Qazaxıstan karbon vergisinə görə ixrac bazarının istiqamətini dəyişə bilər
Bakı, 10 avqust, AZƏRTAC
Avropa İttifaqında (Aİ) karbon vergisinin tətbiqi ilə əlaqədar Qazaxıstan karbohidrogen ixracının istiqamətini dəyişib, Çinə yönəldə bilər.
AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, ölkənin energetika nazirinin müavini Cumabay Karaqayev karbohidrogenlərə verginin tətbiqinin neft-qaz hasilatı sahəsinə mənfi təsir göstərəcəyini bildirib: “Karbohidrogen xammalının ixracı üçün Aİ-yə alternativ olan Çin və Cənub-Şərqi Asiya ölkələri marşrutları var”. Nazir müavininin sözlərinə görə, hazırda Qazaxıstan nefti əsasən Aİ ölkələrinə ixrac edilir.
Avropa Komissiyası 2050-ci ilə qədər atmosferə karbon emissiyalarının qarşısının tam alınması üçün Aİ iqtisadiyyatının tamamilə yenidən qurulmasını ehtiva edən geniş fəaliyyət planı təklif edib. Planda Aİ-yə idxal edilən dəmir və polad (o cümlədən boru və relslər), alüminium, sement, gübrə və elektrik enerjisi üçün “iqlim” gömrük rüsumlarının müəyyənləşdirilməsi də nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.10.2026 [21:41]
Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib
- 17.10.2026 [20:17]
Media: İranın cənubunda partlayış səsləri eşidilib
- 17.10.2026 [18:11]
Hörmüz boğazında daha bir tanker minaya düşüb
- 17.10.2026 [14:25]
Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]