Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qaranlıqdan doğulanlar: Laplandiyada yaranan arzu Bakıda 7 ilə çin oldu – REPORTAJ

AZƏRTAC-ın əməkdaşları Novxanıda “Farhouse” - Neon Sənəti Muzeyinin eksponatları ilə tanış olublar

Bakı, 13 fevral, AZƏRTAC

Laplandiyada doğulan arzu

Görüntü üçün işıq lazımdır. İşığın olmadığı məkanda nə görmək mümkündür, nə də zövq almaq. Lakin Novxanıdakı Neon Sənəti Muzeyində əksinədir. Burdakı gözəlliyi görmək, duymaq və zövq almaq üçün işıqdan çox qaranlığa ehtiyac duyulur.

Qapıdan içəri girən kimi naxışlarla qarşılaşırsan. Hətta giriş qapısı və həyət divarları rəngarəng təsvirlərdən ibarətdir, bayırda isə general Həzi Aslanovun, memar Əcəmi Naxçıvaninin, Xalq yazıçısı İlyas Əfəndiyevin heykəlləri ilə üzləşirsən. Ev olsa da, qeyri-adiliyi, həm də sənət ocağı olduğu elə bu ilk tanışlıqdan da hiss edilir.

“İşləmək üçün məni Laplandiyaya dəvət etmişdilər. Orada olarkən qütb işıqlarını gördüm. Şimal işıqlarının şüaları altında ətrafda hər şey əsrarəngiz görünürdü. Onda ağlıma gəldi ki, rənglərin və işıqların köməyi ilə belə bir sənət əsəri yaratmaq olar. O vaxtdan qaranlıqda işıq mövzusunun aludəçisi oldum. Uzun müddət qaranlıqda parıldayan rəngləri axtarmağa başladım”, - deyə paytaxtın Novxanı qəsəbəsində fəaliyyət göstərən ev-muzeyin yaradıcısı nəqqaş-rəssam Fərid Ələkbərov AZƏRTAC-ın müxbirinə öz ideyasının başlanğıcından danışıb. O, muzeyi 7 ilə yaratdığını bildirib:

“Neon piqmentlərinin müxtəlif istehsalçıları ilə işlədim və Qırmızı dənizin qaranlıqda parlayan orqanik mərcanları əsasında hipoallergik boya yaratdım. Boya son dərəcə ekolojidir, iysiz və rəngsizdir, üstəlik qeyri-adi dərəcədə dayanıqlıdır. Muzeyin yaradılmasına 7 il vaxt sərf etdim və artıq uzun illərdir ki, art-muzey öz qapılarını sənətsevərlərin üzünə açıb”.

İncəsənətin unikal istiqaməti

Fərid Bakıda rəssam ailəsində doğulub. Onun atası Kamal Ələkbərov Xalq rəssamıdır. Böyük qardaşı Camal da ata sənətinin davamçısıdır. O, gözünü dünyaya açanda evdə rənglər görüb. İlk dəfə əlinə fırça götürəndə 3 yaşı olub. Bu sahədə təhsil alıb, rəsm və rəsmxət müəllimi, şüşə və keramika ustasıdır. Şərqdə incəsənətin bu unikal istiqamətində işləyən yeganə rəssamdır.

Muzeyə daxil olan kimi divarda çərçivə içində rəsmlər və güzgü, güzgüdən baxanda qarşıdakı divarda ingilis dilində yazılmış sözlər diqqəti çəkir. “Sehrə inanmayanlar onu heç vaxt tapmayacaqlar”.

Neon sənəti özündə təsviri sənətin müxtəlif növlərini - heykəltaraşlıq, metal üzərində naqqaşlıq, rəssamlıq və s. birləşdirir. Bu sənət neon boyasının parlaq işıqları altında əks olunması effektinə əsaslanan boya sənətidir. Burada işıq illüziyası və 3D effektinin köməyi ilə divarda əks olunan şəkillər canlandırılır.

Ultrabənövşəyi şüaların altında

Birinci mərtəbədəki otaqlardan biri uşaq otağı adlanır. Burada gül, balina təsvirləri, müxtəlif mistik obrazlar nümayiş olunur. Venera, Merkuri, Mars və Günəş təsvirləri də qaranlıqda xüsusilə baxımlı görünür. Tavanda səma və ulduz təsvirləri, döşəmə də bir növ elə şimal qütbündəki əsrarəngiz mənzərəni xatırladır. Rəssamın oğlu Rəhimin 6 yaşında ikən çəkdiyi ürək, qızı Jasminin əl işi olan fil təsvirləri də otaqda nümayiş olunur. Burada rəssamın tələbələrinin də əl işləri var.

