Qayçı udan vətəndaş tibb mərkəzində əməliyyat olunub
Bakı, 9 sentyabr, AZƏRTAC
Qayçı udan vətəndaş təcili tibbi yardım avtomobili ilə başqa tibb müəssisəsindən saat 22:10 radələrində Nərimanov Tibb Mərkəzinə yerləşdirilib.
AZƏRTAC Nərimanov Tibb Mərkəzinin rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, tibb müəssisəsində xəstəni ilk olaraq cərrah Emin Quliyev və torokal cərrah Fəyyaz Məmmədov müayinə edib. Kompüter tomoqrafiya (KT) və rentgenoloji müayinələr nəticəsində qida borusunun praksimalında yad cisim, yəni, qayçı aşkarlanıb və xəstə təcili olaraq əməliyyata götürülüb.
Cərrah Emin Quliyevin icra etdiyi əməliyyatda larinqaskopun köməyi ilə ağız boşluğu açılıb və yad cisim ağız boşluğundan xaric olunub. Daha sonra divar aralığında mediastinit təhlükəsi və emfizema aşkarlandığı üçün divar aralığına drenaj qoyularaq əməliyyat yekunlaşıb.
Xəstə bir gün Reanimasiya şöbəsində həkim nəzarəti altında qalıb. Daha sonra palataya köçürülüb. Hazırda müvafiq müalicələrə davam edilir. Xəstənin vəziyyəti isə orta ağır qiymətləndirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]
ÜST bir çox ölkədə COVID-19-un davamlı olması barədə xəbərdarlıq edib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]