Prezident İlham Əliyev Bakı Şəhər Statistika İdarəsinin yeni inzibati binasının açılışında iştirak edib
Bakı, 7 mart, AZƏRTAC
Martın 7-də Dövlət Statistika Komitəsi Bakı Şəhər Statistika İdarəsinin yeni inzibati binasının açılışı olub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.
Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi, burada yaradılan şəraitlə tanış oldu.
Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov görülən işlər və binada yaradılan şərait barədə Prezident İlham Əliyevə məlumat verdi.
Sonda xatirə şəkli çəkdirildi.