Qazaxıstan saytları Ermənistanın Tovuz istiqamətində törətdiyi təxribatlardan yazır
Nur-Sultan, 16 iyul, AZƏRTAC
Qazaxıstanın “zakon.kz”, “ea-news.kz” portalları Ermənistan silahlı qüvvələri tərəfindən Tovuz istiqamətində törədilən təxribatla bağlı xəbərlər yayır.
AZƏRTAC xəbər verir ki, yazılarda Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə Ermənistan və Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutduğu bildirilir.
Qeyd edilir ki, Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejiminin pozulması beynəlxalq təşkilatlar tərəfindən araşdırılmalıdır. Dinc əhaliyə qarşı hücum və mülki şəxslərin öldürülməsi yolverilməzdir. Ermənistanın hərəkətləri tamamilə yanlışdır.
Qeyd edək ki, sosial şəbəkələrdə qazaxlar Azərbaycan xalqına dəstək çıxışları edirlər.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan