Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qlobal epidemiya ilə mübarizədə fədakarlıq nümunəsi

Bakı, 17 iyun, AZƏRTAC

Biz canımızı çox sevirik. Lakin başımız ağrıyanda, özümüzü narahat hiss edəndə, həyatımıza təhlükə yarananda onlara pənah aparır və çox sevdiyimiz canımızı onlara etibar edirik.

Onları əbəs yerə xilaskar adlandırmırlar. Xəstələr həmişə çarəni onların əlində axtarırlar. Hippokrat andı içən şərəfli peşə sahibləri ən ağır və çıxılmaz vəziyyətlərdə ümid işığı yandırmaq, şəfasıza şəfa, çarəsizə çarə vermək üçün gecə-gündüz onların başı üstünü kəsdirir, çarpayısının yanından ayaq çəkmədən işıqla zülmət, yaşamla ölüm arasında çırpınan xəstələri həyata qaytarmaq üçün çalışırlar. Ağxalatlı peşə sahibləri yuxusuz gecələri, bilik, bacarıq və təcrübələri hesabına neçə-neçə ömrü yarıda qırılmağa qoymurlar. Onların peşəsinin müqəddəsliyi də elə bundadır.

Yeni növ koronavirus (COVID-19) pandemiyası yarandığı ilk gündən bütün ümidlər yenə də onlara yönəlib. Qlobal bəşəri təhlükə yayılmağa başlayandan həkimlər yenə də iş başındadırlar. Dövlət başçısının rəhbərliyi ilə koronavirus pandemiyasına qarşı vaxtında görülən preventiv tədbirlər sayəsində virusun ölkəmizdə tüğyan etməsinin qarşısı alınıb. Ümumdünya Səhiyyə Təşkilatı bu sahədə Azərbaycanda atılan addımları təqdir edib, ölkəmizin təcrübəsi digər ölkələrə nümunə göstərilib. Təbii ki, bu mübarizənin ən ön sıralarında xeyirxah və mərhəmətli peşə sahibləri olan həkim və tibb işçiləri gedirlər. Prezident İlham Əliyev modul tipli ilk xəstəxana kompleksinin açılışı mərasimində onların əməyini xüsusi qeyd edərək deyib: “Həkimlər öz həyatını və yaxınlarının sağlamlığını risk altına qoyur, xəstələrə gecə-gündüz xidmət edirlər. Biz həkimlərin fədakarlığını yüksək qiymətləndiririk. Bir daha Azərbaycan xalqı gördü ki, ən çətin dövrdə, bu pandemiya dövründə aparıcı şəxs, aparıcı adam insanların həyatını qoruyan həkimdir. Əlbəttə, bütün başqa amillərlə bərabər, dövlət lazımi tədbirləri görür. Amma son nəticədə xəstələri müalicə edən, onları həyata qaytaran həkimlərdir. Həkimlər gecə-gündüz işləyir, insanları xilas edirlər. Bu xəstəlikdən canını qurtaran bütün pasiyentlər, ilk növbədə, həkimlərə minnətdar olmalıdırlar”.

Dövlət başçısı martın 18-də COVID-19 infeksiyasına yoluxan xəstələrin müalicəsi üçün bütün bilik, bacarıq və potensialını sərf edən həkimlərə və onların fədakar əməyinə yüksək qiymət verərək imzaladığı “Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Sərəncam ilə qlobal epidemiya ilə mübarizə aparan dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına aylıq vəzifə (tarif) maaşının 3-5 mislinədək miqdarda müddətli əlavə müəyyən edib. İyunun 16-da isə Prezident İlham Əliyevin imzaladığı sərəncamlara əsasən, ölkəmizin səhiyyə işçilərindən 18 nəfəri “Əməkdar həkim”, 2 nəfəri “Əməkdar tibb işçisi” fəxri adına layiq görülüb,16 nəfər “Tərəqqi” medalı ilə təltif edilib.

