Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qalib Lider Azərbaycan dövlətinin üstün geosiyasi iradəsini növbəti dəfə nümayiş etdirdi

Qalib Lider Azərbaycan dövlətinin üstün geosiyasi iradəsini növbəti dəfə nümayiş etdirdi

Bakı, 17 avqust, AZƏRTAC

Tarix dünənin siyasəti, siyasət isə bu günün tarixidir. Siyasəti tarixi ənənələri özündə əks etdirən və müasir reallıqlara adekvat cavab verən dövlətlər intibah və yüksəlişə nail olur, beynəlxalq arenada layiqli mövqe tuturlar. Eynilə öz strateji kursunun nəticələri ilə mütərəqqi və cəlbedici nümunə yaradan Azərbaycan təcrübəsində olduğu kimi. Bir əsrdə iki dəfə müstəqillik qazanan Azərbaycan tarixin XXI yüzillik səhifəsinə öz adını qalib və güclü dövlət kimi yazmağa müvəffəq olub. Heç bir güc mərkəzindən asılı olmamaq, müstəqil siyasət həyata keçirmək, Cənubi Qafqaz regionunda lider dövlətə çevrilmək və olduqca mürəkkəb beynəlxalq münasibətlər şəraitində hərbi-strateji, diplomatik-siyasi imkanlarından istifadə edərək ərazi bütövlüyünün bərpasına nail olmaq, sözün əsl mənasında, tarix yazan və tarixin yazdığı fenomenal hadisədir.

Bu fikirlər Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyevin “Qalib Lider Azərbaycan dövlətinin üstün geosiyasi iradəsini növbəti dəfə nümayiş etdirdi” sərlövhəli məqaləsində yer alıb.

Azərbaycanın qlobal informasiya platformasında mövqeyinin möhkəmlənməsinə
xidmət edən sistemli və məqsədyönlü fəaliyyət

Bu gün respublikamız Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə mövcud reallıqlar fonunda öz strateji hədəflərini ardıcıl olaraq gerçəkləşdirir. Yeri gəlmişkən, Müzəffər Ali Baş Komandan İlham Əliyevin “CNN Türk” televiziya kanalına müsahibəsində ifadə etdiyi fikirlər bu kontekstdə çox mühüm məsələlərin üzərinə işıq salır.

Azərbaycan Prezidenti bəhs olunan müsahibəsində strateji əhəmiyyətə malik olan çox önəmli məsələlərə toxundu, yeni reallıqlar fonunda qalib dövlətimizin qətiyyətli mövqeyini növbəti dəfə əminliklə bəyan etdi. Azərbaycan Prezidenti, xüsusilə də, həm 30 ilə yaxın davam edən işğal faktı, həm 44 günlük Vətən müharibəsi zamanı baş verən proseslər - cərəyan edən hadisələr, həm də postkonflikt mərhələsində regional təhlükəsizlik və əməkdaşlıq imkanları ilə əlaqədar vacib nüansları geniş beynəlxalq ictimaiyyətin - yerli və xarici auditoriyanın diqqətinə çatdırdı. Əlbəttə, bu, ilk növbədə, dövlətimizin başçısının müəyyənləşdirdiyi hücum diplomatiyasının tərkib hissəsi olan milli və qlobal məzmunlu informasiya strategiyasının ardıcıl olaraq reallaşdırılması baxımından çox önəmlidir. Bu, Azərbaycan dövlətinin informasiya-təbliğat fəaliyyətinin mühüm bir istiqaməti kimi, heç şübhəsiz, ölkəmizin qlobal informasiya platformasında mövqeyinin möhkəmləndirilməsi, ermənilərin dezinformasiya siyasətinin və qara piar kampaniyasının iflasa uğradılması - erməni yalanlarının ifşası kontekstində böyük əhəmiyyətə malikdir.

Bütövlükdə, Prezident İlham Əliyevin bəhs olunan müsahibəsində əksini tapan fikirlər tarixi, siyasi, strateji nöqteyi-nəzərdən əlamətdar olmaqla yanaşı, Azərbaycanın milli maraqların qorunması, perspektiv hədəflərə doğru irəliləməsi, regional miqyasda sülhün, təhlükəsizliyin təmin edilməsi və çoxtərəfli əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı mövqeyinə işıq salır. Bu kontekstdə bir sıra strateji nüanslara ayrıca nəzər salmaq məqsədəmüvafiq olar.

