“Air Canada”nın Dehli-Toronto reysində bomba qoyulmasıyla bağlı xəbərin yalan olduğu müəyyənləşib
Bakı, 5 iyun, AZƏRTAC
“Air Canada”nın Torontoya uçan təyyarəsinə bomba qoyulması ilə bağlı xəbərin yalan olduğu ortaya çıxıb.
AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, çərşənbə axşamı gecəsi Dehlinin İndira Qandi Beynəlxalq Hava Limanından qalxması planlaşdırılan təyyarənin içərisinə bomba qoyulması barədə elektron poçt vasitəsilə bildirişdən dərhal sonra axtarışa başlanılıb.
Polisin məlumatına görə, hərtərəfli yoxlama aparılıb və şübhəli heç nə aşkar edilməyib.
Qeyd edək ki, keçən həftə Dehli hava limanında oxşar hadisə yaşanıb və bu xəbərin da yalan olduğu müəyyənləşib. Dehli ilə yanaşı, Caipur, Laknov, Kanpur, Əhmədabad və Benqalurdakı məktəblər də bomba təhdidlərinə məruz qalıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [22:48]
Almaniya dronlardan müdafiəyə 16 milyard avro sərmayə yatıracaq
- 16.06.2026 [22:27]
FTB Ağ Ev yaxınlığında planlaşdırılan terror hücumlarının qarşısını alıb
- 16.06.2026 [21:40]
NATO hava hücumundan müdafiə sistemini İtaliyadan Türkiyəyə köçürəcək
- 16.06.2026 [21:30]
Putin Kazanda Türkiyənin xarici işlər naziri ilə görüşəcək
- 16.06.2026 [17:29]