Azərbaycan Dövlət İnformasiya Agentliyi

PREZİDENT İLHAM ƏLİYEV “DAŞKƏSƏN FİLİZSAFLAŞDIRMA” ASC-DƏ OLMUŞDUR

AZƏRTAC-ın müxbirləri xəbər verirlər ki, Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 31-də “Daşkəsən Filizsaflaşdırma” Açıq Tipli Səhmdar Cəmiyyətində olmuşdur.

Burada dövlətimizin başçısını və xanımını böyük hörmət və ehtiramla, gül-çiçəklə qarşıladılar. Yüzlərlə yerli sakin, müəssisənin işçiləri Prezidentin pişvazına xalqımızın lideri Heydər Əliyevin və ölkə rəhbərinin portretləri, dövlət bayraqları və transparantlarla çıxmışdılar.

Azərbaycan Prezidenti əvvəlcə bu böyük ASC-nin “Daşkəsən” və “Gəncə” layihələri, gələcəkdə yaradılacaq zavodların planları ilə tanış oldu.

“Detallimited” şirkətinin baş direktoru Əli Özkurt məlumat verdi ki, investisiya proqramına əsasən, gələcəkdə bu layihələr üzrə yeni zavodlar yaradılacaq və bunun nəticəsində minlərlə yeni iş yeri açılacaqdır. Ümumilikdə 235 milyon dollar həcmində sərmayə qoyulacaq və bütün işlər yeni texnologiya əsasında görüləcəkdir. Dünyada ABŞ-dan sonra bu tipli ikinci müəssisə Azərbaycanda olacaqdır. Hazır məhsul Qazaxıstana və digər ölkələrə də göndəriləcəkdir.

İLHAM ƏLİYEV: Bu, bizdə heç vaxt olmamışdır. Buradan çıxarılan filiz həmişə Gürcüstana aparılırdı.

ƏLİ ÖZKURT: İndi hər şey burada olacaq və gənc azərbaycanlılar çalışacaqlar. Gəncədə istehsal gücü 160 min ton olan alüminium zavodu fəaliyyətə başlayacaqdır. Bütün bu işlər 2009-cu ilə qədər başa çatdırılacaqdır.

İLHAM ƏLİYEV: Cəmi neçə zavod olacaqdır?

ƏLİ ÖZKURT: Cənab Prezident, ardıcıl reduksiya zavodu, poladəritmə zavodu və Gəncədə alüminium zavodu. “Daşkəsən” layihəsi üzrə 1250, “Gəncə” layihəsi üzrə 1250, alüminium zavodunda isə 2500 işçi çalışacaqdır. 3 il ərzində 5 min yeni iş yeri yaradılacaqdır.

İLHAM ƏLİYEV: Deməli, Gəncədə və Daşkəsəndə 5 min yeni iş yeri açılacaqdır. Təxminən nə qədər məhsul istehsal edəcəksiniz?

ƏLİ ÖZKURT: Cənab Prezident, 100 min ton alüminium, 500 min ton dəmir filizi. Həmin filizdən də boru istehsal edəcəyik. Çünki bazarda boru ən qiymətli məhsuldur. Bundan başqa, armatur, habelə inşaatda istifadə olunan digər materiallar istehsal olunacaqdır.

İLHAM ƏLİYEV: Bu gün buna həm Azərbaycanda, həm də qonşu ölkələrdə böyük tələbat var. Azərbaycanda daha çox tələbat var və hələ uzun müddət ərzində bu tələbat azalmayacaq, əksinə artacaqdır. Yəni bizdə inkişaf sürətlə gedir.

ƏLİ ÖZKURT: Biz bu il Sumqayıtda 60 min ton alüminium istehsal etməyi planlaşdırmışıq.

İLHAM ƏLİYEV: Orada 30 min ton idi, indi 60 min ton. Burada da 100 min ton olacaqdır.

ƏLİ ÖZKURT: Bəli, cənab Prezident. Gəncədə istehsal olunan alüminium oksidinin 80 faizi daxili tələbata yönəldiləcəkdir.

