Qazaxıstanda Vətənin Müdafiəçisi Günü qeyd olunur
Nur-Sultan, 7 may, AZƏRTAC
Mayın 7-si Qazaxıstanda Vətənin Müdafiəçisi Günü kimi qeyd olunur. Ölkənin hər yerində bu əlamətdar gün münasibətilə kütləvi tədbirlər təşkil edilib.
AZƏRTAC xəbər verir ki, Qazaxıstanda Vətənin Müdafiəçisi Günü dövlət bayramıdır. Həmin gün qeyri-iş günü sayılır. 1992-ci il mayın 7-də Prezident Nursultan Nazarbayev Qazaxıstan Respublikası Silahlı Qüvvələrinin yaradılması haqqında Fərman imzalayıb. Bayram münasibətilə güc strukturlarının əməkdaşları və hərbi qulluqçular orden və medallarla təltif olunurlar.
Bu günlə əlaqədar “Karatal” poliqonunda “Aybalta-2019” hərbi təlimləri keçirilib.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [21:21]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]
ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib
- 10.06.2026 [17:42]