Papua-Yeni Qvineyada sürüşmə zonasında axtarış işləri dayandırılıb
Pekin, 5 iyun, AZƏRTAC
Papua-Yeni Qvineyanın Enqa vilayətində mayın 24-də baş vermiş torpaq sürüşməsi nəticəsində torpaq-palçıq axını və dağıntı altında qalanların axtarışları dayandırılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə ərazidə axtarış işlərinə və təhlükəsizliyə cavabdeh olan hərbçilər xarici mediaya açıqlama verib. Hərbçilər ərazidə yeni sürüşmə ehtimalının yaradacağı təhlükə ilə əlaqədar meyitlərin axtarışlarını dayandırmağa qərar verib. Bundan başqa, əraziyə giriş bağlanıb.
Qeyd edək ki, mayın 24-də səhər saat 3 radələrində ucqar Yambali kəndində baş vermiş təbii fəlakət nəticəsində 150 ev torpaq altında qalıb. Bundan başqa 250 ev yararsız hala düşüb. Həmin evlərdən 1250 sakin təxliyə edilib. Torpaq-palçıq axını və dağıntı altında təxminən 2 min nəfərin qaldığı güman olunur.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]
Misirdə müxtəlif dövrlərə aid qədim məzarlar aşkarlanıb
- 21.09.2026 [12:18]
İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb
- 21.09.2026 [12:16]
"Vahid Rusiya" ilk dəfə Dövlət Dumasında ən böyük fraksiyaya sahib olacaq
- 21.09.2026 [12:12]
SEPAH ABŞ-yə məxsus MQ-1 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb
- 21.09.2026 [11:56]