Qazaxıstanda 6 istiqamətdə aviareyslər bərpa olunacaq
Nur-Sultan, 29 aprel, AZƏRTAC
Qazaxıstanda koronavirus pandemiyası ilə bağlı tətbiq olunan karantin rejimi tədricən yumşaldılır. Mayın 4-dən etibarən Nur-Sultan və Almatıdan Qızılorda, Öskemen, Semey və Petropavlovsk şəhərlərinə uçuşlar bərpa olunur.
AZƏRTAC xəbər verir ki, Qazaxıstan aviaşirkətləri artıq beynəlxalq reyslərə də bilet satışı həyata keçirirlər.
Uçuşdan əvvəl bütün sərnişinlər üçün COVID-19 testindən arayış almaq lazımdır. Uçuşlar yüksək sanitar təhlükəsizlik tədbirləri şəraitində yerinə yetiriləcəkdir.
Xatırladaq ki, Qazaxıstanda COVID-19 pandemiyası səbəbindən fövqəladə vəziyyətin elan edilməsi ilə əlaqədar ölkədə bütün növ sərnişin daşımalarına məhdudiyyət qoyulmuşdu.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [15:40]
Böyük Britaniyanın müdafiə naziri istefa verib
- 11.06.2026 [15:33]
Paşinyan TRIPP layihəsinin tezliklə həyata keçiriləcəyinə ümid edir
- 11.06.2026 [15:16]
Rusiya XİN Avropanın üç ölkəsinin səfirləri ilə görüş barədə məlumat verib
- 11.06.2026 [15:01]
İsveçdə ictimai yerlərdə hicabın qadağan olunması təklif edilir
- 11.06.2026 [14:30]