Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Qırmızı tabor”dan deportasiyaya uzanan yol

“Qırmızı tabor”dan deportasiyaya uzanan yol

Gəncə, 3 oktyabr, Vüsalə Cənnətova, AZƏRTAC

XIX əsrdə çar Rusiyası tərəfindən Türkiyə və İran ərazisindən ermənilərin Cənubi Qafqaza köçürülməsindən sonra Qərbi Azərbaycanda soydaşlarımızın mərhələ-mərhələ gerçəkləşdirilən deportasiyası tarixin qara səhifələrindən birinə çevrilib. 1918–1920-ci, 1948–1953-cü, nəhayət 1987–1991-ci illərdə azərbaycanlılar min illər boyu yaşadıqları tarixi torpaqlarından didərgin salınaraq, kütləvi qətl və qırğınlara məruz qalıblar, xalqımıza məxsus çoxsaylı tarixi-mədəni abidələr və yaşayış məskənləri məhv edilib. Bu dövrlərdə qəhrəman, şücaətli Azərbaycan oğulları erməni daşnakların haqsızlıqlarına sinə gərərək, el qoruyub, can qurtarıb, zülmə qarşı çıxıblar. Belə igid bahadırlardan biri də adı dillərə dastan, özü bədii və ekran əsərlərinə qəhrəman olan Abbasqulu bəy Şadlinskidir. El içində söz və nüfuz sahibi olan Şadlinski Naxçıvan, İrəvan, Dərələyəz, Zəngəzur kimi ərazilərdə daşnak-erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı soyqırımları törətdiyi bir vaxtda, 1918-ci ildə Vedibasar bölgəsində xalq könüllülərindən, özü kimi ürəkli, mərd, qorxmaz igidlərdən ibarət partizan birləşməsi olan “Qırmızı tabor”u yaradıb.

AZƏRTAC-ın bölgə müxbiri ilə həmsöhbət olan Gəncə Dövlət Universitetinin psixologiya kafedrasının baş müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Sabirə Bayramova deyir ki, babası Orucov Bayram Həbib oğlu da erməni-daşnak quldur dəstələrinə qarşı mübarizə aparan “Qırmızı tabor”un fəal üzvlərindən idi: “Babam xalq qəhrəmanı Abbasqulu bəy Şadlinskinin dəstəsinə 18 yaşında qoşulub. Mahir ovçu, atıcı, gözdən, əldən zirək biri olub. Tez bir zamanda "Qırmızı tabor"da özünə hörmət qazanıb. Zəhra nənəm danışardı ki, Şadlinski və onun dəstəsinin adı gələndə erməniləri əməlli-başlı vahimə basarmış. Gözünü qorxu alan ermənilər deyirlərmiş ki, Abbasqulu bəyi görəndə sanki gözə bir deyil, bir neçə adam görünür. Onun igidləri də özü kimi sözübütöv, nüfuzlu, cəsarətlə vuruşan oğullar olublar”.

1918-1921-ci illərdə "Qırmızı tabor"çuların daşnaklara qarşı döyüşlərdə göstərdikləri igidlik və şücaət həm tarixə, həm də insanların xatirəsinə köçüb. Bu azərbaycanlı oğullar erməni zülmü ilə üz-üzə gələn neçə-neçə ailəni, əliyalın insanları, qadınları, uşaqları xilas ediblər. Ermənilərin ikiüzlülüyünün, fitnəkarlılığının, vəhşiliyinin, nankorluğunun şahidi olan dəstə üzvləri onlara qarşı mübarizə aparıb, döyüşlərin hamısından qalib çıxmağı bacarıblar.

“Babam "Qırmızı tabor"un keçdiyi bütün yollarda öz döyüş yoldaşları ilə birlikdə olub. Vedibasarın müdafiəsini Abbasqulu bəy Şadlinskinin başçılıq etdiyi dəstə həyata keçiribsə, dağlıq kəndlərin erməni təcavüzündən müdafiəsində qohumluq əlaqələrimizin olduğu Kərbəlayı İsmayılın igidləri mühüm rol oynayıb. Bu oğullar olmasaydı, görün qırğınlar nə həddə çatardı?”, - deyə Sabirə xanım bildirir. Onun sözlərinə görə, Abbasqulu bəy Şadlinskinin başçılıq etdiyi “Qırmızı tabor”un, həmin dəstədə babasının xidmətlərindən kitab hazırlamaq niyyətindədir.