Psixoloji otaqda da çoxlu təsvirlər nümayiş olunur. Ozon dəliyi, abstrakt formada çəkilmiş tısbağa təsviri ultrabənövşəyi şüaların altında çox maraqlı görünür. Otaqdakı “Limonlar” əsəri isə bir növ psixoloji test xarakteri daşıyır. Həmin şəklə baxanlar limonların düzülüşünü sabit vəziyyətdə görürlərsə, bu, onlarda əsəblərinin sakitliyini, hərəkətli şəkildə görürlərsə, əsəbi olduqlarını bildirir. Şəkillərdən birində qaranlıqda gecə peyzajı təsiri oyadırsa, işıqları yandıranda gündüz təsviri göz önünə gəlir.

Mətbəx otağında döşəmə xalça formasında trafaretlərlə, şkafların üzəri isə ornamentlərlə işlənib. Məişətdə istifadə edilən əşyaların hamısı neon rəngdədir. Seramik qablar üzərindəki rəsmlər isə adi işıqda görünməsə də, qaranlıqda gözəl mənzərə yaradır. Soyuducunun qapısı üzərində dəniz krablarının neon boyaları ilə işlənmiş təsvirləri var. Uşaqlar otaqda fosforlu fonda öz siluetlərini və ya əllərinin formasını çıxara bilərlər.

Hamam otağında dekorativ rəsmlər daha çoxdur. Uşaqların diqqətini cəlb etmək üçün parlaq şar, top və müxtəlif dekorasiyalardan istifadə olunub. Hətta vanna, unitaz və zibil qabı üzərində də ultrabənövşəyi şüaların altında maraqlı təsvirlər görünür.

Dəhlizdə ikinci mərtəbəyə çıxmaq üçün olan pilləkənlər də neon boyalarla rənglənib və işıq saçır.

Təbiət otağında rəssamın akril və neon boyaları ilə gözəllik yaradan fırçaları da eksponatlar arasındadır. Otaqda başqa təsvirlər də var. Divarlarda təbiət lövhələri, ağaclarda meyvə, çiçək təsvirləri, Qobustan qayaları, yapon heroqrifləri...

Enerji otağında əsasən qadın obrazları üstünlük təşkil edir. Burada rəssamın atasının gipsdən ürək formasında hazırladığı heykəl nümayiş olunur, ürəyin içərisində o, öz həyat yoldaşının üzünü təsvir edib. Divarda isə iki qadın təsviri var -biri mələyi, digəri şeytanı təmsil edir. Dua edən qadının obrazı da çox baxımlı və təsirlidir. Otaqda son dərəcə canlı təsir bağışlayan 3D effektində işlənmiş çiçək təsviri çox baxımlıdır. Qəhvə dənələri ilə işlənmiş dünya maketi də bu otaqdadır. Enerji otağının digər romantik tərəfi isə yerdə payız yarpaqlarının əks olunmasıdır.

“Farhouse” - Neon Sənəti Muzeyinin ən alt mərtəbəsi bir növ emalatxananı xatırladır. Cins şalvarlardan hazırlanmış divan üzlüyü, rəngli kağızlardan hazırlanmış saat təsviri, eləcə də kətan üzərində işlənmiş nar təsviri işıq yandırıb baxanda heyva təsviri kimi göz oxşayır. Gipslə işlənmiş rəsmlər də neon işığı altında çox baxımlı təsir oyadır. Keramikdən hazırlanmış daş, cam, bardaq və digər məişət əşyaları və onların üzərindəki təsvirlər, qədimi əşyaların, yazı makinası, telefon, radio və televizorların üzərində neon boyalarla müəyyən elementlər də heyrətamizdir. Rəssam işini bitirdikdən sonra əllərindəki boya izlərini pərdələrə hopdurur və maraqlıdır ki, onun özü də qeyri-adi görünüş yaradır.

