Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qarabağ separatçılarının başçıları “səlahiyyətləri” ilə vidalaşır - ŞƏRH

Qarabağ separatçılarının başçıları “səlahiyyətləri” ilə vidalaşır -  ŞƏRH

Bakı, 2 sentyabr, AZƏRTAC

Araik Arutyunyan Xankəndidə baş separatçı feyk statusundan imtina edib və sosial şəbəkələrdə bildirib ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşamağa davam edəcək. Lakin bunu hələ zaman göstərəcək...

AZƏRTAC xəbər verir ki, bu fikirlər Fidan Salmanlının “Bakinski raboçi” qəzetində dərc olunmuş “Başlayır və uduzurlar” sərlövhəli məqaləsində yer alıb. Məqalənin tam mətnini oxuculara təqdim edirik.

X X X

Prinsip etibarilə bu tendensiyanın əsası 2020-ci il Vətən müharibəsinin yekunlarına əsasən qoyulmuşdu. Prezident İlham Əliyev bu barədə aprelin 18-də dövlət televiziyasına müsahibəsində birmənalı olaraq bildirmişdi: “Hazırda özləri üçün qondarma adlar uyduran separatçılar, - biri özünü prezident adlandırır, biri özünü nazir adlandırır, biri nə bilim nə parlament sədri adlandırır, - bu təlxəklər toplusu, nəhayət bilməlidir ki, bizim səbrimizlə oynamaq olmaz. Biz onlara müxtəlif yollarla dəfələrlə izah etməyə çalışmışıq ki, onlar ya bizim sözümüzlə oturub duracaqlar, ya da ki, oradan rədd olacaqlar və orada yaşayan, onların faktiki olaraq girovuna, əsirinə çevrilmiş erməniləri də rahat buraxacaqlar. Mən əminəm ki, hazırda Qarabağda yaşayan erməni əhalisinin əksəriyyəti Azərbaycan vətəndaşlığını qəbul etməyə hazırdır. Sadəcə olaraq, bu zəlilər, bu yırtıcı heyvanlar, separatçılar qoymurlar. Qoymurlar ki, bu insanlar rahat yaşasınlar, 30 il bunları girov kimi saxlayıblar. Ona görə mənim mövqeyim bundan ibarətdir, bunu hər kəs eşitsin, həm Ermənistan rəhbərliyi, həm bu gün onların arxasında dayanan qüvvələr, bizim iradəmizə heç kim təsir edə bilməz. Biz bunu sübut etmişik, müharibə zamanı və müharibədən sonra. Lazım olarsa, bir də sübut edərik istənilən formada”.

Yeri gəlmişkən, Rubik Vardanyanın əvəzedicisi və “son nəfəsinə qədər mübarizə” ideyasına kilidlənmiş qondarma “dövlət naziri” Qurqen Nersisiyan da könüllü olaraq öz vəzifəsindən gedib. Onun xəyali postuna isə daha bir feyk vəzifəni daşıyan - “DQR təhlükəsizlik şurasının katibi” Samvel Şaxramyan gətirilib. Proqnoz vermək o qədər də düzgün deyil, amma təxmini güman etmək olar ki, onların heç biri Xankəndidə yaşamayacaq, bu, xüsusən insanlara qarşı hərbi cinayətlərdə təqsiri sübuta yetirilmiş şəxslərə aiddir. Xatırlayırıq ki, Vətən müharibəsinin başa çatmasından bir neçə gün sonra Kəlbəcərdə və onun ətrafında evlər yandırılmışdı. Həmin evlərdə 1993-cü ilin aprelinədək azərbaycanlılar yaşayıb. Müharibədə məğlub olmuş ermənilər qaçdıqları zaman birlikdə türklərə nifrət zəminində evləri yandırıb məhv edərək, mümkün olan hər şeyi özləri ilə aparırdılar. Ermənistana gedən yolda şütüyən və ağzınadək, hətta asfalta toxunacaq qədər doldurulmuş ev əşyaları olan, damına divan və soyuducuların bağlanıldığı yük avtomobilləri ilə bağlı videokadrlar bütün dünyanı gəzirdi. Lakin onların arasında ən çox səs-küyə səbəb olan əşya evlərdən sökülüb aparılan unitazlar idi. Suriyadan köçüb gəlmiş erməni deyirdi: “Biz azərbaycanlıların evlərimizdə yaşamasını istəmirik, qoy onlar özlərinə ev tiksinlər”. Amma o unudurdu ki, 27 il müddətində məhz nifrət etdiyi azərbaycanlıların evində yaşayıb.

