İDMAN
Qadınlar arasında çimərlik futbolu üzrə ilk “Xəzər kuboku” turniri keçiriləcəkdir
Bakı, 24 avqust (AZƏRTAC). Gənclər və İdman Nazirliyinin, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının, Azərbaycan Çimərlik Futbolu Federasiyasının, “İrəli” İctimai Birliyi (İB) idman mərkəzinin və “NIKE” şirkətinin birgə təşkilatçılığı ilə qadınlar arasında çimərlik futbolu üzrə ilk “Xəzər kuboku” turniri keçiriləcəkdir.
“İrəli” İB-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, turnirin məqsədi sağlam həyat tərzinin təbliğindən və FİFA U-17 Qadınlararası Dünya Çempionatı ərəfəsində qadın futboluna dəstək nümayiş etdirməkdən ibarətdir.
Sentyabrın 11-dən başlayacaq turnirdə gənclər təşkilatlarından və özəl qurumlardan 8 komanda iştirak edəcəkdir.
Qaliblər kubok və hədiyyələrlə təltif olunacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2024 [17:48]
“Zirə" klubu heyətini iki yeni futbolçu ilə gücləndirib
- 05.06.2024 [16:17]
Novak Cokoviç Paris Olimpiadasını buraxa bilər
- 05.06.2024 [15:32]
“Araz-Naxçıvan” klubu daha bir futbolçu ilə müqaviləni yeniləyib
- 05.06.2024 [15:14]
Milli Paralimpiya Komitəsində yeni təyinat olub
- 05.06.2024 [15:07]
Türkiyə millisinin daha bir futbolçusu Avropa çempionatından kənarda qalacaq
- 05.06.2024 [14:39]
Qazaxıstan yığmasını Azərbaycanla oyuna Stanislav Çerçesov çıxarmayacaq
- 05.06.2024 [14:26]