Prezident İlham Əliyev Milad bayramı münasibətilə Azərbaycanın pravoslav xristian icmasını təbrik edib

Bakı, 5 yanvar, AZƏRTAC
Prezident İlham Əliyev İsa Peyğəmbərin mübarək mövludu - Milad bayramı münasibətilə Azərbaycanın bütün xristian icmasını təbrik edib.
AZƏRTAC xəbər verir ki, təbrikdə min illərdir Azərbaycanda ayrı-ayrı xalqların və dinlərin mənsublarının qarşılıqlı hörmət və etimad mühitində, sülh və əmin-amanlıq şəraitində yaşadıqları bildirilir. Qeyd edilir ki, çoxəsrlik tolerantlıq ənənələrinin mövcud olduğu cəmiyyətimizdə etnik-mədəni müxtəlifliyin, dini-mənəvi irsin və multikultural dəyərlərin qorunub-saxlanılması və daha da inkişaf etdirilməsi həyata keçirilən dövlət siyasətinin başlıca məqsədlərindəndir.
“Bu gün ölkəmiz haqlı olaraq dünyada konfessiyalararası və mədəniyyətlərarası dialoq məkanı kimi tanınır. Sivilizasiyaların qovşağında yerləşən Azərbaycan dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, hər kəs üçün doğma vətəndir. Məmnuniyyət hissi ilə vurğulamaq istəyirəm ki, ölkəmizdə yaşayan müxtəlif xalqların və dinlərin nümayəndələri, o cümlədən pravoslav etiqadlı həmvətənlərimiz ictimai-siyasi həyatın bütün sahələrində yaxından iştirak edərək vətəndaşlıq borcunu layiqincə yerinə yetirir, ümumi evimiz Azərbaycanın çiçəklənməsi və tərəqqisi naminə qüvvə və bacarıqlarını əsirgəmirlər”, - deyə dövlətimizin başçısı vurğulayır.
Milad bayramının yeniliyin, əmin-amanlığın, insanlar arasında mərhəmət və şəfqət duyğularının rəmzi kimi hər il ölkəmizdə qeyd olunduğunu bildirən dövlətimizin başçısı təbriki bu sözlərlə bitirir: “Bu müqəddəs bayram münasibətilə bir daha hamınıza səmimi təbriklərimi yetirir, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi-bərəkət arzulayıram”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.05.2025 [17:20]
AAF “Sürətin evolyusiyası”nda klassik avtomobilləri təqdim edib
- 17.05.2025 [02:20]
Türk Dövlətləri Təşkilatı ilk dəfə müşahidəçi ölkədə toplanacaq
Almaniyanın Azad Demokratlar Partiyasının yeni sədri seçilib
- 16.05.2025 [23:57]
Prezident İlham Əliyevin Albaniyaya səfəri başa çatıb
- 16.05.2025 [22:40]
Rauf Hacıyevin 103 illiyinə həsr olunmuş kitab təqdimatı keçirilib
- 16.05.2025 [22:06]
Ağstafada yol qəzası olub, xəsarət alan var
- 16.05.2025 [21:34]
DİM: “Təqdimat bacarıqlarının inkişafı” mövzusunda təlim təşkil edilib
- 16.05.2025 [21:33]
Azərbaycan məktəbliləri ABŞ-da keçirilən müsabiqədə bürünc medal qazanıb
- 16.05.2025 [21:02]
Türküstanda “Yəsəvi İrsi”nə həsr olunmuş beynəlxalq simpozium təşkil edilib
- 16.05.2025 [20:09]
® “Nar” mağazalarında inklüziv xidmət üçün hazırlıqlara start verilib
- 16.05.2025 [19:20]
bp ilə əməkdaşlıq çərçivəsində BDU-da yeni mərkəz yaradılıb
- 16.05.2025 [19:15]
MDB-yə üzv dövlətlərin təhlükəsizlik orqanlarının növbəti iclası keçirilib
- 16.05.2025 [19:09]