Onlar, “işğal edilmiş ərazilərdə pulsuz cənnət” vəd edilmiş və aldadılmış haylar idi, yüksək rütbəli separatçılar isə çoxdan özləri üçün Los-Ancelesdə, Soçidə, Marseldə dəbdəbəli həyat qurmuşdular.

Yeri gəlmişkən, həmin Araik Arutyunyanın aqibəti hələ iyulda məlum idi. Həmin vaxt onun iki qızı Xankəndini tərk edərək Rusiyada məskunlaşmışdı, “fövqəladə hallar üzrə dövlət xidmətinin” əməkdaşı işləyən kürəkəni isə iyulun 9-da təcili şəkildə işdən çıxmış və tələsik olaraq “vahid müqavimət sıralarını” tərk etmişdi. Sadəcə anlamaq mümkün deyil ki, heç kim tərəfindən tanınmayan “DQR”in qondarma “rəhbərliyi” ehtiyat aerodromu axtarmaqda davam edərkən, nədən öz başını kolluqda gizlədir və ya quma soxurlar, halbuki, onların bədənləri bayırda qalıb. Bəziləri hətta Vətən müharibəsində Ermənistanın məğlubiyyətindən iki il yarım sonra sosial şəbəkələrdə sükutu pozaraq danışmağa başlayıblar.

Belə ki, qondarma “respublikanın” saxta rəhbəri, eyni zamanda, oliqarx Araik Arutyunyan bildirib ki, işğalçı rejimin məhvi məsuliyyətini öz üzərinə götürmək fikrində deyil. Araikin sözlərinə görə, İrəvanda müəyyən siyasi güclərin hərbi əməliyyatların tezliklə dayandırılmasına dair konsensus əldə edə bilməməsi və nəticədə erməni ordusunun böyük sayda canlı qüvvə və texnika itirməsi onun təqsiri deyil.

Beləliklə, “DQR”in qondarma “prezidenti” Qarabağdakı rejimin de-fakto həmişə oyuncaq olduğunu, onun özünün siyasi vəzifəsinin isə nominal xarakter daşıdığını təsdiq edib. Hərçənd, separatçılar 25 ildən artıqdır ki, öz rejimlərinin müstəqilliyindən dəm vurur və inandırmağa çalışırdılar ki, İrəvan yalnız “Qarabağın siyasi cəhətdən tanınmasını” təmin edir və ona hərbi dəstək göstərir.

Əgər faktlara müraciət etsək, onda Arutyunyanın dolayı yolla dəfələrlə kənara çəkildiyi reallığını təsdiq etdiyini görərik. 2020-ci ilin oktyabrında - cəbhədə döyüşlərin ən qızğın vaxtında o, Qarabağa gəlmiş Ermənistanın keçmiş prezidentləri Robert Koçaryan və Serj Sarkisyanı qəbul etməkdən imtina etmişdi. Sonuncular “böhran şəraitinin idarə edilməsində” müəyyən konsensus əldə etmək üçün saxta rejimin “sabiq prezidentləri” Bako Saakyan və Arkadi Qukasyanı dəvət etmişdilər. Hələ o zaman söhbət gəzirdi ki, (bu şayiələr sosial şəbəkələrdə də dolaşırdı) acgözlüklə öz kapitalını qoruyub saxlamaq istəyən Araik hələ müharibədən əvvəl Hadrut rayonunda öz biznesinin böyük bir hissəsini satmışdı.

Bu arada, hətta indi, müharibədən təxminən 3 ilə yaxın müddət keçməsindən sonra da separatçılar cəzasız qalacaqlarına inanırlar. Onlar Rusiyanın Qarabağdakı sülhməramlı missiyasının mərkəzi ilə əməkdaşlıq etməyə cəhd edərək, özlərinə toxunulmazlıq əldə etməyə çalışırlar. Erməni KİV-lərinin də səs-səsə verərək işıqlandırdığı Arutyunyanın fevral ayındakı Moskva səfəri də bununla izah edilə bilər. O da məlumdur ki, Rusiyada erməni diasporu nümayəndələri ilə maliyyə əməkdaşlığı məsələlərinə Qarabağ separatçılarının yaşlı nəsli kuratorluq edir. Bununla yanaşı, aydındır ki, Arutyunyanın Ermənistanda seçkiqabağı kampaniyanın başlaması ilə üst-üstə düşən Moskva səfəri siyasi xarakter də daşıya bilərdi.

Təsadüfi deyil ki, ad çəkmək istəməyən Araik Arutyunyan 2021-ci ilin aprelindən sonra erməni siyasətçilərinin məsuliyyətindən danışmağa başladı. Həmin vaxt baş nazir Nikol Paşinyan parlament seçkiləri öncəsi texniki qaydada istefa vermişdi.

Mövcud separatçı “elita” formal olaraq iki məsələdən - hazırkı mövqeləri, o cümlədən kapitalını necə qoruyub saxlamasından və rəsmi Bakının (bu isə vaxt məsələsidir) öz köklərini və taxt-tacını itirmiş Qarabağ klanının “siyasi elitasına” qarşı tədbir görəcəyindən narahatdır. İşğalçı siyasətin tərəfdarları hələ də ümid edirlər ki, Nikol Paşinyanın məğlubiyyəti və Robert Köçəryanın hakimiyyətə hipotetik qayıdışı təqdirində Qarabağ separatizmi başqa cildə girərək davam edəcək, yəni bütün hallarda, bu, Araiksiz baş verəcək. Məhz buna görə də qondarma “DQR”in başçısı” özünə bir, bəlkə də daha çox ehtiyat aerodromu hazırlayıb. O başa düşür ki, əvvəlki oliqarxiya rejiminin çürümüş qalığına çevrilməkdən başqa perspektivi yoxdur. Lakin Qərbdəki, hətta Rusiyadakı erməni diasporu çətin ki, regional separatizmin liderlərinə qucaq açsın. Elə Ermənistanın özündə də Arutyunyan və onun kimiləri üçün yer yoxdur. Amma onun Kürdəxanı təcridxanasındakı çarpayıda yeri hazırdır.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Metyu Brayza: Aralıq seçkilərin nəticələri Vaşinqtonun Cənubi Qafqaz siyasətinə təsir göstərməyəcək – ŞƏRH

Prezident İlham Əliyevin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Azərbaycançılıq mövzusu ictimai müzakirədə

Reza Deqati: Fotoqrafiyanı insanlara xidmət vasitəsi kimi seçmişəm

Zelenski: Hazırda Kiyevdə vəziyyət daha ağırdır

AMEA-nın vitse-prezidenti: Reza Deqatinin fotoları illər keçsə də, öz əhəmiyyətini itirməyəcək

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Fransa və Almaniyada sosial etirazlar: narazılığın əsas səbəbləri - ŞƏRH

bp Azərbaycanda sponsorluq etdiyi layihələrə bu il 1,1 milyon dollar xərcləyib

Heyvandarlıq sahəsində yeni şərtlər - fermerlər nə qədər subsidiya alacaqlar?

İngiltərə klubunun yeni baş məşqçisi müəyyənləşib

Nazir: Pakistan Azərbaycanla əməkdaşlığı daha da gücləndirməyə sadiqdir

Reza Deqati: Zəfər tarixi Azərbaycan tarixinin ayrılmaz hissəsi kimi daim yaşadılmalıdır

“Gülüstan” türbəsi– Azərbaycan daşişləmə sənətinin nadir incisi

bp şirkətində çalışan azərbaycanlı işçilərin sayı açıqlanıb

Qubada 12 yaşayış məntəqəsini birləşdirən avtomobil yolu asfaltlanır

Bakıda ilk Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisi keçirilir  YENİLƏNİB VİDEO

Bakıda ilk Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisi keçirilir  YENİLƏNİB VİDEO

Baş nazir yanğın-xilasetmə idmanı üzrə dünya çempionatı çərçivəsində Azərbaycanda səfərdə olan nümayəndə heyəti ilə görüşüb

Azərbaycan Universitetində qazaxıstanlı professor-müəllim heyəti üçün təkmilləşdirmə kursu təşkil olunub

Yağmur Soylu: X nəslinin bəyənməsi dəstək, Z nəslinin reaksiyası isə özünüifadə vasitəsidir – MÜSAHİBƏ

AMEA-da dünyaşöhrətli fotoqraf Reza Deqatinin kitabları təqdim olunub

® “Kapital Bank” yeni konseptli ilk filialı ilə Gəncədə

“PMD Group” Bakıda və Qarabağda bir sıra iri layihələr həyata keçirir VİDEO

“PMD Group” Bakıda və Qarabağda bir sıra iri layihələr həyata keçirir VİDEO

Ekspert: Qızılın ucuzlaşması Azərbaycanda zərgərlik məhsullarının qiymətinə təsir edə bilər

AFFA Məşqçilər Komitəsinin sədri: Bu mövsüm Premyer Liqada asan məğlub olmaq istəyən komanda yoxdur

