Azərbaycan Dövlət İnformasiya Agentliyi

QAFQAZ MÜSƏLMANLARI İDARƏSİNİN SƏDRİ ŞEYXÜLİSLAM ALLAHŞÜKÜR PAŞAZADƏNİN ÇIXIŞI

- Bismillahir-rəhmanir-rəhim!

Möhtərəm cənab Prezident İlham Əliyev həzrətləri!

Möhtərəm məclis iştirakçıları, alimlər, səfirlər, din xadimləri!

Bu gün çox sevinirəm ki, ulu öndər Heydər Əliyev həzrətlərinin arzuladığı kimi, müxtəlif millətlərin nümayəndələri bir süfrə arxasında oturmuşdur. Onun başında bizim hörmətli Prezidentimiz İlham Əliyev həzrətləridir. Bu müqəddəs gündə bu cür görüşmək və bir-birimizlə salamlaşmaq çox savab işdir. Ona görə ki, Allah-taala bizə Ramazan ayında Quranı nazil etmişdir. Bu ayda bir-birinə ehtiram, hörmət etmək, Allah-taalaya dua etmək vacibdir. Bu əhyə gecələrində gələcək bir il içərisində nələr olacağı, bir növ, alnımıza yazılır.

Əlbəttə, mən elə bilirəm ki, biz keçən il etdiyimiz duaların bəhrəsini bu il gördük. Yəni biz keçən il orucluq ayında dua edirdik ki, İlahi, sən bizə qüdrət, imkan ver, səadətimiz, mənəviyyatımız, başda Prezident İlham Əliyev həzrətləri olmaqla daxildə və xaricdə siyasətimiz möhkəmlənsin. Biz bu il içərisində həmin duaların bəhrələrini gördük və Azərbaycanın yüksəlişinin şahidi olduq. Əgər xaricdən kim Azərbaycana baxırsa, bunu, inkişafı daha çox görür, hiss edir.

Azərbaycanın inkişafı, əlbəttə ki, ilk növbədə onun Prezidenti, rəhbəri ilə bağlıdır. Amma bu inkişafın bünövrəsini qoyan, onu istəyən, əziyyətini çəkən ulu öndərimiz, mərhum Prezidentimiz Heydər Əliyev olmuşdur.

Mən bir dəfə ondan soruşdum ki, Bakı-Ceyhan məsələsi nə deməkdir, bununla nə olacaq? Düzü, mən bunu başa düşmürdüm. O mənə şərh edərək dedi ki, şeyx, bu bizim xalqımızın, demək olar, həm daxili, həm də xarici siyasətidir. Bununla minlərlə insan yaşayacaq, ailə dolanacaq, o cümlədən dünya siyasətində bizim böyük yerimiz olacaqdır. Bu gün biz onun bəhrəsini görürük. Onda bu, bir xəyal idi, danışıq idi. Əlbəttə, biz çox çətin dövrlərdən keçmişik. Müstəqilliyimizin 15 iliyini bu yaxında qeyd etdik. 15 il az vaxtdır, amma bu 15 ilə, keçən dövrə baxanda görürük ki, Azərbaycanın inkişafı çox yüksəkdir. Allah-taaladan arzu edirik ki, o, daha da yüksələ bilsin. Bu, Azərbaycanın dostları üçün fərəhdir, sevincdir, dualardır. Azərbaycanı istəməyənlər üçün çox böyük qubardır.

Məscidlərin tikintisi daha çox gözə çarpır, indi də məscidlər tikilir. Amma bir ilin içərisində 300-ə yaxın məktəbin inşa olunması xalqın rifahı deməkdir. Bu, xalqın, elmin yüksəlişidir.

