“Qarabağ”ın rəqibi Fransa kuboku yarışlarında mərhələ adlayıb
Bakı, 4 yanvar, AZƏRTAC
Ağdamın “Qarabağ” futbol klubunun UEFA Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi Fransanın “Marsel” komandası ölkə kuboku yarışlarında növbəti matçına çıxıb. Baş məşqçi Xorxe Sampaolinin rəhbərlik etdiyi komanda 1/16 final mərhələsində “Şovini” ilə qarşılaşıb.
AZƏRTAC xəbər verir ki, matçda 3:0 hesablı qələbə qazanan Marsel təmsilçisi adını növbəti mərhələyə yazdırıb. “Olimpik”in qollarını Arkadiuş Milik, Cengiz Ündər və Amin Arit vurublar.
“Qarabağ”ın “Marsel” ilə ilk oyunu fevralın 17-də Fransada baş tutacaq. Komandalar arasındakı cavab oyunu isə bir həftə sonra Bakıda keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [12:50]
“Real Madrid”dən ayrılan Daniel Karvahal “Xetafe”yə keçib
- 13.10.2026 [12:03]
Gəncədə Beynəlxalq Şahmat Festivalı start götürüb
- 13.10.2026 [12:02]
“İmişli” klubu baş məşqçisi ilə yollarını ayırıb
- 13.10.2026 [11:15]
AFFA İntizam Komitəsi Premyer Liqa klublarını cərimələyib
- 13.10.2026 [10:59]
Azərbaycanın iki klubu FIBA Avropa Kubokunda növbəti oyunlarına çıxırlar
- 13.10.2026 [10:49]
Azərbaycanın FIFA referisi “Roma” - “Real Madrid” oyununu idarə edəcək
- 13.10.2026 [10:28]