Qazaxıstanda 4 jurnalistdə koronavirus aşkarlanıb
Nur-Sultan, 30 aprel, AZƏRTAC
Qazaxıstan indiyədək qeydə alınmış yoluxma hallarının sayı 3138-ə çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı Dövlət Komissiyası yanında fövqəladə vəziyyət rejiminin təmin edilməsi üzrə Operativ Qərargah yayıb. Qeyd olunub ki, ölkə üzrə COVID-19-dan sağalanların sayı 819 olub, son bir neçə gündə isə ölüm hadisəsi qeydə alınmayıb.
Qazaxıstanda koronavirus xəstələri ilə təmasda olan 4 jurnalistdə yoluxma halı təsdiqlənib.
Ölkənin baş dövlət sanitar həkimi Ayjan Yesmaqambetova Qazaxıstanda koronavirus infeksiyasının ikinci dalğasını gözlədiklərini bildirib.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan