QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARI LAYİHƏ REALLAŞDIRIRLAR
AZƏRTAC xəbər verir ki, mayın 12-də Beynəlxalq Mətbuat Mərkəzində Avrasiya Əməkdaşlıq Fondunun (AƏF) maliyyə dəstəyi ilə Azad İstehlakçılar Birliyi, “EKOYL” Elmi-Ekoloji İctimai Birliyi və Almaniya Xalq Universitetləri Birliyinin həyata keçirdikləri layihələrin təqdimatı keçirilmişdir.
AƏF-in beynəlxalq layihələr üzrə direktoru Pərvanə Məmmədova bildirmişdir ki, Avrasiya Əməkdaşlıq Fondu Azərbaycanda tərəfdaş qeyri-hökumət təşkilatları ilə birgə “ Avropa qonşuluq siyasəti: vətəndaş dialoqu” layihəsini həyata keçirmişdir. Bildirilmişdir ki, AƏF Azərbaycanda ərzaq standartları və təhlükəsizliyi, tullantıların idarə olunması və peşə təhsili müəssisələrini prioritet sahə kimi seçmişdir.
Sonra “Ərzaq mallarının standartları və təhlükəsizliyi siyasətinin regional tədqiqatı və Avropa qonşuluq siyasəti”, “Peşə təhsili və Avropa qonşuluq siyasəti sahəsində regional tədqiqatlara dəstək” və “Bərk tullantıların idarə olunması” layihələri çərçivəsində hazırlanan sənədlər, görülən işlərlə bağlı müzakirələr aparılmış, təkliflər verilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]