Yoxsulluq, demokratiyaya hücumlar və irqçilik Aİ-də əsas hüquqları təhdid edir
Bakı, 5 iyun, AZƏRTAC
Yoxsulluq səviyyəsinin artması, demokratiyaya hücumlar, irqçilik və ksenofobiya, eləcə də miqrasiya problemləri 2024-cü ildə Avropa İttifaqında fundamental hüquqlar üçün əsas təhdidlər olacaq.
AZƏRTAC xəbər verir ki, Avropa İttifaqının Əsas Hüquqlar Agentliyinin (FRA) son hesabatına əsasən, yaşayış xərclərinin, xüsusən də enerji qiymətlərinin artması, ona gətirib çıxarıb ki, insanların 20 faizi (hər beş nəfərdən biri) səfalət içindədir.
Bununla əlaqədar olaraq, Vyanada yerləşən agentlik üzv dövlətləri yoxsulluğun və elektrik enerjisinə xərclərin azaldılmasına dair tədbirlərin əhalinin ən aztəminatlı qruplarını əhatə etməsini təmin etməyə çağırır.
FRA gəlirlərin artmasına məhdudiyyətlərin mövcud olduğu, sosial gəlirin isə həddindən artıq yoxsulluq halları üçün ayrıldığı 12 üzv dövlətdə sosial problemlərin yumşaldılmasına dair tədbirləri müəyyən edib.
Avropa İttifaqı Agentliyi, həmçinin miqrasiya təzyiqini nəzərə alaraq, dənizdə axtarış-xilasetmə əməliyyatları gücləndirməyi (hesabata əsasən, 2023-cü ildə Aİ-yə çatmağa çalışarkən 4 mindən çox insan həlak olub) və gəldikdən sonra miqrantlarla ünsiyyət üçün daha təhlükəsiz şərait təmin etməyi tövsiyə edir.
Agentlik, həmçinin dövlətin, xüsusən də assosiasiyalar, dinc yığıncaqlar və fikirləri ifadə etmək azadlığı hüququna münasibətdə həddən artıq müdaxiləsini pisləyir və qeyd edir ki, bu mülki məkana təhdiddir və belə vəziyyət ictimai işlərdə əhəmiyyətli iştirakın mövcud olmaması deməkdir və dezinformasiya ilə birləşdikdə bütün Avropa ölkələrində demokratiyaya xələl gətirir.
İyirmi yeddi üzv dövlət, həmçinin vətəndaş cəmiyyətinin müdafiəsini gücləndirməli, antisemitizm və islamofobiyanın artması barədə xəbərdarlıq edərək, həyəcanlı tendensiya kimi təsnif etdikləri irqçilik və dözülməzliyin bütün formaları ilə mübarizə aparmalıdır.