Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qız övladlarının dəyərinin təbliğinə həsr olunan layihənin yekun konfransı keçirilib

Bakı, 31 may, Göyçək Mahmudlu, AZƏRTAC

Mayın 31-də Bakıda BMT-nin Əhali Fondu tərəfindən paytaxtda və Azərbaycanın müxtəlif regionlarında həyata keçirilmiş “Azərbaycanda qız övladlarının dəyərinin təbliğ edilməsi üçün gənclərin maarifləndirilməsi” pilot layihəsinin yekun konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən BMT-nin Əhali Fondunun baş müşaviri Fərid Babayev hələ yüz il bundan əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin qadınlara Şərqdə ilk səsvermə hüququ verən respublika olduğunu qeyd edib. O bildirib ki, Azərbaycan müstəqilliyini bərpa edəndən sonra da gender bərabərliyinin təmin edilməsi istiqamətində tədbirlər görülüb. Lakin hazırda ölkəmizdə doğulan uşaqlar arasında cins nisbətinin pozulması halları davam edir. Araşdırmalara görə, bu, əhalinin ümumi strukturu və dinamikası baxımından xoşagəlməz nəticələrə səbəb ola bilər.

Qeyd edilib ki, BMT-nin Əhali Fondu Azərbaycanla əməkdaşlıq çərçivəsində müxtəlif layihələr həyata keçirir. Əməkdaşlıq çərçivəsində ərsəyə gətirilən “Azərbaycanda qız övladlarının dəyərinin təbliğ edilməsi üçün gənclərin maarifləndirilməsi” layihəsi Niderland Krallığının Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər Təşkilatları Milli Şurası, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə icra olunub. Layihənin məqsədi gənclərin və yetkinlik yaşına çatmış şəxslərin fəal iştirakına yönələn tamamilə yeni və fərqli maarifləndirmə tədbirləri yolu ilə cəmiyyətdə qız uşaqlarının dəyərini vurğulamaqdır. Layihənin unikallığı onun hədəf auditoriyasının gənc kişilərin və gələcək ataların olması idi. Maarifləndirmə xarakterli layihə 2017-2018-ci illəri əhatə edib. Bu zaman çərçivəsində layihə əməkdaşları regionlarda bir sıra müxtəlif təlimlər keçiriblər. Onlar dini icmalarla məlumat sessiyaları, gender əsaslı cins seçim mövzusunun işıqlandırılması məqsədilə media nümayəndələri üçün seminar və ictimai vəkillik işləri təşkil ediblər.

Niderland Krallığının Azərbaycandakı səfiri Onno Kervers layihənin əhəmiyyətindən danışıb. O, layihənin insan hüquqları sahəsinə böyük töhfə verəcəyinə inandığını bildirib, selektiv abortların qarşısının alınmasında atılan addımları yüksək qiymətləndirib və belə tədbirlərin müntəzəm olaraq keçiriləcəyinə ümidvar olduğunu ifadə edib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova qadın hüquqlarının pozulmasının, gender əsaslı zorakılığın bəşəriyyətin qarşısında duran həlli vacib problemlərdən olduğunu diqqətə çatdırıb. O deyib ki, uşaqların cinsi ayrı-seçkiliyə məruz qalması hazırda Azərbaycanda ən aktual problemlərdən biridir. Əvvəllər cins nisbətinin pozulması hiss edilməsə də, bu gün bu, cəmiyyəti düşündürən məsələlər sırasındadır. Hazırda 2017-2025-ci illər üzrə reproduktiv sağlamlığa dair milli strategiya hazırlanır.

Bildirilib ki, respublika ərazisində cinsi ayrı-seçkiliyin qarşısının alınması üçün nəzərdə tutulan tədbirlərdən biri də BMT-nin Əhali Fondu ilə əməkdaşlıq çərçivəsində Milli Fəaliyyət Planının hazırlanmasıdır. BMT-nin Əhali Fondu, Niderland Krallığı və Avropa İttifaqının maliyyə dəstəyi ilə Azərbaycanda uşağın cinsinə görə selektiv abortların qarşısının alınması, ailədə və cəmiyyətdə qız uşaqlarına dəyərin verilməsi, gender əsaslı zorakılıqla mübarizə məqsədilə üçillik yeni layihənin icrasına başlanılıb. Layihənin tərəfdaşları arasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi yer alıb. Artıq layihə çərçivəsində kütləvi informasiya vasitələri nümayəndələri, gənc atalar, oğlanlar üçün ailədə və cəmiyyətdə qız uşaqlarına dəyər verilməsi ilə bağlı təlimlər keçirilib, sosial çarxlar hazırlanıb. 11 oktyabr - Beynəlxalq Qızları Müdafiə Günü ilə bağlı “Atalar və qızları” fotosərgisı və festivalı keçirilib, “Qız yükü” tamaşası nümayiş olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məşğulluq siyasəti və demoqrafiya şöbəsinin müdiri Elnur Süleymanov bildirib ki, demoqrafik təhlillərə görə, 1990-cı illərin əvvəllərindən etibarən ölkədə diri doğulanların cins strukturunda oğlan uşaqlarının artımı müşahidə olunur. Ötən il 100 doğulan qıza 114 oğlan düşürdüsə, hazırda bu nisbət 100-ün 112-yə bərabərdir. Halbuki bioloji normaya görə, hər 100 qıza 105-107 oğlan düşməlidir. Doğulanların cins nisbətinin pozulması ümumi əhalinin cins strukturuna da təsir edir. Əgər 1989-cu ildə hər 1000 kişiyə 1051, 1999-cu ildə 1048, 2009-cu ildə 1021 qadın düşürdüsə, hazırda bu rəqəm hər 1000 kişiyə 1004 qadına bərabərdir.

E.Süleymanov doğulanlar arasında cins nisbətinin pozulmasının aradan qaldırılması məqsədilə fəaliyyət planının hazırlanmasının, geniş maarifləndirmə tədbirlərinin həyata keçirilməsinin vacibliyini diqqətə çatdırıb.

Gənclər Təşkilatları Milli Şurasının sədri Seymur Hüseynov layihə çərçivəsində keçirilən təlimlərdən, cinsi ayrı-seçkiliyin bir forması olan qız uşaqlarının təhsildən yayındırılması və erkən nikaha məcbur edilməsi hallarının mənfi nəticələrindən danışıb. O deyib ki, layihə zamanı 25 şəhər və rayon olmaqla dörd regiondan minə yaxın kişi təlimlərdə iştirak edib, onlarla müzakirələr aparılıb. O cümlədən 40-dan çox məsciddə selektiv abortların fəsadları və qarşısının alınması barədə məlumat sessiyaları keçirilib. Sessiyalarda 1700-ə yaxın kişi, oğlan iştirak edib.

Sonda layihə çərçivəsində görülmüş işlər haqqında hesabatlar təqdim olunub.

Konfrans zamanı cəmiyyətin müxtəlif təbəqələrinin iştirakı ilə hazırlanmış, o cümlədən keçirilən təlim və festivallara aid videoçarxlar nümayiş etdirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rusiya və Türkiyənin xarici işlər nazirləri Cənubi Qafqaz və Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcəklər

Bu saata olan əsas xəbərlər

“Axios”: İsrail ABŞ tərəfini Livanın cənubuna bugünkü hücumla bağlı qabaqcadan məlumatlandırıb

Ukraynanın Krivoy-Roq şəhərində Milli Qurtuluş Günü qeyd edilib

Xarici sərmayədarlar Küveytdə 15 il yaşamaq hüququ əldə edə biləcəklər

Zelenski ilə Tramp arasında telefon danışığı olub

FHN: Binə qəsəbəsində açıq ərazidə baş verən yanğın söndürülüb

Tramp: İranla sülh sazişinə çox yaxın olduğumuz bir gündə Beyruta hücum baş verməməli idi

Qahirədə qeyri-adi əməliyyat: Pasiyentin mədəsindən 100 ədəd metal əşya çıxarılıb

Avropa Kuboku: Azərbaycan basketbol millisi finala yüksəlib

İsrail Beyrutun cənubundakı hədəflərə zərbələr endirib

Şəhid mayor Elnur Hacıyevin xatirəsi anılıb

“Gimnastika hamı üçün” festivalı başa çatıb

Baş katib: “Gimnastika hamı üçün” festivalına maraq ildən-ilə artır

Qarabağın və Şərqi Zəngəzurun aqrar gələcəyi ilə bağlı yeni planlar nələrdir? VİDEO

Qarabağın və Şərqi Zəngəzurun aqrar gələcəyi ilə bağlı yeni planlar nələrdir? VİDEO

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”

Peru Prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul edib

Almatıda TDT-nin Beynəlxalq Gənclər Düşərgəsi başa çatıb

Prezidentin köməkçisi Hikmət Hacıyev ilə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında işgüzar görüş keçirilib

Heydər Əliyevin Ukrayna xalqı qarşısında xidmətləri – tarixi faktlar və rəylər

Milli Qurtuluş Günü dövlətçiliyin xilası, xalqın birliyi və gələcəyə inamın təntənəsidir- ŞƏRH

Sərhədçi gənc əsgərlər Vətənə sədaqət andı içiblər

Oğuzda Milli Qurtuluş Günü qeyd olunub

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Türkiyədə “Ankara Hava Limanı”nın açılışı olacaq

Ebola virusu Konqoda sürətlə yayılır

Beynəlxalq konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət ediblər

Ukraynalı filosof: Heydər Əliyevin qayıdışı ilə onilliklər boyu düşünə bilən bir dövlətin təməli qoyulurdu

Aİ siyasətçilərinin demoqrafik böhranla bağlı narahatlıqları artıb

AAYDA: Sel suları nəticəsində zədələnmiş 25 avtomobil yolunda infrastruktur bərpa edilir

Milli Qurtuluş Günü münasibətilə vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub VİDEO

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub VİDEO

Britaniyada həkimlər hökumətin yeni təklifindən sonra tətili təxirə salıblar

Kurık limanında Trans-Xəzər fiber-optik kabel xətti üçün yük qəbul edilib

Zelenski Rusiya ərazilərinə endirilən hava zərbələrinin detallarını açıqlayıb

Aygün Attar: Bu günün güclü, qalib və suveren Azərbaycanı Heydər Əliyev dövlətçilik məktəbinin parlaq nəticəsidir

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Qazaxıstan-Rusiya sərhədində yük maşınlarının sıxlığı müşahidə olunur

Britaniya La-Manş boğazında Rusiyanın “kölgə donanmasına” məxsus neft tankerini saxlayıb

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Akkan Suver: Azərbaycan öz uğurlarının əsasını 15 iyun 1993-cü ildə qoyulmuş dövlətçilik kursuna borcludur

Türkiyə Avropa Parlamentində səsverməyə çıxarılacaq layihəyə etiraz edib

Abşeron rayonunda Milli Qurtuluş Günü təntənə ilə qeyd edilib

Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaqlar

Bu saata olan əsas xəbərlər

MDU-nun rektoru: Milli Qurtuluş Günü Azərbaycan təhsilinin uğurlu gələcəyinə gedən yolun təməlidir

“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub

Balakəndə “Qurtuluşdan Zəfərə” konfransı baş tutub

Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri

Mədəniyyət Nazirliyi yazıçı-dramaturq Hidayət Orucovun vəfatı ilə bağlı məlumat yayıb

Fuad Rəsulov: Bu gün minlərlə xəstənin həyatının xilas edilməsində dövlət dəstəyi mühüm rol oynayır

Ağdamda ildırım düşməsi nəticəsində baş vermiş yanğın söndürülüb – YENİLƏNİB

Türkiyə millisi dünya çempionatına məğlubiyyətlə başlayıb

Dünya bazarında qızıl və gümüş bahalaşıb

Dünya birjalarında neft ucuzlaşıb

Yəmənli alpinist vulkan kraterinə yıxılaraq ölüb

Milli Qurtuluş Günü və məhkəmə hakimiyyətinin formalaşması

İyunun 14-ü Ümumdünya Qan Donoru Günüdür

15 İyun Türk dünyasının strateji birliyinə aparan yolun başlanğıcı oldu - ŞƏRH

Konqoda Eboladan ölənlərin sayı 149-a çatıb

Floridada helikopter qəzaya uğrayıb, dörd nəfər xəsarət alıb

ABŞ-dən İrana dəniz blokadası: 141 ticarət gəmisi ələ keçirilib

Dünya çempionatı: Braziliya millisi xal itirib

Kaluqa hava limanı fəaliyyətini dayandırıb

Ralf Ranqnik Avstriya millisi ilə yeni müqavilə imzalayıb

Şimali Koreyadan ABŞ-yə cavab: Nüvə dövləti olaraq qalacağıq

İsveçrə yığması dünya çempionatları tarixində ilk penalti qolunu vurub

“Axios”: ABŞ və İran arasında atəşkəsi uzadacaq virtual memorandum hazırlanır

Dünya çempionatı: Qətər son dəqiqə qolu ilə bir xal qazanıb

Tbilisidə 11 əvvəl baş vermiş təbii fəlakət qurbanlarının xatirəsi anılıb

DİN: “Son zəng” tədbirləri yüksək təhlükəsizlik şəraitində başa çatıb

MDU beynəlxalq reytinqdə ilk dəfə iştirak edib, ölkə üzrə 12-ci yerdə qərarlaşıb

Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək

BDU-da cari tədris ilini ən yüksək ÜOMG ilə bitirən məzunların adları açıqlanıb

Tovuzda ağır yol qəzası olub, ölən var VİDEO

Tovuzda ağır yol qəzası olub, ölən var VİDEO

Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb

Naxçıvanda ildırım düşməsi nəticəsində yanğın baş verib VİDEO

Marneulidə “Qurtuluşdan Zəfərə” adlı tədbir təşkil olunub

Azərbaycanda daha çox hansı qan qruplarına ehtiyac olur?

15 İyun xalqın strateji seçimi idi – ŞƏRH

Azərbaycan Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında təmsil olunub

Şahin İsmayılov: Milli Qurtuluş Günü müdrik xalqımızın Ümummilli Liderinə yüksək ehtiramının ifadəsidir

Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb

Milli Qurtuluş Günü - Azərbaycan dövlətçiliyinin xilası və inkişaf yolunun başlanğıcı

ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır

Azərbaycan avarçəkənləri Dünya Kubokunda medal qazanıblar

Zaqatalada 2 nəfəri ilan sancıb, onlardan 1-i ölüb VİDEO

Zaqatalada 2 nəfəri ilan sancıb, onlardan 1-i ölüb VİDEO

On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər

Heydər Əliyev adına Hərbi Liseyin 26-cı buraxılış mərasimi olub

Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb

Bu saata olan əsas xəbərlər

Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb

Yeni Azərbaycan Partiyası ilə “Belaya Rus” Partiyası arasında Qarşılıqlı Anlaşma və Əməkdaşlıq Memorandumu imzalanıb

15 İyun siyasi iradənin bərpası, planlı inkişafın və uzunmüddətli strategiyanın başlanğıcıdır – ŞƏRH

Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub

Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib

Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib

TADDEF sədrinin müavini: Türkiyədə Heydər Əliyevin xatirəsini sevgi və ehtiramla anırlar