AZƏRTAC ölkəmizin sağlamlıq keşikçilərinin ümumbəşəri mübarizəsi ilə əlaqədar ayrı-ayrı mütəxəssislərin rəyini öyrənib.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev: “Həkimlik tarixən müqəddəs və nəcib peşə sayılıb. Müharibəyə bərabər tutulan indiki pandemiya dövründə də onlar həyatlarını risk altında qoyaraq özlərinin xilaskarlıq missiyasını çox şərəflə yerinə yetirirlər. Əsgərlər səngərdə düşmənlə ölüm-dirim savaşında mübarizə apardığı kimi, Azərbaycan həkimləri palatalarda və reanimasiya otaqlarında hava keçirməyən qoruyucu kombinezonların içində gözəgörünməz düşməni xəstə çarpayısının üstündən uzaq salırlar. Bu gün evdən-eşikdən uzaq düşən, səhəri çarpayıda yaşamaq uğrunda mübarizə aparan xəstələrin başı üzərində qarşılayan müqəddəs peşə sahiblərinin əməyi hər cür alqışa layiqdir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva da onların əməyini yüksək dəyərləndirib. Pandemiya ilə mübarizədə iştirak edən həkimlərin əməkhaqlarının 3-5 dəfə artırılması da bunun daha bir ifadəsidir. Milli Məclisin sədri Sahibə Qafarovanın təşəbbüsü ilə deputatlar onların fədakarlığını ayaq üstə alqışladılar. Güman edirəm ki, koronavirusla mübarizə başa çatandan sonra xeyirxah və qayğıkeş peşə sahiblərinin gərgin əməyi daha yüksək qiymətini alacaq.

Bir şeyi də etiraf edim: ötən əsrin 90-ci illərindən başlayaraq bir sıra peşə sahiblərinə qarşı cəmiyyətin bəzi dairələrində xoşagəlməz münasibət yaranmışdı. Təəssüf ki, həkimlərə qarşı da inam və etibar azalmışdı. Lakin pandemiya ilə əlaqədar karantin günlərində həkimlər öz peşə keyfiyyətləri, bilik və bacarıqları, mən deyərdim ki, həm də öz həyatları bahasına bu inam və etibarı qaytardılar. Ağır sınaq günləri həkimlik peşəsinə sanki yeni bir dəyər gətirdi, ona görə də bu şərəfli peşə sahiblərinin ünvanına ən xoş sözlər söyləməyə dəyər”.

K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, Səhiyyə Nazirliyinin baş pediatrı, professor Nəsib Quliyev: “Pandemiyanın tüğyan etdiyi bu günlərdə dəhşətli bəla ilə mübarizə aparan Azərbaycan həkimlərinin fədakarlığını qeyd etmək xoşdur. Ötən əsrin 80-ci illərində mən iki il Azərbaycan Tibb Universitetində qəbul komissiyasının məsul katibi olmuşam. Yaxşı yadımdadır, 1987-ci ildə Azərbaycanda orta məktəbi qızıl medalla bitirən 1553 nəfərdən 1230-u həkim olmaq üçün sənədlərini Tibb Universitetinə vermişdi. Həmin abituriyentlərin arasında gələcəyin çox istedadlı və bacarıqlı həkimləri var idi. Mən hesab edirəm ki, bu gün koronavirus pandemiyası ilə ölüm-dirim mübarizəsinə qalxan və bu işdə çox böyük şücaət göstərən həkimlərimiz həmin illərdə ali məktəbə qəbul olanlar və onların davamçılarıdır. Ümumbəşəri təhlükə ilə mübarizə ölkəmizin ağxalatlı peşə sahibləri üçün də sınaq oldu və bu sınaqda onlar özlərini ən yaxşı tərəfdən göstərdilər. Qorxunc epidemiyanın yayıldığı ilk gündən onlar böyük cəsarət və hünər göstərərək öz missiyalarını son dərəcə fədakarlıqla yerinə yetirdilər. Ağxalatlı sağlamlıq keşikçiləri bu peşəni təsadüfən seçmədiklərini və ən kritik vəziyyətdə də içdikləri Hippokrat andına sadiq olduqlarını bir daha sübut etdilər”.

Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayev: “Məşhur bir deyim var: “Qəhrəmanlıq üçün şərait gərəkdir”. Azərbaycan həkimləri bu deyimin fövqündə durmağı bacararaq virusa yoluxan insanların həyatını xilas etmək üçün meydana atıldılar. Bu gün “Yeni klinika”nın, Tibb Universitetinin Tədris-Terapevtik və Cərrahiyyə Klinikalarının, Bakı Sağlamlıq Mərkəzinin, Mərkəzi Klinik Xəstəxananın, Elmi-Tədqiqat Ağ Ciyər Xəstəlikləri İnstitutunun, Mərkəzi Neftçilər Xəstəxanasının, 7 nömrəli şəhər xəstəxanasının, eləcə də pandemiya ilə mübarizədə iştirak edən digər xəstəxana və tibb müəssisələrinin həkim və tibb işçiləri cəbhə termini ilə desək, əsl döyüşçü keyfiyyəti nümayiş etdirirlər. Gecəni-gündüzə qataraq sutkalarla, bəzən lap bir ay ev üzü görməyən, ailəsindən, övladından aralı düşərək insanları dəhşətli virusun caynağından alan peşə sahiblərinin şücaətinə başqa nə ad verəsən? Mən həyatla ölüm arasında dayanaraq xəstələrin həyatını xilas edən həmin həkim və tibb işçiləri sırasına Təcili Tibbi Yardım Stansiyasının, sanitar-epidemioloji mərkəzlərin əməkdaşlarını da aid edərdim. Həkimlərin xeyli bir qismi heç bir məcburiyyət və dəvət olmadan könüllü olaraq bu işə qoşulublar. Növbədən qayıdan həkim və tibb işçilərinin istirahəti üçün hər cür şərait yaradılsa da, onlar rahatlıq bilmədən iş başına, onlardan imdad gözləyən xəstələrin yanına tələsirlər. Ad çəkmək istəmirəm - çünki bu gün onları ayırmaq, fərqləndirmək olmaz - bu mübarizədə iştirak edənlərin hamısı qəhrəmandır. Mən onlar üçün ayrılmış oteldə mürgü döyən, yorğunluğu canından çıxmamış yenidən xəstələrin yanına tələsən onlarla həkim görmüşəm. Belə nümunələr görəndə insanlığa qənim kəsilmiş bəşəri bəlanın qarşısının alınacağına inanmaya bilmirsən”.