Ləyaqətli müharibə apararaq ədalətin bərpasına nail olan Azərbaycan gələcək nəsillərə
böyük tarixi, siyasi və mənəvi miras buraxdı

Azərbaycan Prezidenti 30 il ərzində torpaqlarımızın işğal altında olmasının, eləcə də problemə münasibətdə qeyri-obyektiv, selektiv yanaşmaya və ikili standartlara əsaslanan siyasətin həyata keçirilməsinin böyük ədalətsizlik olduğunu, buna baxmayaraq, Azərbaycan xalqının işğal faktı ilə barışmadığını, Qurtuluş savaşı apararaq tarixi Qələbə qazandığını diqqətə çatdırdı. Əlbəttə, bu, tarixi ədalətin bərpası, beynəlxalq hüquq normalarının tələblərinin yerinə yetirilməsi və Azərbaycan dövlətinin qüdrətinin - milli gücünün ifadəsi idi. Dünyanın ən güclü orduları sırasında olan Azərbaycan Ordusu 44 gün ərzində döyüş meydanında öz sözünü dedi, böyük qəhrəmanlıq və peşəkarlıq nümayiş etdirərək torpaqlarımızı işğaldan azad etməyə müvəffəq oldu. XXI əsrin müharibəsini apararaq qəhrəmanlıq salnaməsi yaradan və tarix yazan Azərbaycan Ordusunun döyüş yolu və şanlı Zəfərinin bu gün dünyanın nüfuzlu ali hərbi məktəblərində və tədqiqat mərkəzlərində öyrənilməsi təsadüfi deyil.

Ən mühüm məsələlərdən biri budur ki, müasir beynəlxalq münasibətlər sisteminin nüfuzlu aktoru və dünya birliyinin məsuliyyətli üzvü olan Azərbaycan müharibəni ləyaqətlə apardı, hər hansı bir müharibə cinayətinə və beynəlxalq hüquq normalarına zidd olan illeqal fəaliyyətə yol vermədi. Bu, regional güc mərkəzi olan, dünyada sabitlik adası, tolerantlıq nümunəsi və multikulturalizm diyarı kimi tanınan Azərbaycanın beynəlxalq hüquq normalarına və ümumbəşəri dəyərlərə sayğısının, xüsusi diqqətinin və həssas yanaşmasının ifadəsi idi. Nəhayət, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “torpaqlarımızın işğaldan azad olunması xalq qarşısında, tarix qarşısında, gələcək nəsillər qarşısında bizim borcumuz idi və biz bu borcu şərəflə yerinə yetirdik”. Həqiqətən də, Vətən müharibəsi Zəfəri Azərbaycanın çoxəsrlik dövlətçilik tarixinin şanlı - şərəfli qürur və iftixar səhifəsi olmaqla yanaşı, gələcək nəsillər üçün mənəvi-siyasi mirasdır.

Əsas rəqibimiz zamandır

Azərbaycan Prezidenti “CNN Türk” telekanalına müsahibəsində, həmçinin postmüharibə dövrünün reallıqları və yeni mərhələdə Azərbaycan strateji hədəfləri, spesifik yanaşması və prinsipial mövqeyi ilə əlaqədar məqamları tam dəqiq və dolğun surətdə ifadə etdi. Bir daha bəlli oldu ki, Azərbaycan işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışı yüksək səviyyədə təmin etmək əzmindədir. Təbii ki, həmin ərazilərdə infrastruktur quruculuğunun həyata keçirilməsi, minatəmizləmə işlərinin aparılması müəyyən zaman tələb edir, amma Azərbaycan Prezidentinin siyasi iradəsi, ölkəmizin maliyyə-iqtisadi imkanları, səmərəli beynəlxalq əlaqələri və tərəfdaşlıq münasibətləri bu hədəfə çatmağa imkan verir. Dövlət başçısının qeyd etdiyi kimi, bizim burada əsas rəqibimiz zamandır: “Çünki Qarabağın və Şərqi Zəngəzurun bərpası üçün kifayət qədər maliyyə vəsaiti toplanıb və səfərbər olunub. Amma bizim əsas rəqibimiz zamandır və hər kəs anlamalıdır ki, burada da zamana ehtiyac var. Lakin biz vətəndaşlarımızı ən qısa müddət ərzində qaytaracağıq. Birinci pilot layihə artıq gerçəkləşir, Zəngilan rayonunda 3 kəndi birləşdirən bir layihə bu ilin sonuna, ya da ki, gələn ilin əvvəlinə hazır olacaqdır”.

Azərbaycanın mövqeyi konkret və birmənalıdır, Ermənistan isə siyasi seçim qarşısında...