“Ömrünün gənclik illərində silahdaşları ilə çətin, ancaq şərəfli dövr yaşayan babam Vedidə hörmətli insanlardan olub. Kolxoz sədri, kənd soveti sədri kimi bir sıra məsul vəzifələrdə də çalışıb. Nənəm deyərdi ki, o vaxt Vedi rayonunda, o cümlədən yaşadıqları rayon mərkəzi Böyük Vedidə azərbaycanlılar çox idi, ermənilər azlıq təşkil edirdi. Azərbaycanlılar da mədəni həyat tərzi sürüblər. O vaxt azərbaycanlı ailələrdə kitabxanalar olub, oxumağa, savada, biliyə, mütaliəyə maraq göstərilib. Bununla yanaşı, insanlar əkin-biçin sahələrinə də sahib olublar. Saf təbiətə malik Vedidə unu, yağı, südü, bir sözlə, yedikləri hər şeyi özləri hazırlayıblar. Ehtiyaclarından artıq olanları da qonum-qonşu ilə bölüblər”, - deyən müsahibim erməni riyakarlığından, vəhşiliyindən elə nənəsinin, atasının danışdıqları əsasında hələ uşaqlıqdan xəbərdar olduğunu da dilə gətirir: “Babamgil 1948-ci ildə deportasiya olunan Qərbi azərbaycanlılardandır. Nənəm danışardı ki, ermənilər Vedidə yerli əhaliyə elə də qaynayıb, qarışmırdılar. Üzə gülsələr də, imkan düşən kimi öz məkrlərini göstərirdilər. Bu da nəticəsini 1948-1953-cü illərdə bir daha göstərdi. 200-dən artıq yaşayış məntəqəsindən rəsmi köçürülən azərbaycanlılarla yanaşı, qeyri-rəsmi şəkildə evlərini tərk etməyə, Azərbaycana köçməyə məcbur olan insanların sayı minlərlə olub”.

Atasından eşitdiklərini ürək yanğısı ilə danışan Sabirə xanım sözlərinə davam edərək deyir: Deportasiyadan sonra orada yaşayan əhalinin azalmasını bəhanə edərək, müəyyən vəzifələr tutan azərbaycanlı kadrların ermənilərlə əvəz edilməsinə başlanıldı. O zaman camaatı vaqonlara doldurub, necə gəldi yol salırlarmış. Kolxozdakı mal da yağmalanırmış, evlər-eşiklər də. Nişanlı bibimin toyunun olacağı gün deportasiyaya məruz qalan qohumlarım ikiqat əzab yaşayıblar. Qaçhaqaç-qovhaqovda bibimin nişanlısına “Necə edirsənsə et, bu qızı götür apar, sağ qurtar” deyiblər. Onlar Beyləqan rayonuna üz tutublar. Babam isə hamilə nənəm və 7 uşağı ilə Samuxun Kolayır kəndinə gəlib çıxıb. Babam heç cür bu dərdlə barışma bilməyib, 55 yaşında dünyasını dəyişib. Atam Sabir Orucov doğma Qərbi Azərbaycanımızdan 7 yaşında ayrı düşüb. Erməni quldurların hamilə qadınların belinə qaynar samovarlar bağlaması, qoca-uşaq demədən günahsız insanlara zülm verməsi, onların canlarını almaq, sağ qalanları da yurdundan qovmaq üçün əllərindən gələni etməsi onun uşaq ikən yaddaşına yazılıb. Hər dəfə danışanda deyirdi ki, doğma yurdumuzu, bu hadisələri unutmayaq”.

Sabirə Bayramova bildirir ki, indi bütün övladları ata vəsiyyətini yerinə yetirirlər. Vətən sevgisi, o torpaqlar unudulmur, tariximiz gənclərə də aşılanır. “Qərbi Azərbaycan dədə-baba torpağımızdır, əcdadımızın məskənidir və biz azərbaycanlılar ana yurda qayıtmalıyıq. Bakıda Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi, böyük el sənətkarı Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edən Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin çıxışı zamanı azərbaycanlıların Qərbi Azərbaycana qayıdışına inam, əminlik ifadə etməsi bizi daha da ruhlandırır. Bilirik ki, bu qayıdış dövlətimizin siyasi və strateji hədəfidir və biz tədricən bu hədəfə yaxınlaşırıq”, - deyə o əlavə edib.

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ Prezidenti: İran raket arsenalının 21-22 faizini qoruyub saxlayır

Tədqiqat: Manqrov meşələri bərpa olunur

Türkiyənin Rəqabət Şurası “Meta” şirkəti ilə bağlı araşdırmaya başlayıb

Tramp: İran məsələsini çox tez bir zamanda həll etməliyik

ABŞ qüvvələri İranın Goruk və Qeşm adasındakı radar məntəqələrinə zərbələr endirib

İsveçdə seçkilər ərəfəsində miqrasiya mövzusu yenidən ön plana çıxır

Pentaqon: Avropa təhlükəsizliyi üçün daha çox məsuliyyət daşımalıdır

HƏMAS nümayəndə heyəti Qəzza ilə bağlı danışıqlar üçün Misirə gəlib

Almaniya və Fransa liderləri Avropa İttifaqının tezliklə genişləndirilməsinin tərəfdarıdırlar

ABŞ İran futbolçularına Dünya Kuboku üçün viza verib

Türkmənistanda “Azərbaycan milli irsinin inciləri” adlı sərginin açılışı olub

Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub

Qəbələdə fermerlər və kənd təsərrüfatı məhsulları istehsalçıları ilə görüş olub

Qara dənizdə Türkiyə bayrağı altında üzən balıqçı gəmisinə hücum olub: 1 ölü, 4 yaralı

Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani VİDEO

Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani VİDEO

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib

Heydər Əliyev Sarayında Səməd Vurğunun yaradıcılığına həsr olunan ədəbi-bədii tədbir

Milli Xalça Muzeyində Elçin Şamillinin “Katarsis” sərgisi açılıb

Azərbaycanın “Böyük Qafqaz Biosfer Rezervi” UNESCO-nun Dünya Biosferlər Rezervi Şəbəkəsi Siyahısına daxil edilib

Türkiyədə “Qarabağdan Çanaqqalaya: Türkün zəfər yolu” layihəsi çərçivəsində ustad dərsi

Putin Zelenski ilə mümkün görüş barədə danışıb

“AzerGold” və RİİB Daşkəsəndə ekoloji aksiya keçirib

Vladimir Putin iri şirkətlərin Moskvadan regionlara köçürülməsinin vacibliyini bəyan edib

Fidan Hacıyeva: Ardıcıl ikinci ildir ki, Azərbaycanı Vyetnamda qürurla təmsil edirəm

Neft və təsviri sənət: Səttar Bəhlulzadə - “Xəzərdə axşam” VİDEO

Neft və təsviri sənət: Səttar Bəhlulzadə - “Xəzərdə axşam” VİDEO

Gəncə “Avropa Şəhərciyi-2026” tədbirinə ev sahibliyi edir

Türkiyənin ticarət naziri proteksionizmdən imtina etməyə və azad ticarəti dəstəkləməyə çağırıb

Almaniya, Fransa və Böyük Britaniya liderləri bazar günü Londonda Ukrayna Prezidenti ilə görüşəcəklər

Kapitan: Estoniya yığması ilə oyunda meydana qələbə üçün çıxmalıyıq

Millinin minifutbolçusu: Avropa çempionatında minimum hədəfimiz finala yüksəlmək idi

MEDİA Azərbaycanla bağlı dezinformasiya iddialarına dair açıqlama yayıb

Vitse-prezident: Çempionluq hazırlıqlara çox ciddi yanaşmağımızın nəticəsidir VİDEO

Vitse-prezident: Çempionluq hazırlıqlara çox ciddi yanaşmağımızın nəticəsidir VİDEO

Millinin üzvü: Dünya çempionu olduğumuz üçün rəqiblər bizə qarşı xüsusi motivasiya ilə oynayırdılar VİDEO

Millinin üzvü: Dünya çempionu olduğumuz üçün rəqiblər bizə qarşı xüsusi motivasiya ilə oynayırdılar VİDEO

Bu saata olan əsas xəbərlər

Seçmə mərhələ: Azərbaycan millisi Macarıstana uduzub

Azərbaycanın qadın voleybolçuları İsveç yığması ilə qarşılaşıb

Ekspert: BƏƏ-Azərbaycan layihələri enerji sahəsində tərəfdaşlığın inkişafı üçün möhkəm əsas yaradır

Millinin baş məşqçisi: Final oyunu çətin oldu, amma futbolçular toparlanaraq möhtəşəm çıxış etdilər VİDEO

Millinin baş məşqçisi: Final oyunu çətin oldu, amma futbolçular toparlanaraq möhtəşəm çıxış etdilər VİDEO

Uşaqlar UNEP-in icraçı direktoruna praktik ekoloji həllər təqdim etdilər

Ədirnə Biennalesində azərbaycanlı rəssamın əsərləri sərgilənir 

İşğaldan azad edilmiş ərazilərə köçürülən sakinlər məşğulluq və sosial dəstək tədbirləri ilə əhatə olunublar

Tullantıların içərisindən tapılan dəmir pullar uşaqları sevindirib

Avropa çempionu olan Azərbaycanın minifutbol millisi Vətənə qayıdıb VİDEO

Avropa çempionu olan Azərbaycanın minifutbol millisi Vətənə qayıdıb VİDEO

Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edib YENİLƏNİB 2 VİDEO

Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edib YENİLƏNİB 2 VİDEO

Hidrogen enerjisi BƏƏ-Azərbaycan enerji tərəfdaşlığının növbəti mərhələsi ola bilər – RƏY

Yaponiya səfirliyi: ADA Universitetində keçirilən festivalda iştirak humanitar əlaqələri gücləndirir

Rusiyalı mütəxəssis: Xəzərin enməsi prosesi davam edəcək

Çin şirkətləri Azərbaycanın iqtisadi potensialı və işgüzar mühiti barədə məlumatlandırılıb

Milli Məclisin komissiyası CNN-in informasiya təxribatına dair bəyanat yayıb

Regionlardakı təcili tibbi yardım bölmələrinə 25 yeni ambulans və reanimobil təhvil verilib

ADSEA nümayəndəsi: Xəzərin bir neçə metr aşağı düşməsi daha mürəkkəb problemlərə səbəb olacaq

® “Azercell” IV Milli Kibertəhlükəsizlik Forumunda süni intellektəsaslı həllərini təqdim edib

Azərbaycanın UFC döyüşçüsü: Mən yalnız zirvə üçün çalışıram

Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkovadan

Elnur Səfərov: Dənizin səviyyəsinin azalması prosesi bizi qabaqlayır

Laçında “Yeni yaşayış məhəlləsi” salınır: layihə yüzlərlə iş yerinin yaranmasına töhfə verəcək VİDEO

Laçında “Yeni yaşayış məhəlləsi” salınır: layihə yüzlərlə iş yerinin yaranmasına töhfə verəcək VİDEO

Portuqaliya Respublikasının Prezidenti Antoniu Joze Sequrudan

Xəzər dənizində səviyyə dəyişikliklərinin səbəbləri və regional əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb

Tullantıların idarə olunması sektoru dünyada metan emissiyalarının üçüncü ən böyük mənbəyidir

ÜST-nin nümayəndəsi: İnsanlar ətraf mühit və ya iqlim dəyişikliyi onların sağlamlığına təsir göstərdiyi zaman hərəkətə keçirlər

Ukrayna PUA-ları Mariupol və Berdyansk limanlarında, həmçinin Krım sahillərində beş gəmiyə zərbə endirib

Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası: müzakirəyə 8 məsələ çıxarılıb YENİLƏNİB VİDEO

Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası: müzakirəyə 8 məsələ çıxarılıb YENİLƏNİB VİDEO

ADA Universitetində keçirilən beynəlxalq festivalda Rusiyanın xalq sənətkarlığı təqdim olunub

Ekspert: Su səviyyəsinin 5 metr enməsi Xəzər suitilərinin çoxalma sahələrinin 57-81 faizinin itirilməsinə səbəb ola bilər

Badamdarda açıq ərazidə yanğın olub, tikililər və kommunikasiya xətləri yanğından mühafizə edilib VİDEO

Badamdarda açıq ərazidə yanğın olub, tikililər və kommunikasiya xətləri yanğından mühafizə edilib VİDEO

“Aşıq sənətində milli-mənəvi dəyərlər” toplusu nəşr olunub

Misirdəki dostluq cəmiyyəti xalqlar arasında humanitar və mədəni əlaqələri daha da möhkəmləndirməyə çalışır

Qlobal neft nəhənglərinin ümumi mənfəəti 2022-ci ildən bəri ilk dəfə ikirəqəmli artım nümayiş etdirib

Norveçin vəliəhd şahzadəsi ağciyər transplantasiyası gözləyir

Britaniyada süni intellekt vasitəsilə hazırlanmış ilk vaksin insanlar üzərində sınaqdan keçirilir

Bakıxanov qəsəbəsində çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb

Coğrafiyaşünas-alim: Yüksəkriskli zonaların rəqəmsal xəritələri hazırlanmalıdır

Türkiyədən olan şəhid ailələri DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olublar

Məhkəmə ekspertizası sahəsində standartlaşdırma üzrə Texniki Komitə yaradılıb

AQTA: Qida məhsullarının izlənilməsi təmin edilməlidir

Araz Aslanlı: Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin modernləşdirilməsi Azərbaycanın uzunmüddətli strateji baxışının nəticəsidir

Azərbaycan regional sabitlik və iqtisadi inteqrasiyanın əsas təşəbbüskarlarından biridir ŞƏRH

Yerli startapın kibermaarifləndirmə məhsulu IV Milli Kibertəhlükəsizlik Forumunda təqdim olunub - Açıqlama

Gəncədə marketdə istehlaka yararsız məhsullar aşkarlanıb

Gənc rəssam Zeynəb Babayeva: Mənim hər bir əsərim heyvanlara sevgidən irəli gəlir

“Qida təhlükəsizliyi: Gözlənilməz hallara hazırlıq” - Beynəlxalq seminar

Türk ekspert: BTQ dəmir yolu xətti regional nəqliyyat sisteminin ayrılmaz hissəsinə çevrilmiş strateji təşəbbüsdür

Nişantaşı Universitetinin professoru: Nəqliyyat marşrutları arasında Orta Dəhlizin imkanları getdikcə güclənir

® Mərkəzi Gömrük Hospitalının cərrahı III Beynəlxalq Türkdilli Ölkələrin Tibb Konqresində və Endoforum 2026-da çıxış edib

İrlandiya İsrailin iki nazirinin ölkəyə girişinə qadağa qoyub

Ədliyyə naziri Zəngilanda vətəndaşların müraciətlərini dinləyib

Siyəzən-Dağ Quşçu-Ərziküş yolunda bərpa işlərinə başlanılıb

Premyer Liqaya yüksələn komandanın yeni baş məşqçisi açıqlanıb

Mütəxəssis: İnsanların rifahı və iqtisadi fəaliyyəti sağlam ekosistemlərdən asılıdır

TDT-yə üzv ölkələrin mərkəzi banklarının Şurası maliyyə sektorunun inkişafında daha sıx iqtisadi əməkdaşlığı təşviq edir

Mülkiyyət hüququnun təmin olunması Böyük Qayıdışın ən mühüm sütunlarından biridir RƏY

Azərbaycan investisiya cəlb edən ölkədən investor dövlətə çevrilib – ŞƏRH

Bakı Zooloji Parkında Amur pələngi balaları dünyaya gəlib

Akademik: Süni intellekt suverenliyi yerli elmi-tədqiqat potensialını gücləndirir

Ədliyyə Nazirliyinin “881” Çağrı Mərkəzində may ayında xidmət səviyyəsi 92 faizi keçib

Azad olunmuş torpaqların su resursları ərzaq təhlükəsizliyinin zəmanətidir – ŞƏRH

Rusiya XİN Azov dənizində gəmilərə hücumlarla bağlı bəyanat verib

100 illik vəsiyyət: Səmərqənd Türkoloji Qurultayı

Qarabağın bərpası müasir şəhərsalma modelinin uğurlu nümunəsi kimi təqdim olunub

Azərbaycanın rayonlarında yağıntılı hava şəraiti iyunun 9-dək davam edəcək - XƏBƏRDARLIQ