Səhiyyə Nazirliyinin baş epidemioloqu, Azərbaycan Tibb Universitetinin epidemiologiya kafedrasının müdiri, professor İbadulla Ağayev: “Bəzən pandemiyanı müharibə ilə müqayisə edir və virusu “gözəgörünməz düşmən” adlandırırlar. Etirazım yoxdur, lakin etiraf edək ki, pandemiya insan ölümləri baxımından müharibədən qat-qat təhlükəlidir. Müharibədə səhv edib səngərdən çıxırsansa, bilmədən düşmən üstünə gedirsənsə, qurban yalnız özün olacaqsan. Pandemiya vəziyyətində isə buraxılan hər səhv üçün ətrafındakı doğma və yad adamlar risk altına düşür. Çox böyük iftixar hissi ilə demək lazımdır ki, ölkəmizin həkim və tibb işçiləri bu dəhşətli müharibədə çox böyük məsuliyyət, yüksək peşə hazırlığı, insanpərvərlik və vətəndaş məsuliyyəti göstərirlər. Koronavirusla mübarizənin ilk günlərindən Azərbaycan dövləti ən düzgün qərarlar qəbul edərək bir sıra qabaqlayıcı tədbirlər gördü. Şübhəsiz ki, həmin tədbirlər nəticəsində ölkəmizdə pandemiyanın yayılma arealı böyük olmadı. Bununla belə, həkimlərin göstərdiyi fədakarlıq ölüm hallarının qarşısını aldı. Təsadüfi deyil ki, Azərbaycan virusla mübarizədə ən az itki verən ölkələr sırasındadır. Əlbəttə ki, bu, hökumətin gördüyü tədbirlərlə yanaşı, həkimlərin göstərdiyi səyin, apardığı gecəli-gündüzlü mübarizənin nəticəsidir. 8-10 saat qoruyucu kostyumu əynindən çıxarmayan, gecəni palatada keçirən, yuxusuzluq və yorğunluqdan gözləri şişən, sutkalarla doğma ocağına dönmədən xəstələrə şəfa verən həkimlər bu ağır sınaq zamanı öz həyatlarını təhlükə altına qoymaqdan belə çəkinmədilər”.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Tibbi Xidmətlər Departamentinin rəhbəri Firəngiz Əliyeva: “Bu gün ölkəmizin səhiyyə müəssisələri və tibb işçiləri bəlkə də həyatlarının ən ağır imtahanını verirlər. Özü də təkcə paytaxtda deyil, Lənkəran və Naftalan şəhərlərində, Quba, Goranboy, Ağdaş və digər rayonlarda insanın həyatını dəhşətli bəladan xilas etmək uğrunda aramsız mübarizə gedir. Pandemiya başa çatmasa da, bu mübarizənin qalibləri məhz tibb işçiləridir. Onlar heç bir dəvət gözləmədən könüllü olaraq bu işə qoşulublar. Təhlükənin, necə deyərlər, ölümün bir addımlığında onlar heç nəyə məhəl qoymadan öz peşə fəaliyyətlərini axıradək vicdanla yerinə yetirir, yaşamağa iynənin ulduzu qədər güman olduğu təqdirdə də xəstənin çarpayısının yanından, reanimasiya otaqlarından ayaq çəkmir, müalicə və prosedurları davam etdirirlər. Bəlkə də öz rahat həyatını yaşayanlar üçün bu işin necə ağır, çətin, mürəkkəb və məsuliyyətli olduğu o qədər də anlaşılan deyil, ancaq bircə dəfə koronaviruslu xəstələrin müalicə olunduğu tibb ocaqlarına ayaq basmaq kifayətdir ki, ölümün necə yaxın, həyatın necə şirin və həkim peşəsinin necə çətin olduğunu gözlərinlə görüb hiss edəsən. Pandemiyanın yayıldığı ilk gündən bu günə qədər qlobal təhlükə ilə mübarizə apararaq xəstələrin həyatını xilas etmək üçün hər cür məşəqqətlərə dözən həkim və tibb işçilərinin hər biri günümüzün qəhrəmanlarıdır”.

Tanınmış həkim-psixoterapevt Əli Nağıyev: “COVID-19 pandemiyası milli həmrəylik üçün də ciddi sınaq oldu və xalqımız bu sınaq zamanı özünün ən üstün keyfiyyətlərini nümayiş etdirdi. Pandemiyanın yayılmağa başladığı ilk günlərdən preventiv və optimal yanaşılma tətbiq olundu. Dövlətin bütün strukturları məsələyə ən yüksək səviyyədə və sosial məsuliyyət hissi ilə qoşuldular. Nazirlər Kabineti yanında yaradılan Operativ Qərargah çox operativ və düzgün qərarlar qəbul etdi.

Görkəmli oftalmoloq Zərifə Əliyevanın belə bir sözü var: “Həkim cəmiyyətdə əxlaq etalonudur”. Bu ilin martından bəri onların nümayiş etdirdiyi yüksək peşə hazırlığı, insanlıq və vətəndaşlıq nümunəsi, millət sevgisi və əxlaqi keyfiyyətlər bir növ cəmiyyətimizin etalonuna çevrilib. Qlobal təhlükəni aradan qaldırmaq üçün həkimlər öz vəzifələrinə və peşə fəaliyyətlərinə böyük məsuliyyət hissi və vicdanla yanaşırlar. Onlar öz sağlamlıqlarını təhlükə altına atmaqdan çəkinməyərək xəstələrə dieontoloji tibbi etika ilə yanaşaraq müalicələr aparırlar. Koronavirusla mübarizədə həkimlərimiz çox böyük və ağır zəhmətə qatlaşırlar. Saatlarla xüsusi qoruyucu formada, maskada çalışan həkimlər böyük təşəkkür və minnətdarlıq hissinə layiqdirlər”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan və Ermənistan nümayəndələri TRIPP layihəsi çərçivəsində elektrik xətləri ilə bağlı məsələləri müzakirə ediblər

