PREZİDENTİN MƏTBUAT XİDMƏTİNİNMƏLUMATI
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 1-də Türkiyənin 9-cu Prezidenti Süleyman Dəmirələ telefonla zəng etmişdir.
Dövlətimizin başçısı İlham Əliyev Süleyman Dəmirəli ad günü münasibətilə təbrik etmiş, ona xoş arzularını çatdırmışdır.
Türkiyənin 9-cu Prezidenti Süleyman Dəmirəl göstərdiyi diqqətə və təbriklərə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirmiş, Azərbaycan xalqının rifahı naminə yüksək dövləti fəaliyyətində yeni-yeni uğurlar arzulamışdır.