Bunlarla yanaşı, digər bir vacib və aktual məsələ Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasıdır. Postmüharibə dönəmində də üstün geosiyasi iradə nümayiş etdirən qalib Azərbaycan sülh müqaviləsinin imzalanması tərəfdarı kimi çıxış edir. “Biz istəyirik Ermənistanla sülh müqaviləsi imzalansın. Ermənistan və Azərbaycan bir-birilərinin ərazi bütövlüyünü tanısınlar və sərhədlərin delimitasiyası prosesi də başlasın”,-deyən Prezident İlham Əliyev Azərbaycanın dəyişməz və konkret mövqeyini ifadə edib. Amma Ermənistan bu məsələdə konkret mövqe - vahid yanaşma ortaya qoymayıb, bu da məğlub ölkənin siyasi qeyri-müəyyənlik vəziyyətində olduğunu göstərir. Amma 44 müharibədən sonra şərtləri qalib Azərbaycanın diktə etdiyi hazırkı geostrateji reallıqlar fonunda Ermənistanın konstruktiv mövqe sərgiləməkdən başqa şansı yoxdur. Bu ölkə ərazi iddiasından əl çəkərək Azərbaycanın ərazi bütövlüyünü tanımalı, sərhədlərin demarkasiyası və delimitasiyası ilə əlaqədar konkret işlər görməli, sülh müqaviləsinə hazırlıq işlərinə başlamalıdır. Yeri gəlmişkən, hazırda Ermənistanın qarşısında duran birinci dərəcəli strateji öhdəlik 10 noyabr 2020-ci il tarixdə imzalanmış üçtərəfli Bəyanatın bütün şərtləri və tələblərinə zamanında, tam və qeyd-şərtsiz əməl etməkdir. Biz görürük ki, məğlub ölkə vaxtaşırı hərbi-siyasi təxribatlar törətməklə regionda təhlükəsizlik mühitini hədəfə almağa, vəziyyəti gərginləşdirməyə çalışır. Eyni zamanda, Rusiyanın sülhməramlı qüvvələrinin nəzarətində olan ərazilərə Ermənistandan silahlar və hərbçilər göndərilir ki, bu da yolverilməzdir. Bütün bunlar Avrasiya geosiyasi məkanının çox mühüm strateji həlqəsi olan Cənubi Qafqaz regionunda uzunmüddətli sülh və təhlükəsizlik mühitinin yaradılmasına, çoxşaxəli işbirliyinin təmin olunmasına qarşı siyasi provakasiyalardır. Azərbaycanın hazırkı mərhələdə Rusiyadan da gözləntisi üçtərəfli Bəyanatın bütün müddəalarının yerinə yetirilməsidir.

Azərbaycan Cənubi Qafqazı beynəlxalq əməkdaşlıq məkanına çevirir

Daha bir əhəmiyyətli məsələ Azərbaycanın yaratdığı reallıqların Cənubi Qafqaz regionunda yeni genişmiqyaslı əməkdaşlıq imkanları formalaşdırmasıdır. Burada bir çox vacib məqam var. Bunlardan biri bölgədə kommunikasiya xətlərinin bərpası, yeni nəqliyyat qovşağının yaradılmasıdır. Bu kontekstdə Zəngəzur dəhlizinin reallaşdırılması məsələsi çox mühüm əhəmiyyətə malikdir. Bu geostrateji koridor həm Cənubi Qafqaz regionunda, həm də Asiyadan Avropaya doğru geniş miqyasda əməkdaşlığın dərinləşməsinə, sıx işbirliyinin formalaşmasına mühüm töhfə olacaq. Yeni kommunikasiya vasitəsilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası vasitəsilə Türkiyə ilə birləşməsi, Azərbaycanın əsas hissəsi ilə Muxtar Respublika arasında birbaşa quru əlaqəsinin yaranması isə strateji önəm daşıyır. Bu dəhlizin yaradılması həm də Ermənistan üçün faydalı ola bilər. Ermənistan bu şansdan yararlanmaqla dəmir yolu ilə həm İranla, həm də Rusiya ilə əlaqə yarada bilər. Bütövlükdə isə, Zəngəzur dəhlizinin açılması bütün region dövlətləri üçün önəmli siyasi və iqtisadi fayda, rifah vəd edir. Digər tərəfdən, Azərbaycan Cənubi Qafqazda 3+3 formatını da dəstəkləyir, bu kontekstdə öz üzərinə düşən strateji vəzifələri yerinə yetirmək əzmindədir.

Nəticə etibarilə, strateji imkanlarından səmərəli istifadə edən Azərbaycan nüfuzlu və güclü aktor kimi Cənubi Qafqazı beynəlxalq işbirliyi məkanına çevirir. Bu isə regional təhlükəsizlik və qlobal əməkdaşlıq baxımından da çox önəmli olmaqla yanaşı, ölkəmizin beynəlxalq mövqeyinin daha da möhkəmlənməsinə, dünya siyasətində yüksəlişinə, yeni geostrateji üstünlüklər qazanmasına xidmət edir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Vitkoff və Kuşnerin Moskvaya səfərinin təxirə salınmasının səbəbi açıqlanıb