Orta Dəhlizin inkişafı Mərkəzi Asiya ölkələrinin Avropa ilə iqtisadi əlaqələrini genişləndirir - ŞƏRH

Ekspert: Azərbaycan və Mərkəzi Asiya arasında əməkdaşlıq vahid regional platformaya çevrilir

Azərbaycan Premyer Liqasında VII turun hakim təyinatları açıqlanıb

Mərakeşdə VIII Beynəlxalq Aviasiya Sərgisi keçirilir

“Sabah”ın sabiq futbolçusu: Messidəki bacarıqları sonra heç bir oyunçuda görmədim

Dünəndən sabaha: Azərbaycan gəncliyinin tarixi missiyası

Üçüncü rübdə Energetika Nazirliyi tərəfindən 149 icazə verilib

Tramp administrasiyası iş icazələri üçün əcnəbi tələbələrdən 70 min dollar almağı planlaşdırır

Beynəlxalq səyyahlar Şuşada YENİLƏNİB

TƏBİB-in tabeliyindəki tibb müəssisələrində informasiya sistemlərinin fəaliyyətində yaranmış fasilələrin səbəbi açıqlanıb

Londondakı yeganə Azərbaycan restoranından REPORTAJ

Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal uğrunda yarışacaq

Kanadalı yazıçı Enn Karson ədəbiyyat üzrə Nobel mükafatına layiq görüldü YENİLƏNİB

Rusiya ordusu Kramatorskda avtobusu vurub: 33 nəfər həlak olub

Şohin Talbakzoda: İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu mühüm platformaya çevrilib

Cənubi Koreya ilk hipersəs raketini uğurla sınaqdan keçirib

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb

Mərkəzi Asiya ilə logistika əməkdaşlığının genişlənməsi Azərbaycanın Orta Dəhlizdə rolunu daha da gücləndirəcək - ŞƏRH

Dizayner Aynur Xəlilova “Filtrsiz” podkastının qonağı olub VİDEO

Dizayner Aynur Xəlilova “Filtrsiz” podkastının qonağı olub VİDEO

Bakıda itkin şəxslərin ekspertizası, molekulyar genetikası və DNT əsaslı identifikasiyası üzrə müzakirələr aparılıb

Müstəqil media adı altında dezinformasiya: təsadüf, yoxsa məqsədli qərəz?

“Bakıya uçuş. İncəsənət həftəsonu” festivalının qonağı Canq Ci ilə MÜSAHİBƏ

Azərbaycan-Vyetnam strateji tərəfdaşlığında media əməkdaşlığının rolu vurğulanıb

GDU-da şəhid məzun Fərman Əsədlinin adına auditoriya yaradılıb

Media: Kahramanmaraşdakı “Azərbaycan” məhəlləsində həyat normal axarına qayıdır

Müdafiə Nazirliyi: Türkiyə hərbi güc və vasitələrinin Səudiyyə Ərəbistanına göndərilməsi istiqamətində tədbirlər görüb

Milli Kitabxanada Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş kitab sərgisi açılıb

Böyük Britaniya Şərqi Qüdsdəki konsulluğundan diplomatlarını çıxarır

“Səbail” kamerunlu futbolçunu heyətinə qatıb

Dmitri Peskov: MDB Zirvə görüşündən sonra Xəzər ekoloji sammiti keçiriləcək

Ədəbiyyat üzrə Nobel mükafatına əsas namizədlərin adları açıqlanıb

Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub VİDEO

Kolumbiya nümayəndəsi: İtkin düşmüş şəxslərin axtarışı etimadın yaradılmasına xidmət edən konkret vasitəyə çevrilə bilər

