QİÇS-DƏN DÜNYASINI DƏYİŞMİŞ İNSANLARIN ÜMUMDÜNYA XATİRƏ GÜNÜ QEYD EDİLMİŞDİR
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, mayın 16-da Respublika QİÇS-lə Mübarizə Mərkəzində QÇİS-dən dünyasını dəyişmiş insanların Ümumdünya Xatirə günü qeyd edilmişdir.
Tədbirdə bildirilmişdir ki, artıq 25-ci dəfə qeyd olunan bu xatirə günü ilk dəfə 1983-cü ildə ABŞ-ın San-Fransisko şəhərində keçirilmişdir. Xatirə gününün qeyd edilməsinin məqsədi cəmiyyətin diqqətini bu problemə cəlb etmək, bu virusla yaşayan insanlara qarşı diskriminasiyanı aradan qaldırmaq, geniş ictimaiyyətə QİÇS-lə bağlı düzgün informasiya çatdırmaqdır.
Bildirilmişdir ki, 2007-ci ildə dünyada QİÇS-lə yaşayan insanların sayı 33,2 milyon nəfər olmuşdur və Azərbaycanda da bu problem aktual olaraq qalmaqdadır.
Diqqətə çatdırılmışdır ki, Respublika QİÇS-lə Mübarizə Mərkəzində 1987-ci ildən 2008-ci ilin mayın 1-dək 1510 nəfər rəsmi qeydiyyata alınmışdır. Onlardan 1446 nəfəri Azərbaycan vətəndaşı, 64-ü isə əcnəbilərdir. Həmin dövr ərzində 210 Azərbaycan vətəndaşı dünyasını dəyişmişdir ki, onlardan da 189-u kişi və 21-i qadındır.
Vurğulanmışdır ki, bütün dünyada olduğu kimi, ölkəmizdə də QİÇS-dən dünyasını dəyişmiş insanların xatirəsi ənənəvi olaraq anılır və mərkəz tərəfindən bir sıra tədbirlər həyata keçirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]