Cənab Prezident, mən istərdim dini tərəfdən Sizə məlumat verim ki, bu il 5 minə yaxın insan Həcc ziyarətinə getmək istəyir. Halbuki vaxt var idi, sovetlər dövründə Azərbaycandan 1 nəfər, 5 nəfər, 10 nəfər Məkkəyə getmək istəyirdi. Bu, həm mənəvi saflıqdır, həm də iqtisadiyyatın yüksəlişinin əlamətidir. Deyə bilərəm ki, bu bir barometrdir, yəni bizim xalqımızın, cəmiyyətimizin orta təbəqəsinin rifahı yaxşıdır və daha da yaxşılığa doğru gedir. Bunda Sizin əməyiniz çox böyükdür. Biz Sizinlə fəxr edirik. Mən fəxr edirəm ki, Sizin kimi Prezidentim var. Fəxr edirəm ki, hətta Sizin yerişiniz, danışığınız da, Sizin prezidentlər içərisində görünüşünüz belə Allah-taala tərəfindən bəyənilmişdir. Ona görə də mən Allaha dua edirəm ki, Heydər Əliyevdən sonra Allah-taala Sizi bizə bəxş etdi. Biz Prezidentimizi göz bəbəyi kimi qorumalı, ona tərəfdar olmalı və onun getdiyi, düşündüyü yolla getməliyik.

Əlbəttə, insan səhvsiz olmaz. Cəmiyyətin içərisində bəzi çürüklər də var, bəzi danışanlar da var. Gündə qəzetlərdə şəkil, karikatura verənlər də var. Hələ Peyğəmbər dövründə Peyğəmbəri istəməyənlər çox idi. Amma Peyğəmbər Məhəmməd Əleyhissəlam qələbə çaldı. Çünki o, haqqın tərəfdarı idi. O, haqq yolu ilə gedən bir insan idi və ona görə də qələbə çaldı. Qələbə bizimlədir. Sizin başçılığınız altında biz, inşallah, bundan sonra da, bəlkə yüz illər, min illərlə qələbə çalacağıq. Azərbaycanın geriyə dönüşü yoxdur, irəliyə gedişi vardır. Bu gediş də Heydər Əliyevin qoyduğu yolla və Sizinlə bağlıdır.

Cəmiyyətin içərisində hər insanın qəlbində Allah xofu vardır. Biz - din xadimləri, adi dindar adamlar Sizi istəyir, Sizin dediklərinizə, çıxışlarınıza baxır və qiymət veririk. Bu yaxınlarda Siz Türkiyədə soydaşlarımızın, dövlət rəhbərlərinin qarşısında çıxış edəndə bir daha fəxr etdim və sübut olundu ki, təkcə Azərbaycanın deyil, bütün türkdilli xalqların hamısının rəhbəri kimi xalq Sizdən çox şey gözləyir.

Əlbəttə, müstəqilliyin bizə verdiyi bəhrələri dadırıq. Amma Ermənistan başda olmaqla mənfur düşmənlərimiz var. Yəni Qarabağ məsələsi çox çətindir. Amma Sizin rəhbərliyinizlə biz bu məsələnin həllini, inşallah yaxın vaxtlarda görəcəyik.

Mən istərdim, Sizə qardaş, dost kimi bir daha öz minnətdarlığımı bildirim. Çünki Siz öz sözünüzü demisiniz, dost sözünü demisiniz və dostluğu indiyə qədər davam etdirirsiniz. Heydər Əliyev həzrətləri də bu şəkildə davam etdirirdi. Yadınızdadırsa, Prezident seçiləndən sonra mən Sizi evə dəvət etdim. Bir az fikirləşdim, tərəddüd etdim ki, Sizi dəvət etmək olarmı. Amma heç yadımdan çıxmaz, Siz dediniz ki, mən nəyə görə dostluğumu, münasibətimi dəyişdirməliyəm, yaxud bildirməməliyəm. Mən gəlməliyəm, öz münasibətimi də bildirməliyəm. Ona görə də mən Sizə təşəkkür edirəm. Sizin ailənizə təşəkkür edirəm. Heydər Əliyevlər ailəsinə təşəkkür edirəm. Bu gün Sizin rəhbərliyiniz altında işləyən adamlara da təşəkkürümü bildirirəm ki, Sizə yaxından kömək göstərirlər.