Baş katib: “Bakı Prosesi” Şərqlə Qərb arasında birbaşa ünsiyyət üçün yol açıb

Belçikada işçilərin sayının azalacağı gözlənilir

MEK-də gənc alimlər və tələbələr Zəfər Gününü qeyd ediblər

Zəfər tarixini öyrənən nəsil: qəhrəmanlara ehtiram, Vətənə sevgi -  REPORTAJ  VİDEO

Zəfər tarixini öyrənən nəsil: qəhrəmanlara ehtiram, Vətənə sevgi - REPORTAJ VİDEO

On mindən çox bioloji aktiv qida məhsulu məhv edilib

Müctəba Xamenei: ABŞ-də seçkilərin nəticələri Vaşinqtonun İran siyasətində dəyişikliyə səbəb olmayacaq

Vəkillər Kollegiyasının rəhbərliyi təlimdə iştirak edib

® “Carlsberg Azerbaijan” və Azərbaycan Texnologiya Universiteti arasında Əməkdaşlıq Memorandumu imzalanıb

Rəhman Hacıyev: Azad edilmiş ərazilərdə yaşayış evlərinin konservasiyası tarixi yaddaşın qorunması baxımından əhəmiyyətlidir

İctimai Şura sədri: Zəfərin təməlində “Dəmir yumruq” ətrafında birləşən xalqımızın həmrəyliyi dayanır

Azərbaycan və Belarus Fövqəladə Hallar nazirlikləri arasında əlaqələr genişləndirilir VİDEO

Azərbaycan və Belarus Fövqəladə Hallar nazirlikləri arasında əlaqələr genişləndirilir VİDEO

ABŞ-də aralıq seçkiləri: AI data mərkəzlərinə qarşı etirazlar Demokratların mənafeyinə xidmət edir

Mehman Nəcəfov: Milli ifaçılıq ənənələri gələcək nəsillərə düzgün çatdırılmalıdır

Londonda ikinci Azərbaycan-Britaniya Siyasət Forumu VİDEO

Londonda ikinci Azərbaycan-Britaniya Siyasət Forumu VİDEO

FIFA U-15 dünya çempionatında hakimliyin təşkilinə görə AFFA-ya təşəkkür edib

“Bir cənub şəhərində”

Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Ramil Həsəndən

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulovadan

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səuddan

Tədqiqat: Dəniz səviyyəsinin qalxması ekosistem xidmətlərini ildə 164 milyard dollardan məhrum edə bilər

İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səuddan

Pakistan İslam Respublikasının Prezidenti Asif Əli Zərdaridən

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

“İcra haqqında” və “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Deputat: Heydər Əliyev azərbaycançılıq məfkurəsini dövlət siyasəti səviyyəsinə yüksəltdi

“Azərbaycan Respublikası tərəfindən 1995-ci il yanvarın 10-da təsdiq edilmiş Birləşmiş Millətlər Təşkilatının İqlim dəyişmələri üzrə çərçivə konvensiyasına uyğun Azərbaycan Respublikasının qəbul etdiyi öhdəliklərin yerinə yetirilməsinin təmin edilməsinə dair tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 30 aprel tarixli 560 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılıb

Atmosfer havasının çirklənməsinə qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Dünyada əqli sağlamlıq səviyyəsi zəifləyir - 92 ölkədə aparılan sorğunun nəticəsi

Nazir: Dövlət büdcəsinin əsas hədəflərindən biri özəl investisiyaların artırılmasına dəstək verməkdir

K.S.İmanovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Read Qasımov: Əhalinin gündəlik şəhər mərkəzi və geriyə hərəkəti nəqliyyat sisteminə əlavə yük yaradır

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar YENİLƏNİB VİDEO

Romanın qonaqları - Bir şəhər, min bir turist... FOTOREPORTAJ

Ramil İskəndərli: Azərbaycançılıq ideologiyası milli birliyin və müstəqil dövlətçiliyin əsas dayağıdır

İƏİT-in vergi cinayətləri ilə mübarizə sahəsində təşviq etdiyi vahid yanaşma səmərəli prinsiplərə əsaslanır

Azərbaycan parakarateçisi Avropa çempionatında qızıl medal qazanıb

Azərbaycan dövlət maliyyəsi təsnifatını beynəlxalq GFSM standartına 95 faiz uyğunlaşdırmağı hədəfləyir

Ucarda fermerlərin toxum təminatına dəstək məqsədilə satış məntəqəsi fəaliyyətə başlayıb