İLHAM ƏLİYEV: Qalan hissəsini də xaricə göndərəcəksiniz?

ƏLİ ÖZKURT: Bəli.

İLHAM ƏLİYEV: İndi bizdən xaricə neçə faiz məhsul gedir.

ƏLİ ÖZKURT: Alüminium oksidinin 100 faizi. Biz bu il 425 min ton istehsal edəcəyik. Keçən il isə 400 min ton idi. Sovet dövründə heç vaxt bu həcmdə istehsal olmamışdır.

İLHAM ƏLİYEV: Bəli, gələn 3 ildə inkişafımız daha da yüksək olacaqdır. Həm təzə iş yerləri, həm yeni istehsal sahələri yaranacaq, həm də qeyri-neft sektoru, sənaye yüksək səviyyəyə çatacaqdır.

ƏLİ ÖZKURT: Cənab Prezident, dəqiq hesablamalara görə, burada hələ 250 milyon ton dəmir filizi ehtiyatı vardır. Biz ildə 2,5 milyon ton hasil edirik.

İLHAM ƏLİYEV: Yəni bizim 100 illik işimiz var.

ƏLİ ÖZKURT: Allaha şükür. Sizin sayənizdə çalışacağıq.

TAHİR KƏRİMOV (Daşkəsən rayonu İcra hakimiyyətinin başçısı): Cənab Prezident, ulu öndərimizin dövründə bu zavod 700 min ton məhsul istehsal edirdi. Yenidən hakimiyyətə gələndən sonra 1 milyon ton oldu. O dövrdən də zavodun inkişaf dövrü başlandı. Sizin rəhbərliyinizlə bu zavod yeni inkişaf dövrünü yaşayacaqdır.

İLHAM ƏLİYEV: O dövrdə sovet texnologiyası idi. Bizdə başqa texnologiya yox idi. Amma indi burada dünyadakı ən yüksək texnologiya olacaqdır.

ƏLİ ÖZKURT: Bizim müəssisə dünyada 2-ci, 3-cü olacaqdır.

İLHAM ƏLİYEV: Bütövlükdə bu, nadir bir yataqdır.

ƏLİ ÖZKURT: Bu, Allahın bir nemətidir.

İLHAM ƏLİYEV: Onun ehtiyatı Azərbaycan xalqının rifah halının yaxşılaşmasına yönəldilməlidir.

ƏLİ ÖZKURT: Cənab Prezident, biz gənclərə də şərait yaradırıq. Təhsil ocaqları ilə razılıq əldə etmişik. Tələbələrə ingilis dilində iqtisadiyyat üzrə xüsusi dərslər keçilir. Yəni kadr hazırlığına da xüsusi diqqət yetiririk.

İLHAM ƏLİYEV: Oradakı bayraq da çox böyükdür.

ƏLİ ÖZKURT: Cənab Prezident. Dağın sinəsinə vurulmuş bayraq 5 min kvadratmetrdir. Uzunluğu 100, eni isə 50 metrdir. Daim orada qalacaqdır.

X X X

Prezident İlham Əliyev “Daşkəsən Filizsaflaşdırma” ASC-nin yeni yatağının istifadəsinə başlanmasını bildirən düyməni basdı. Daha sonra isə növbəti düyməni basmaqla, dəmir filizinin daşındığı kanat yolunu işə saldı.

Sonra təntənəli mərasim keçirildi.