Bu gün elə bir gündür ki, pislikdən danışmaq lazım deyil. Müxalifət deyilən söz, demək olar ki, Azərbaycanda yoxdur. Bəzi adamlar elə bilirlər ki, nəyinsə qabağında bunu yox edirlər, bəzi adamların siyasəti nəticəsində müxalifət yox oldu. Xeyr, müxalifət özü çürüdü. Ona görə ki, onun daxilində bir şey yox idi, onun dayağı, arxası yox idi. Onun arxasında xalq yox idi və bundan sonra da olmayacaqdır. Ona görə də biz Azərbaycanın gələcəyinə inanırıq.

Mən bir qardaş kimi Sizi yenə dəvət edirəm. Siz hər il gəlməyə söz vermisiniz. Mən Sizi gələn il Ramazan bayramında iştirak etməyə bir daha dəvət edirəm. Bilirəm ki, Siz sözünüzü tutan adamsınız və inşallah, gələcəksiniz. Bu bir il ərzində həm siyasi, həm iqtisadi, həm də mənəvi cəhətdən Azərbaycana parlaq inkişaf arzulayıram.

Bizim mənəviyyatımıza yeni don geydirdiyiniz üçün Sizə minnətdarlığımı bildirirəm. Bu gün Sizin rəhbərliyiniz, bilavasitə köməyinizlə Təzəpirdə, Bibiheybətdə, İçərişəhərdə, Əjdərbəydə və başqa neçə-neçə məscidlərdə təmir gedir. Siz elə şəkildə kömək göstərirsiniz ki, biz dindarlar məcbur oluruq özümüzü o şəkildə aparaq. Yəni istəyirik biz də müasirləşək, yeniləşək. Ona görə də işiniz çox olduğu halda, mənəviyyat haqqında bu qədər fikirləşdiyinizə görə Sizə minnətdarlığımızı bildiririk.

Burada oturan qardaşlarımız Moskvadan, Şimali Qafqazdan gəliblər. Başqa dinin nümayəndələri, Vatikanın nümayəndələri də burada oturublar. Bizim böyük alim Rüstəm Əliyevin oğlu, dinlərarası dialoqun katibi buradadır. Bizim üçün böyük şərəfdir ki, o, Moskvada belə bir vəzifədə işləyir. Bəzi adamlar gələ bilməyiblər. Qafqazdan olan müftilərin hamısı Sizə salam göndəriblər, Sizi, bütün Azərbaycan xalqını təbrik edirlər.

Mən Sizi həm ötən Müstəqillik günü, həm də gələcək Ramazan bayramı münasibətilə təbrik edirəm. Allah-taaladan Sizə, ailənizə cansağlığı arzulayıram. Allah-taala Sizi gözdən qorusun və Siz də xalq üçün işləyəsiniz.

Bu gün İrandan dostumuz Əhəd Qəzai də gəlibdir. O, Azərbaycan-İran Dostluq Cəmiyyətinin sədri seçilibdir. Allah hamınızı salamat etsin. Bir daha xoş gəlmisiniz!

X X X

Xarici dövlətlərin ölkəmizdə akkreditə olunmuş səfirlərinin, dini icmaların nümayəndələrinin, çoxsaylı qonaqların, Milli Məclisin deputatlarının iştirak etdiyi mərasimdə Bakı və Xəzəryanı bölgə yeparxiyasının yepiskopu Aleksandr ata, Dağ yəhudiləri icmasının sədri Semyon İxiilov Azərbaycanda tolerantlığın hökm sürdüyünü xüsusi qeyd etdilər.

Vatikan dövlətinin Azərbaycandakı nunsisi Klaudio Quçerotti Roma papası XVI Benediktin salamlarını və təbriklərini çatdırdı.

X X X

Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə nitq söylədi.

X X X

Şeyxülislam Allahşükür Paşazadə Prezident İlham Əliyevə “Qurani- Kərim” təqdim etdi.