“Arsenal”ın futbolçusu 3 göstərici üzrə Ginnesin Rekordlar Kitabına düşüb

“Azərbaycanda alman izləri - ortaq tarix” - Berlində təqdimat

Çindən Azərbaycana dəmir yolu ilə daşınan blok-qatarların sayı 40 faiz artıb

“Azərkosmos” Beynəlxalq Kosmik Hüquq İnstitutu ilə memorandum imzalayıb

Dünya səyyahı: Qarabağda müasir inkişaf və qədim tarixin vəhdətini görürük VİDEO

Dünya səyyahı: Qarabağda müasir inkişaf və qədim tarixin vəhdətini görürük VİDEO

Azərbaycanın Dövlət Komissiyası itkin düşmüş şəxslərlə bağlı səylərin əlaqələndirilməsində mühüm rol oynayır

“Asos” milyonlarla müştərinin məlumatlarının oğurlandığını açıqlayıb

Avropa Parlamentində Gürcüstanla bağlı fikir ayrılığı yaranıb

Fatih Birol: İndiyədək strateji neft ehtiyatlarından 325 milyon barel bazara çıxarılıb

Qətərin şimalında neft tankeri vurulub, xəsarət alanlar var

Diyeqo Qayol: Meksika Azərbaycanla insan identifikasiyası sahəsində əməkdaşlığı məmnunluqla qarşılayar

Azərbaycan və Mərkəzi Asiya ölkələri regional təhlükəsizliyi təmin etmək əzmindədir

Məhkəmə: Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir

Mahnur Fatalıyeva: Nə xoş ki, mən qarabağlıyam və Xocalıdayam

Sərdar Berdiməhəmmədov: Altıtərəfli format yeni əhəmiyyətli imkanlar açır

Cəmilə Bayramova: Mürəkkəb nümunələrin genetik identifikasiyası peşəkar yanaşma tələb edir

DİM-lərin icrasında Azərbaycan təcrübəsi: 10 illik fəaliyyət və qlobal çağırışlar

Malayziyalı professor: Bu gün Qarabağ azadlığın nemətindən bəhrələnir

Ultramarafonun ilk mərhələsinin qalibi qələbə təəssüratlarını bölüşüb VİDEO

Ultramarafonun ilk mərhələsinin qalibi qələbə təəssüratlarını bölüşüb VİDEO

Azərbaycanın idarəetmə imzası: dünya üçüncülüyündən beynəlxalq təcrübə mübadiləsinə - ŞƏRH

® Dəmiryol işçilərinə minimum 0 faiz komissiya ilə 100 min manatadək kredit

Sabah yağış yağacaq, bəzi yerlərdə duman olacaq

İşçi hüquqları və layiqli əmək şəraiti - GDU-da görüş

Xocalı və Xocavənddə səyyar aqrar xidmətlər göstərilib

Şavkat Mirziyoyev: Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır

Tarixçi-alim: Qarabağın xristian əhalisi Alban-Qıpçaq nəsillərinin nümayəndələri olub

Azər Əmiraslanov: “Davamlı inkişaf siyasəti” dərsliyi dövlət siyasəti və elm üçün dəyərli töhfədir

Ekspert: Azərbaycan ilə Mərkəzi Asiya ölkələri ticarət, nəqliyyat və tranzit əlaqələrini möhkəmləndirir

Rüfət Əliyev: Əldə etdiyimiz təcrübəni tərəfdaşlarla bölüşməyə və mütəxəssislərin hazırlanması layihələrinə dəstək verməyə hazırıq

“Samsung” rüblük əməliyyat gəlirlərindəki rekordunu yeniləyib

Tacikistan Prezidenti: Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik

Filippinli səyyah: Qarabağ və Şərqi Zəngəzur ekspedisiyasından gözləntilərim böyükdür VİDEO

Filippinli səyyah: Qarabağ və Şərqi Zəngəzur ekspedisiyasından gözləntilərim böyükdür VİDEO

Husilərin Səudiyyə Ərəbistanında fəaliyyət göstərən hava limanlarına hücumları nəticəsində 3 nəfər ölüb

DTX-nin baş idarə rəisi: Genetik Araşdırmalar Mərkəzinin laboratoriyasının ISO 20387 standartı üzrə akkreditasiyasına hazırlıq mərhələləri uğurla tamamlanıb

Professor: Nobel kəşfləri təhlükəsiz dərmanların hazırlanmasına yeni imkanlar yaradır