Sahil Babayev: Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır

Azərbaycanın dövlət büdcəsində əsaslı xərclərin payı 32 faizdir

Ankarada Azərbaycanın biznes və investisiya mühiti təşviq edilib

Almaniyada sığınacaq axtaran əcnəbilərin sayı kəskin azalıb

Mehdixan Vəkilov: 148 manatlıq kostyumu "Avara bağı"nda dilənçiyə verən Səməd

Özəl sektorda təqribən 50 minə yaxın əmək müqaviləsi artımı olub

Deputat: İş adamlarının “AIREX 2026”da iştirakı Azərbaycanın beynəlxalq biznes dairələri üçün cəlbediciliyini göstərir VİDEO

Deputat: İş adamlarının “AIREX 2026”da iştirakı Azərbaycanın beynəlxalq biznes dairələri üçün cəlbediciliyini göstərir VİDEO

Maliyyə naziri: ARDNF qızılın qiyməti 5000 dolları keçdikdən sonra satışa başlayıb

Avrozonada inflyasiyanın illik səviyyəsi 4 faizə çatıb

Nazir: Bakıda yanğın və xilasetmə idmanı üzrə dünya çempionatı yüksək səviyyədə təşkil olunub

Zəfərin ağxalatlı qəhrəmanları: məktəblilər onların fədakarlığını canlandırdılar VİDEO

Zəfərin ağxalatlı qəhrəmanları: məktəblilər onların fədakarlığını canlandırdılar VİDEO

Yanğın və xilasetmə idmanı üzrə dünya çempionatının nümayəndə heyəti Fəxri xiyabanı ziyarət edib

İdarə rəisi: Bakı 2040-cı ilədək müasir və dayanıqlı şəhər modelinə keçəcək

AQTA qəhvəyi mərmər bağacığı ilə bağlı maarifləndirmə işlərini davam etdirir

® Qərbi Kaspi Universitetində tədqiqatın beynəlmiləlləşməsinə həsr olunmuş beynəlxalq simpozium keçirilib

“AIREX 2026” iştirakçısı: Bu sərgi xarici investorların regionun potensialını yaxından tanıması üçün əhəmiyyətli platformadır

Millinin sabiq baş məşqçisi: Yerli futzalçıların yeni sistemə uyğunlaşması üçün zamana ehtiyac var

AQTİ laboratoriyalar üçün növbəti səriştəlilik sınağını elan edib

Səfir: Səudiyyə Ərəbistanı Azərbaycanla həmrəyliyini qurban payı ilə nümayiş etdirir

AZƏRTAC “AIREX 2026” sərgisinin media tərəfdaşıdır VİDEO

AZƏRTAC “AIREX 2026” sərgisinin media tərəfdaşıdır VİDEO

“Qalatasaray” rusiyalı yarımmüdafiəçi ilə yeni müqavilə imzalamaq istəyir

“Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” - elmi seminar

Avtovağzal və avtostansiyalar gücləndirilmiş rejimdə çalışacaq

Hesablama Palatasının sədri: Dövlət əmlakının özəlləşdirilməsindən dövlət büdcəsinə 122,1 milyon manat daxil olub

Vüqar Gülməmmədov: Gömrük rüsumları üzrə proqnozlaşdırılan məbləğin 30 milyon manatı yığımların payına düşür

Maka Boçorişvili: Dialoq olmadan Aİ Gürcüstandakı prosesləri obyektiv qiymətləndirə bilməyəcək

Büdcə prosesinin iştirakçıları ilə müzakirələr hər növbəti il büdcə sənədləşməsinin keyfiyyətinin artırılmasına səbəb olur

Azərbaycanlı voleybolçu: Bolqarıstan klubu ilə matçın həlledici məqamlarında təcrübəmiz öz sözünü dedi

Samuxda yeni yaşıllıqlar salınıb

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Çin ilə Avropa arasında nəqliyyat dəhlizlərinin inkişafı Qırğızıstan üçün prioritet məsələdir

Paşinyan: Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir

Dünyanın dörd texnologiya nəhəngi süni intellektə 740 milyard dollardan çox vəsait ayıracaq

“Ədəbi proses-2025”: müharibə mövzusu, gənc müəlliflər və detektiv ədəbiyyatın gələcəyi

Dövlət maliyyəsinin idarə edilməsi istiqamətində aparılan təkmilləşmələrin nəticəli olması üçün 35 tövsiyə verilib

Ekspert: Metro şəbəkəsinin genişləndirilməsi şəhərətrafı ərazilərdə sərnişin axınının bölüşdürülməsinə imkan verəcək