Hörmüz boğazında neft tankeri minaya düşüb

İndoneziya sahillərində 5,8 bal gücündə zəlzələ baş verib

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

ABŞ Ukraynaya silah tədarükünü və kəşfiyyat məlumatlarının ötürülməsini dayandırmaqla hədələyir

Bill Qeyts süni intellekt səbəbindən kiberhücumların artacağını proqnozlaşdırır

Livanda İsrailin hücumları nəticəsində ölənlərin sayı 4387 nəfərə çatıb

“Bloomberg”: Səudiyyə Ərəbistanı Qərbin dəstəyindən narazıdır

İran: Hörmüz boğazında naviqasiya sistemlərini söndürən gəmilər cəzalandırılacaq

Oman sahillərində tankerə dron hücumu olub, iki dənizçi itkin düşüb

Özge Gürel: “44” filmindəki hekayədə var olduğum üçün qürur duyuram

Ukrayna Aİ-dən 3 milyard avro dəyərində hərbi dəstək alacaq

Azərbaycan üçün əsas məsələ etimadı və uzunmüddətli tərəfdaşlığı möhkəmləndirməkdir ŞƏRH

XXI Bakı Caz Festivalı İçərişəhərdə möhtəşəm konsert proqramı ilə başa çatıb

Avropa İttifaqı Ukraynaya raket və dronların alınması üçün əlavə vəsait ayıracaq

Premyer Liqa: "Mançester Siti" "Liverpul"u məğlub edib

Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub

Qazaxda yol qəzası: üç nəfər xəsarət alıb

Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub

Biləsuvardakı zəncirvari qəzada ölənin və xəsarət alanların kimliyi məlum olub YENİLƏNİB

Zelenski: Ukrayna enerji atəşkəsini dəstəkləyir və Rusiyanın da buna qoşulmasını vacib sayır

İsrail ordusu HƏMAS-ın elit bölməsinin komandirinin öldürüldüyünü açıqlayıb

Bu saata olan əsas xəbərlər

“Kür”ün baş məşqçisi: Komandamın oyunundan razıyam

Polşanın Baş nazirinə və müdafiə nazirinə təhdidlər göndərən şəxs saxlanılıb

Bakıdan Keşikçidağa: Arxeoloji tədqiqatlar və tarixi-mədəni irsə səyahət

Esma Muratoviç: İki əla oyun keçirdik və qələbə qazandığımız üçün çox qürurluyuq

Fərid Qayıbov: “Kür” komandasının qələbəsi həndbolumuzun inkişafına mühüm töhfə verəcək

Kənan Hüseynəliyev peşəkar rinqdə 13-cü qələbəsini qazanıb

Zelenski Ukraynada seçkilərin keçirilməsi üçün 60 günlük atəşkəs şərti irəli sürüb

AFP: Ər-Riyadda partlayış baş verib

“Kür” Avropa Kubokunda növbəti mərhələyə yüksəlib

Culfa rayonunun kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

FHN Qəbələ-Xankəndi ultramarafonunda təhlükəsizliyi təmin edib

Premyer Liqa: “Qarabağ” 1000-ci oyununda qələbə qazanıb

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Ömrünü sözə və sənətə həsr etdi - Ayaz Vəfalı

Naxçıvan Dövlət Kukla Teatrında “Yeddi şəhid, bir şahid” tamaşasının premyerası olub

Azərbaycanın Mərkəzi Asiya üçün strateji əhəmiyyəti ilbəil artır ŞƏRH

Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Azərbaycanlı tələbələr Türk dünyası gənclərinin birinci görüşündə iştirak ediblər

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Zelenski Rusiyanın neft emalı zavodlarına zərbələrin hansı halda dayandırılması məsələsinə aydınlıq gətirib

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

Məktəblərdə geyim qaydaları: hüquqi çərçivə və vahid yanaşma

Finlandiya Ukraynaya F-16 qırıcıları üçün döyüş sursatları göndərəcək

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib

Almaniyada ifrat sağçının paylaşdığı xəritə Fransada narazılıq yaradıb

Ağdaşda “Kənddən şəhərə” yarmarkası təşkil olunub

İsveçdə hərəkətsiz həyat tərzi problemi getdikcə dərinləşir

Sakinlərə keyfiyyətli xidmət: Qax Elektrik Şəbəkəsi bu istiqamətdə səylərini artırıb

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Şahin İsmayılov: Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsi Azərbaycanın regional mövqeyini daha da gücləndirir - ŞƏRH

Azərbaycan və Belarus üzgüçülük federasiyaları arasında memorandum imzalanıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Türkiyədə dəhşətli yol qəzası: 11 nəfər ölüb, 27 nəfər yaralanıb

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibləri mükafatlandırılıb

Tovuzda qadın dəm qazından boğularaq ölüb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

EYBA-nın payız konfransının iştirakçıları Ali Məhkəmədə olublar

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir