QADIN XOKKEYÇİLƏRİMİZ İTALİYA YIĞMASI İLƏ HEÇ-HEÇƏ OYNADI
Martın 26-da Azərbaycan və İtaliya yığmaları arasında keçirilmiş görüşün ilk hissəsində Dilfuzə Mirzəliyeva və Liana Nuriyeva rəqib qapısından iki cavabsız top keçirmişlər. İkinci hissədə Zeynəb Nuriyeva komandamızın üçüncü qolunu vursa da, az sonra İtaliya xokkeyçiləri hesab arasındakı fərqi azaltmışlar (3:1).
Oyunun qurtarmasına 15 dəqiqə qalmış Zeynəb Nuriyeva özünün ikinci, komandasının isə dördüncü qolunu vurmasına baxmayaraq, italyanlar qısa müddətdə qapımızdan üç top keçirmiş və görüş 4:4 hesabı ilə heç-heçə başa çatmışdır. Hazırda Azərbaycan komandasının 4, İtaliya xokkeyçilərinin 2, ukraynalıların 1 xalı var.
İki dövrədə, dairəvi sistemlə keçirilən turnirdə martın 27-də Azərbaycan xokkeyçiləri yenidən Ukrayna komandası ilə qarşılaşacaqlar. Qeyd edək ki, ilk oyun 2:0 hesabı ilə yığmamızın xeyrinə başa çatmışdı. Turnirdən əsas məqsəd xokkeyçilərimizi dünya çempionatı ərəfəsində sınaqdan çıxarmaqdır. Aprelin 25-dən mayın 5-dək İtaliyanın paytaxtı Roma şəhərində keçiriləcək dünya çempionatının seçmə mərhələsində Azərbaycan yığması “B” qrupunda Yeni Zelandiya, ABŞ, İrlandiya, Koreya və İtaliya xokkeyçiləri ilə qarşılaşacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [11:19]
Azərbaycan klubu amerikalı basketbolçunu heyətinə qatıb
- 01.10.2026 [10:56]
“Turan Tovuz” – “Fənərbağça” oyununa 20 mindən çox bilet satılıb
- 01.10.2026 [10:15]
Bakıda üzgüçülük üzrə Dünya Kuboku start götürüb
- 01.10.2026 [10:05]
Millətlər Liqası: Azərbaycan yığması Lixtenşteyni qəbul edir
- 30.09.2026 [23:21]
"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunun əsas mərhələsinə yüksəlib
- 30.09.2026 [22:04]
Azərbaycan Basketbol Liqası: "Sabah" mövsümə qələbə ilə başlayıb
- 30.09.2026 [19:53]
Ayxan Abbasov: Milli komandalar səviyyəsində zəif rəqib anlayışı qalmayıb
Texnologiyanın sərhədləri Bakıda: “ADEX-2026”
- 30.09.2026 [23:51]
"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunun əsas mərhələsinə yüksəlib
- 30.09.2026 [23:21]
Fransa şəkərli məhsullara yeni vergi tətbiq etməyi planlaşdırır
- 30.09.2026 [22:56]
Murad Hüseynov: Üzeyir Hacıbəyli Festivalı mədəni əlaqələri genişləndirir
- 30.09.2026 [22:28]
Fransa Böyük Britaniya ilə qeyri-qanuni miqrasiya sazişini dayandırır
- 30.09.2026 [22:11]
Azərbaycan Basketbol Liqası: "Sabah" mövsümə qələbə ilə başlayıb
- 30.09.2026 [22:04]
Mərkəzi Asiyanı Pakistan limanları ilə birləşdirəcək yeni layihə
- 30.09.2026 [21:55]