Sonra iftar süfrəsi açıldı.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Livanda İsrailin hücumları nəticəsində ölənlərin sayı 4387 nəfərə çatıb

“Bloomberg”: Səudiyyə Ərəbistanı Qərbin dəstəyindən narazıdır

İran: Hörmüz boğazında naviqasiya sistemlərini söndürən gəmilər cəzalandırılacaq

Oman sahillərində tankerə dron hücumu olub, iki dənizçi itkin düşüb

Özge Gürel: “44” filmindəki hekayədə var olduğum üçün qürur duyuram

Ukrayna Aİ-dən 3 milyard avro dəyərində hərbi dəstək alacaq

Azərbaycan üçün əsas məsələ etimadı və uzunmüddətli tərəfdaşlığı möhkəmləndirməkdir ŞƏRH

XXI Bakı Caz Festivalı İçərişəhərdə möhtəşəm konsert proqramı ilə başa çatıb

Avropa İttifaqı Ukraynaya raket və dronların alınması üçün əlavə vəsait ayıracaq

Premyer Liqa: "Mançester Siti" "Liverpul"u məğlub edib

Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub

Qazaxda yol qəzası: üç nəfər xəsarət alıb

Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub

Biləsuvardakı zəncirvari qəzada ölənin və xəsarət alanların kimliyi məlum olub YENİLƏNİB

Zelenski: Ukrayna enerji atəşkəsini dəstəkləyir və Rusiyanın da buna qoşulmasını vacib sayır

İsrail ordusu HƏMAS-ın elit bölməsinin komandirinin öldürüldüyünü açıqlayıb

Bu saata olan əsas xəbərlər

“Kür”ün baş məşqçisi: Komandamın oyunundan razıyam

Polşanın Baş nazirinə və müdafiə nazirinə təhdidlər göndərən şəxs saxlanılıb

Bakıdan Keşikçidağa: Arxeoloji tədqiqatlar və tarixi-mədəni irsə səyahət

Esma Muratoviç: İki əla oyun keçirdik və qələbə qazandığımız üçün çox qürurluyuq

Fərid Qayıbov: “Kür” komandasının qələbəsi həndbolumuzun inkişafına mühüm töhfə verəcək

Kənan Hüseynəliyev peşəkar rinqdə 13-cü qələbəsini qazanıb

Zelenski Ukraynada seçkilərin keçirilməsi üçün 60 günlük atəşkəs şərti irəli sürüb

AFP: Ər-Riyadda partlayış baş verib

“Kür” Avropa Kubokunda növbəti mərhələyə yüksəlib

Culfa rayonunun kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

FHN Qəbələ-Xankəndi ultramarafonunda təhlükəsizliyi təmin edib

Premyer Liqa: “Qarabağ” 1000-ci oyununda qələbə qazanıb

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Ömrünü sözə və sənətə həsr etdi - Ayaz Vəfalı

Naxçıvan Dövlət Kukla Teatrında “Yeddi şəhid, bir şahid” tamaşasının premyerası olub

Azərbaycanın Mərkəzi Asiya üçün strateji əhəmiyyəti ilbəil artır ŞƏRH

Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Azərbaycanlı tələbələr Türk dünyası gənclərinin birinci görüşündə iştirak ediblər

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Zelenski Rusiyanın neft emalı zavodlarına zərbələrin hansı halda dayandırılması məsələsinə aydınlıq gətirib

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

Məktəblərdə geyim qaydaları: hüquqi çərçivə və vahid yanaşma

Finlandiya Ukraynaya F-16 qırıcıları üçün döyüş sursatları göndərəcək

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib

Almaniyada ifrat sağçının paylaşdığı xəritə Fransada narazılıq yaradıb

Ağdaşda “Kənddən şəhərə” yarmarkası təşkil olunub

İsveçdə hərəkətsiz həyat tərzi problemi getdikcə dərinləşir

Sakinlərə keyfiyyətli xidmət: Qax Elektrik Şəbəkəsi bu istiqamətdə səylərini artırıb

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Şahin İsmayılov: Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsi Azərbaycanın regional mövqeyini daha da gücləndirir - ŞƏRH

Azərbaycan və Belarus üzgüçülük federasiyaları arasında memorandum imzalanıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Türkiyədə dəhşətli yol qəzası: 11 nəfər ölüb, 27 nəfər yaralanıb

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibləri mükafatlandırılıb

Tovuzda qadın dəm qazından boğularaq ölüb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

EYBA-nın payız konfransının iştirakçıları Ali Məhkəmədə olublar

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib