Qazaxıstan aviasiya sahəsində rəqabəti gücləndirmək niyyətindədir
Nur-Sultan, 5 fevral, AZƏRTAC
Cari ildə Qazaxıstana bir sıra ölkələrin aviaşirkətləri tərəfindən yeni marşrutların açılması nəzərdə tutulur. Qətər, Polşa, Oman, Belarus, Malayziya, Rumıniya, Birləşmiş Ərəb Əmirlikləri və Küveytdən olan məşhur aviaşirkətlər tərəfindən 14 yeni marşrutun açılması gözlənilir.
AZƏRTAC xəbər verir ki, İsveçrə, Koreya Respublikası, Sinqapur, Latviya və Litva aviasiya orqanları ilə danışıqlar aparılır.
Qeyd edək ki, Qazaxıstanın paytaxtından 2019-cu ildə 12 yeni aviamarşrut, o cümlədən Praqaya, Ulan-Batora, Tokioya reyslər açılmışdır.
Qazaxıstan rəhbərliyi maraq cəlb edən dövlətlərlə hava əlaqəsinin genişləndirilməsi, habelə Qazaxıstanın əsas hava limanları vasitəsilə yük daşımalarının artırılması istiqamətində fəal işlərin davam etdirilməsini tapşırıb.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.10.2026 [21:41]
Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib
- 17.10.2026 [20:17]
Media: İranın cənubunda partlayış səsləri eşidilib
- 17.10.2026 [18:11]
Hörmüz boğazında daha bir tanker minaya düşüb
- 17.10.2026 [14:25]
Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]