QANUNSUZ SAHİBKARLIQLA MƏŞĞUL OLMA FAKTI ÜZRƏ CİNAYƏT İŞİ BAŞLANILIB
Vergi orqanları tərəfindən qanunsuz sahibkarlıqla məşğul olan şəxslərin aşkarlanması məqsədilə mövcud qanunvericiliyə uyğun tədbirlərin keçirilməsi davam etdirilir. Vergilər Nazirliyinin ictimaiyyətlə əlaqədar bölməsindən verilən məlumatda deyilir ki, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən Bakı şəhəri, Zığ şossesi 4”A” ünvanda yerləşən “Ümid” tibb mərkəzində qanunsuz sahibkarlıqla məşğul olma faktı üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192.2.2-ci maddəsi ilə cinayət işi başlanılıb. İstintaqın gedişi zamanı “Ümid” tibb mərkəzində axtarış tədbirlərinin keçirilməsi zərurəti yarandığından Xətai rayon məhkəməsinin 27 iyun 2003-cü il tarixli qərarına əsasən bu mərkəzdə axtarış keçirilmiş və iş üçün mühüm əhəmiyyətə malik sənədlər aşkar edilərək götürülmüşdür. Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]