“Farhouse”də hazırda 348 eksponat nümayiş olunur. Lakin onların sırasına tez-tez yeni əsərlər əlavə edilir, fərqlilik olsun deyə bəzi eksponatların yerləri dəyişilir. Burada rəssamın dostlarının çəkdiyi rəsmlər də var. Muzeydə orta məktəb şagirdləri və azyaşlı uşaqlar üçün hər gün ustad dərsləri təşkil olunur və onlar keramika, taxta və kətan üzərində rəsmlər çəkməyi öyrənirlər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İran: Hörmüz boğazında naviqasiya sistemlərini söndürən gəmilər cəzalandırılacaq

Oman sahillərində tankerə dron hücumu olub, iki dənizçi itkin düşüb

Özge Gürel: “44” filmindəki hekayədə var olduğum üçün qürur duyuram

Ukrayna Aİ-dən 3 milyard avro dəyərində hərbi dəstək alacaq

Azərbaycan üçün əsas məsələ etimadı və uzunmüddətli tərəfdaşlığı möhkəmləndirməkdir ŞƏRH

XXI Bakı Caz Festivalı İçərişəhərdə möhtəşəm konsert proqramı ilə başa çatıb

Avropa İttifaqı Ukraynaya raket və dronların alınması üçün əlavə vəsait ayıracaq

Premyer Liqa: "Mançester Siti" "Liverpul"u məğlub edib

Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub

Qazaxda yol qəzası: üç nəfər xəsarət alıb

Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub

Biləsuvardakı zəncirvari qəzada ölənin və xəsarət alanların kimliyi məlum olub YENİLƏNİB

Zelenski: Ukrayna enerji atəşkəsini dəstəkləyir və Rusiyanın da buna qoşulmasını vacib sayır

İsrail ordusu HƏMAS-ın elit bölməsinin komandirinin öldürüldüyünü açıqlayıb

Bu saata olan əsas xəbərlər

“Kür”ün baş məşqçisi: Komandamın oyunundan razıyam

Polşanın Baş nazirinə və müdafiə nazirinə təhdidlər göndərən şəxs saxlanılıb

Bakıdan Keşikçidağa: Arxeoloji tədqiqatlar və tarixi-mədəni irsə səyahət

Esma Muratoviç: İki əla oyun keçirdik və qələbə qazandığımız üçün çox qürurluyuq

Fərid Qayıbov: “Kür” komandasının qələbəsi həndbolumuzun inkişafına mühüm töhfə verəcək

Kənan Hüseynəliyev peşəkar rinqdə 13-cü qələbəsini qazanıb

Zelenski Ukraynada seçkilərin keçirilməsi üçün 60 günlük atəşkəs şərti irəli sürüb

AFP: Ər-Riyadda partlayış baş verib

“Kür” Avropa Kubokunda növbəti mərhələyə yüksəlib

Culfa rayonunun kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

FHN Qəbələ-Xankəndi ultramarafonunda təhlükəsizliyi təmin edib

Premyer Liqa: “Qarabağ” 1000-ci oyununda qələbə qazanıb

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Ömrünü sözə və sənətə həsr etdi - Ayaz Vəfalı

Naxçıvan Dövlət Kukla Teatrında “Yeddi şəhid, bir şahid” tamaşasının premyerası olub

Azərbaycanın Mərkəzi Asiya üçün strateji əhəmiyyəti ilbəil artır ŞƏRH

Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Azərbaycanlı tələbələr Türk dünyası gənclərinin birinci görüşündə iştirak ediblər

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Zelenski Rusiyanın neft emalı zavodlarına zərbələrin hansı halda dayandırılması məsələsinə aydınlıq gətirib

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

Məktəblərdə geyim qaydaları: hüquqi çərçivə və vahid yanaşma

Finlandiya Ukraynaya F-16 qırıcıları üçün döyüş sursatları göndərəcək

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib

Almaniyada ifrat sağçının paylaşdığı xəritə Fransada narazılıq yaradıb

Ağdaşda “Kənddən şəhərə” yarmarkası təşkil olunub

İsveçdə hərəkətsiz həyat tərzi problemi getdikcə dərinləşir

Sakinlərə keyfiyyətli xidmət: Qax Elektrik Şəbəkəsi bu istiqamətdə səylərini artırıb

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Şahin İsmayılov: Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsi Azərbaycanın regional mövqeyini daha da gücləndirir - ŞƏRH

Azərbaycan və Belarus üzgüçülük federasiyaları arasında memorandum imzalanıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Türkiyədə dəhşətli yol qəzası: 11 nəfər ölüb, 27 nəfər yaralanıb

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibləri mükafatlandırılıb

Tovuzda qadın dəm qazından boğularaq ölüb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

EYBA-nın payız konfransının iştirakçıları Ali Məhkəmədə olublar

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik