ABŞ-ın Livandakı səfirliyinin binası yaxınlığında atışma baş verib
Bakı, 5 iyun, AZƏRTAC
ABŞ-ın Livandakı səfirliyinin binası yaxınlığında yerli vaxtla səhər saat 8:34-də atışma baş verib.
AZƏRTAC “The National” saytına istinadla xəbər verir ki, Livan Silahlı Qüvvələri də atışma hadisəsini təsdiqləyib və atəş açan şəxsin Suriya vətəndaşı olduğunu bildirib.
Məlumatda qeyd olunub ki, səfirliyin təhlükəsizlik qrupunun müdaxiləsi zamanı silahlı şəxs yaralanıb. Polis qüvvələri tərəfindən saxlanılan həmin şəxs hazırda xəstəxanaya yerləşdirilib.
Səfirlik araşdırmaların davam etdiyini və Livan rəsmiləri ilə sıx əlaqədə olduqlarını bildirib.
Yerli media atışmanın təxminən yarım saat davam etdiyini, hadisədən sonra Dbayeh və Avkardan səfirliyə gedən yolların bağlandığını qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]
Misirdə müxtəlif dövrlərə aid qədim məzarlar aşkarlanıb
- 21.09.2026 [12:18]
İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb
- 21.09.2026 [12:16]
"Vahid Rusiya" ilk dəfə Dövlət Dumasında ən böyük fraksiyaya sahib olacaq
- 21.09.2026 [12:12]
SEPAH ABŞ-yə məxsus MQ-1 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb
- 21.09.2026 [11:56]