Qadın güləşçilərdən ibarət Azərbaycan millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb
Bakı, 5 fevral, AZƏRTAC
Fevralın 10-dan 16-dək İtaliyanın paytaxtı Romada güləş üzrə Avropa çempionatı keçiriləcək. Ötən gün Olimpiya Güləş Mərkəzində baş tutan mətbuat üçün açıq məşqdən sonra sərbəst və yunan-Roma güləşi üzrə yığmalarımızın heyəti açıqlanıb.
AZƏRTAC xəbər verir ki, artıq qitə birinciliyində çıxış edəcək qadın güləşçilərimizin tam siyahısı da müəyyənləşib. Hazırda Türkiyənin Ədirnə şəhərində təlim-məşq toplanışını davam etdirən millimizin 8 üzvü Romada mübarizə aparacaq.
Fevralın 10-da İtaliyaya yollanacaq heyətdə baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında Türkan Nəsirova (50 kq), Tatyana Varansova (53 kq), Alyona Kolesnik (57 kq), Elmira Qəmbərova (59 kq), Tatyana Omelçenko (62 kq), Elis Manolova (65 kq), İrina Netreba (68 kq) və Səbirə Əliyeva (76 kq) yer alacaqlar.
Qeyd edək ki, eyni heyət ötən il Rumıniyanın paytaxtı Buxarestdə keçirilən analoji yarışda da çıxış etmişdi. Həmin Avropa çempionatında E.Manolova qızıl, A.Kolesnik, E.Qəmbərova və T.Omelçenko bürünc medal qazanmış və yığmamız komanda hesabında 4-cü yeri tutmuşdu.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.10.2026 [22:55]
Bundesliqa: “Bavariya” öz meydanında “Leypsiq”i darmadağın edib
- 17.10.2026 [21:59]
Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO
- 17.10.2026 [21:39]
Qurban Qurbanov: “Neftçi” və “Sabah” fərqli səviyyəyə yüksəlib
- 17.10.2026 [21:31]
“Neftçi”nin baş məşqçisi: Artıq “Qarabağ” və “Sabah”dan çəkinmirik
- 17.10.2026 [20:54]
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
- 17.10.2026 [20:45]
PFL "Qarabağ”ı və “Neftçi”ni 1000-ci oyunlarına görə mükafatlandırıb
- 17.10.2026 [19:32]
"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib
- 17.10.2026 [15:45]
Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]