENA-nın baş direktoru: Azərbaycan yaşıl enerjiyə keçid prosesini uğurla həyata keçirir VİDEO

“Standartlaşdırma üzrə texniki komitələrin yaradılması və fəaliyyətinin təşkili Qaydaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Naxçıvanda meliorasiya sahəsində nəzərdə tutulan 6 layihənin icrası üçün müqavilələr imzalanıb

“Ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürərək Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə müqavilə bağlamış sahibkarlıq subyektlərinə müasir suvarma sistemlərinin alınması üçün kredit təşkilatlarının öz vəsaitləri hesabına veriləcək kreditlər üzrə dövlət zəmanətinin verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Basketbol Federasiyasında yeni təyinat reallaşıb

Səbail rayonunda çoxsaylı vətəndaşa qarşı dələduzluq edən şəxs saxlanılıb

Ersin Tatar Kipr türklərinə dəstəyinə görə Azərbaycana təşəkkür edib

Mərkəzi Elmi Kitabxanada “Açıq qapı” günləri keçirilib

Böyük Qayıdışa həsr olunmuş fotosərgiyə 600 nəfərdən çox ziyarətçi baxıb

Azərbaycan dili imtahanında iştirak etmək üçün qeydiyyat elan olunub

Azərbaycanlı alim Danimarka Kral Elmlər Akademiyasının üzvü seçilib

Qeyri-rəsmi rəqəmlərə görə ötən il bələdiyyələrdə 36 milyon manat büdcə vəsaiti formalaşıb

ŞƏT sammiti iyulun 3-4-də Astanada keçiriləcək

Nəsir Sadıqov: Bəzi ölkələrdə dövlət borcunun məbləği ümumi daxili məhsulun dəyərindən yüksəkdir

Baş katib: Azərbaycan enerji təhlükəsizliyinə böyük töhfələr verir

Joze Mourinyonun “Fənərbağça”dakı məvacibi açıqlanıb

Azərbaycan atleti dünya çempionatında gümüş medal qazanıb

ABŞ-ın Livandakı səfirliyinin binası yaxınlığında atışma baş verib

Rusiya xarici işlər nazirinin müavini: Cənubi Qafqazda sülh və sabitlik yolunda irəliləmək imkanı yaranıb

Ziya Hacılı: Azərbaycanda qeyri-neft sektoru yüksək səviyyədə inkişaf edir

Mayda xüsusi şərtlərlə pensiya alanların sayı 143,5 min nəfərdən çox olub

Zahid Oruc: Azad edilmiş ərazilərdə yerli özünüidarə ilə bağlı islahatları dərinləşdirməyə ehtiyac var

Mütəxəssis: Yaxın qohumlarında ürək patologiyaları olan insanlar öz orqanizminə xüsusilə diqqət yetirməlidir

Rumıniya Universitetində “Azərbaycanda hotel biznesi” fənni tədris edilib

Ekspert: Bələdiyyə sisteminin genişləndirilməsi istiqamətində ciddi addımlar atılır

Papua-Yeni Qvineyada sürüşmə zonasında axtarış işləri dayandırılıb

Peter Siyarto: Macarıstan Azərbaycanın qlobal xarakter daşıyan layihələrini dəstəkləyəcək

Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub

Sədr müavini: Ötən il Hesablama Palatası büdcənin nəzarəti istiqamətində 100 bal toplayıb

Sabancı Universitetinin rektoru Bakı Ali Neft Məktəbində

AQTA yanında İctimai Şuranın iclası keçirilib

Avropa Komissiyasının rəsmisi: Azərbaycan Aİ üçün etibarlı partnyordur