QAZAXISTANDA “CASPIAN ECOLOGY- 2003” BEYNƏLXALQ KONFRANSI KEÇİRİLƏCƏKDİR
Konfransın keçirilməsindən məqsəd mövcud problemləri müzakirə etmək, Xəzər regionunun ekologiyasının yaxşılaşdırılmasına dair birgə tədbirlər planı hazırlamaq, ətraf mühitin mühafizəsi sahəsində fəaliyyət göstərən dövlət təşkilatları və elmi təşkilatlar, Xəzər regionunda çalışan şirkətlər arasında uzunmüddətli əməkdaşlıq yaratmaqdır. Müzakirələr aşağıdakı mövzularda aparılacaqdır: Xəzər hövzəsinin təbii müxtəlifliyinin nadirliyi; Xəzər regionunun ekoloji vəziyyəti; neft şirkətlərinin fəaliyyəti və neft əməliyyatlarının aparılması zamanı Xəzərin ekologiyasının qorunması üçün xəbərdarlıq tədbirləri; dənizdə neft əməliyyatları zamanı müasir texnologiyaların tətbiqi; neftin dənizə axmasına və fövqəladə hallara diqqət yetirmək və onların qarşısını almaq tədbirləri; ekoloji layihələrin həyata keçirilməsində beynəlxalq təşkilatların iştirakı; ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədi ilə Xəzər hövzəsi ölkələrinin əməkdaşlığı.
Konfransda beş Xəzəryanı ölkənin - Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistanın dövlət strukturlarının, bu regionda iş aparan beynəlxalq təşkilatların və şirkətlərin ümumən 150-dən çox nümayəndəsi iştirak edəcəkdir.
Xəzəryanı dövlətlərin bu nadir su hövzəsinin bioehtiyatları ilə bağlı yaranmış vəziyyət barədə obyektiv məlumat ala bilməsi üçün “Caspıan Ecology “ beynəlxalq Xəzər ekologiya konfransını hər il keçirmək planlaşdırılır.
Təşkilatçılar ikinci “Caspıan Ekology” konfransını gələn ilin payızında İstanbulda keçirməyi nəzərdə tutmuşlar. Növbəti forumun Türkiyədə keçirilməsi təsadüfi deyildir. Belə ki,“Caspıan Ekology- 2004” konfransında Xəzər dənizi və Qara dəniz hövzələrində ətraf mühitin mühafizəsinin bir çox məsələlərinin müzakirə ediləcəyi gözlənilir.