Mərasimi rayon icra hakimiyyətinin başçısı Tahir Kərimov açdı.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Livanda İsrailin hücumları nəticəsində ölənlərin sayı 4387 nəfərə çatıb

“Bloomberg”: Səudiyyə Ərəbistanı Qərbin dəstəyindən narazıdır

İran: Hörmüz boğazında naviqasiya sistemlərini söndürən gəmilər cəzalandırılacaq

Oman sahillərində tankerə dron hücumu olub, iki dənizçi itkin düşüb

Özge Gürel: “44” filmindəki hekayədə var olduğum üçün qürur duyuram

Ukrayna Aİ-dən 3 milyard avro dəyərində hərbi dəstək alacaq

Azərbaycan üçün əsas məsələ etimadı və uzunmüddətli tərəfdaşlığı möhkəmləndirməkdir ŞƏRH

XXI Bakı Caz Festivalı İçərişəhərdə möhtəşəm konsert proqramı ilə başa çatıb

Avropa İttifaqı Ukraynaya raket və dronların alınması üçün əlavə vəsait ayıracaq

Premyer Liqa: "Mançester Siti" "Liverpul"u məğlub edib

Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub

Qazaxda yol qəzası: üç nəfər xəsarət alıb

Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub

Biləsuvardakı zəncirvari qəzada ölənin və xəsarət alanların kimliyi məlum olub YENİLƏNİB

Zelenski: Ukrayna enerji atəşkəsini dəstəkləyir və Rusiyanın da buna qoşulmasını vacib sayır

İsrail ordusu HƏMAS-ın elit bölməsinin komandirinin öldürüldüyünü açıqlayıb

Bu saata olan əsas xəbərlər

“Kür”ün baş məşqçisi: Komandamın oyunundan razıyam

Polşanın Baş nazirinə və müdafiə nazirinə təhdidlər göndərən şəxs saxlanılıb

Bakıdan Keşikçidağa: Arxeoloji tədqiqatlar və tarixi-mədəni irsə səyahət

Esma Muratoviç: İki əla oyun keçirdik və qələbə qazandığımız üçün çox qürurluyuq

Fərid Qayıbov: “Kür” komandasının qələbəsi həndbolumuzun inkişafına mühüm töhfə verəcək

Kənan Hüseynəliyev peşəkar rinqdə 13-cü qələbəsini qazanıb

Zelenski Ukraynada seçkilərin keçirilməsi üçün 60 günlük atəşkəs şərti irəli sürüb

AFP: Ər-Riyadda partlayış baş verib

“Kür” Avropa Kubokunda növbəti mərhələyə yüksəlib

Culfa rayonunun kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

FHN Qəbələ-Xankəndi ultramarafonunda təhlükəsizliyi təmin edib

Premyer Liqa: “Qarabağ” 1000-ci oyununda qələbə qazanıb

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Ömrünü sözə və sənətə həsr etdi - Ayaz Vəfalı

Naxçıvan Dövlət Kukla Teatrında “Yeddi şəhid, bir şahid” tamaşasının premyerası olub

Azərbaycanın Mərkəzi Asiya üçün strateji əhəmiyyəti ilbəil artır ŞƏRH

Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Azərbaycanlı tələbələr Türk dünyası gənclərinin birinci görüşündə iştirak ediblər

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Zelenski Rusiyanın neft emalı zavodlarına zərbələrin hansı halda dayandırılması məsələsinə aydınlıq gətirib

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

Məktəblərdə geyim qaydaları: hüquqi çərçivə və vahid yanaşma

Finlandiya Ukraynaya F-16 qırıcıları üçün döyüş sursatları göndərəcək

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib

Almaniyada ifrat sağçının paylaşdığı xəritə Fransada narazılıq yaradıb

Ağdaşda “Kənddən şəhərə” yarmarkası təşkil olunub

İsveçdə hərəkətsiz həyat tərzi problemi getdikcə dərinləşir

Sakinlərə keyfiyyətli xidmət: Qax Elektrik Şəbəkəsi bu istiqamətdə səylərini artırıb

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Şahin İsmayılov: Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsi Azərbaycanın regional mövqeyini daha da gücləndirir - ŞƏRH

Azərbaycan və Belarus üzgüçülük federasiyaları arasında memorandum imzalanıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Türkiyədə dəhşətli yol qəzası: 11 nəfər ölüb, 27 nəfər yaralanıb

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibləri mükafatlandırılıb

Tovuzda qadın dəm qazından boğularaq ölüb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

EYBA-nın payız konfransının iştirakçıları Ali Məhkəmədə olublar

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib