Qlobal enerji sistemi son 70 ilin ən böyük şokundan əziyyət çəkir
Bakı, 30 aprel, AZƏRTAC
Cari ildə enerjiyə tələbat 6 faiz azalacaq və 2008-ci ildəki maliyyə böhranından sonra baş verən enmədən 7 qat daha çox aşağı düşəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyi (IEA) məlumat yayıb.
Bildirilir ki, yeni növ koronavirus epidemiyası qlobal enerji sisteminə son 70 ilin ən böyük şokunu yaşadır. Bu il enerjiyə tələbat 2008-ci ildəki qlobal maliyyə böhranından sonra baş verən enmədən 7 dəfə sərt olmaqla 6 faiz azalacaq. Bu azalma dünyanın üçüncü ən böyük enerji istehlakçısı olan Hindistanın enerji tələbatının tamamilə məhv olması deməkdir.
Enerjiyə tələbatın azalması ən inkişaf etmiş iqtisadiyyatlara da təsir edəcək. ABŞ-da tələbat 9 faiz, Avropa İttifaqında isə 11 faiz azalacaq. Böhranın enerji tələbatına təsiri pandemiyanını yayılmasının qarşısını almaq üçün görülən tədbirlərin müddəti və sərtliyindən asılı olacaq. Qlobal miqyasda komendant saatının tətbiqi bütün ilboyu aprelin əvvəlindəki səviyyədə davam edərsə, hər ay 1,5 faiz azalma olacaq.
Elektrik enerjisinə olan tələbat 1930-cu ildəki “böyük depressiya”dan sonra ən böyük geriləmə göstərməklə cari ildə 5 faiz azalacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]