Qırğızıstan Prezidenti: Azərbaycanın sədrliyi birgə işimizə yeni təkan verəcək

120, 120E və 121E nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib

Qərbi Azərbaycanda tarixi abidələrimiz -Şadıvəng

® “AccessBank” qadın sahibkarlar üçün “Access2Success” layihəsinə 5-ci dəfə start verir

Azərbaycanın itkin düşmüş şəxslər və mina problemi ATƏT PA-da diqqət mərkəzində olub

Monteneqrolu nümayəndə: İtkin şəxslərin axtarışı etimad quruculuğu tədbirlərindən birinə çevrilə bilər

Qazaxıstan Prezidenti: Orta Dəhlizin TRIPP nəqliyyat təşəbbüsü ilə inteqrasiyası mövcud potensialı genişləndirəcək

Azərbaycan Texniki Universitetinin kafedra müdiri Almaniyada elmi-tədqiqat işləri aparıb

Sürüşmə baş verən Altıağac–Xızı yolunda bərpa və möhkəmləndirmə işləri aparılır

Sadiq Qurbanov: Davamlı inkişaf iqtisadi, sosial və ekoloji amilləri vahid inkişaf modelində birləşdirir

BMT-nin Sülhməramlı Qüvvələrinin Livan-İsrail sərhədindəki mövqeyi atəşə tutulub

Naxçıvanda vergi daxilolmaları 10 faizdən çox artıb

Kasım-Jomart Tokayev: Mərkəzi Asiya dövlətləri və Azərbaycan süni intellektdən məsuliyyətli istifadə ilə bağlı bəyannamə hazırlamalıdır

Qəbələ-Xankəndi Ultramarafonunda ilk mərhələnin qalibi bəlli olub VİDEO

Qəbələ-Xankəndi Ultramarafonunda ilk mərhələnin qalibi bəlli olub VİDEO

Türk ekspert: Orta Dəhlizin rəqəmsallaşdırılması onun qlobal rəqabət qabiliyyətini daha da artıracaq

Azərbaycanın kibertəhlükəsizlik üzrə nümayəndəsi beynəlxalq yarışda qalib olub

TBMM-in üzvü: Türkiyənin Azərbaycanın yaşadığı ağrılara və üzləşdiyi humanitar problemlərə laqeyd qalması mümkün deyil

İsa Həbibbəyli: “Davamlı inkişaf siyasəti” dərsliyi elmi ictimaiyyət üçün mühüm töhfədir

AFFA baş katibinin müşaviri: Hövsanda FIFA standartlarına uyğun 10 futbol meydançası istifadəyə hazırdır VİDEO

AFFA baş katibinin müşaviri: Hövsanda FIFA standartlarına uyğun 10 futbol meydançası istifadəyə hazırdır VİDEO

Qazaxıstanda Birinci Türk xaqanlığı dövrünə aid qədim şəhər yeri aşkar edilib

Türkmənistan Prezidenti: Mərkəzi Asiya və Azərbaycanın logistika və enerji mərkəzləri kimi rolu artır

Fransa: Marin Lö Penin 140 milyard avroluq qənaət planı tənqid olunub

Peru Azərbaycanla əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır

Kənd Təsərrüfatı Nazirliyi pambıq məhsulunun dəyərini ala bilməyən fermerlərlə bağlı açıqlama yayıb

Nicə gedən turist hansı tarixi məkanları görəcək? VİDEO

Nicə gedən turist hansı tarixi məkanları görəcək? VİDEO

QHT sədri: Azad edilmiş ərazilərdə quruculuq işləri Azərbaycanın əldə etdiyi tarixi nəticələrin real ifadəsidir

BMT Azərbaycandakı fəaliyyətini daha da genişləndirmək niyyətindədir

Qeyri-neft-qaz ixracında yeni mərhələ: Logistika xərclərinin kompensasiyası rəqabət imkanlarını necə dəyişəcək?

Dmitro Şlapaçenko: Təhsil gələcək nəsilləri inkişaf çağırışlarına hazırlayan əsas vasitədir

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib YENİLƏNİB VİDEO

Sərdar Berdiməhəmmədov: Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə qoşulması məntiqi nəticədir