Qadın üzgüçülərimiz komanda yarışında bürünc medal qazanıblar
Bakı, 16 may, G.Mahmudlu, AZƏRTAC
Qadınlar arasında 4x100 metr məsafəyə sərbəst üsulla üzmə yarışında Azərbaycan komandası üçüncü yeri tutub.
AZƏRTAC xəbər verir ki, atletlərimiz 4:08.37 saniyə nəticə göstəriblər. Milli komandamızın heyətində Alsu Bayramova, İlahə Raciyeva, Fatimə Alkərəmova və Yuliya Stisyuk mübarizə aparıblar.
Türkiyə yığması 3:47.77 saniyə nəticə ilə birinci, indoneziyalı üzgüçüləri isə 3:52.98 saniyə nəticə ilə ikinci olublar.