Azərbaycan Dövlət Film Fonduna yeni fotosənədlər daxil olub
Bakı, 5 iyun, AZƏRTAC
Qocaman fotoqraf, “Azərbaycanfilm” kinostudiyasının veteranı Məmməd Babayevin şəxsi arxivindən Azərbaycan Dövlət Film Fonduna yeni fotosənədlər daxil olub.
Fonddan AZƏRTAC-a bildirilib ki, təqdim olunan fotosənədlərdə Xalq artisti, görkəmli dirijor və bəstəkar maestro Niyazinin müxtəlif görüşlərdə çəkilmiş nadir görüntülərinə rast gəlmək mümkündür.