Polşa-Ukrayna sərhədində daha bir keçid məntəqəsi etirazçılar tərəfindən bağlanıb
Bakı, 5 iyun, AZƏRTAC
Polşalı fermerlər Ukrayna ilə sərhəddə daha bir keçid məntəqəsini bağlayıblar.
AZƏRTAC xəbər verir ki, siqnal jiletləri geyinən və əllərində Polşa bayraqları tutan bir qrup şəxs keçid məntəqəsində yük maşınlarının hərəkətinə mane olur.
Bir gün öncə Ukrayna Dövlət Sərhəd Xidməti polşalı fermerlərin Ukrayna-Polşa sərhədində Rava-Russkaya-Qrebennoye keçid məntəqəsini bağladığı barədə məlumat yayıb.
Qeyd edək ki, polşalı fermerlərin ümummilli etirazı fevralın 9-dan başlayıb. Ukraynadan Polşaya kənd təsərrüfatı məhsullarının idxalının dayandırılmasını tələb edən etirazçılar, həmçinin Avropa İttifaqının 2050-ci ilədək atmosferə atılan zərərli qazların sıfıra endirilməsini nəzərdə tutan ekoloji planlarından da narazıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]
Misirdə müxtəlif dövrlərə aid qədim məzarlar aşkarlanıb
- 21.09.2026 [12:18]
İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb
- 21.09.2026 [12:16]
"Vahid Rusiya" ilk dəfə Dövlət Dumasında ən böyük fraksiyaya sahib olacaq
- 21.09.2026 [12:12]
SEPAH ABŞ-yə məxsus MQ-1 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb
- 21.09.2026 [11:56]